İranın bu yaxınlarda nüvə silahı daşımağa qadir ballistik raketi sınaqdan çıxarması Vaşinqtonda populyar olan üç mifi alt-üst elədi
İranla 2015-ci il bağlanmış nüvə sazişi raket hazırlanmasını yasaqlayır; Səudiyyə Ərəbistanının jurnalist Camal Xaşuqcinin ehtiyatsız və qəddarlıqla qətlə yetirməsi regionda Birləşmiş Ştatlara ən böyük hədəni törədir; ABŞ sanksiyaları İranın artan nüvə təhdidini önləyir.
“The Newsweek” dərgisində Çarles Vald və Mixael Makovski yazırlar ki, Vaşinqton bu təhdidi yoluna qoymaqdan ötrü daha güclü yanaşma sərgiləməlidir. Yaxın Şərqdəki tərəfdaşları üçün regional raketdən müdafiə qabiliyyətinin hazırlanması da bu sıradadır.
Senat ötən həftə ABŞ-ın Səudiyyə koalisiyasının Yəməndəki müharibəsinə dəstəyi kəsməyə səs verdi. Bununla da konqresmenlərin jurnalistin qətlini pisləməsi pik nöqtəyə çatdı. Ancaq müəlliflərin fikrincə, sözügedən ritorika və qətnamə sanki Tehran rejiminin İranın daxilində getçəkləşdirdiyi qətlləri kölgədə qoyur. Hələ, Yəməndə, Suriyada, İraq və Livanda öldürülənləri demirik. Bu sıravi adamlar “Washington Post”u yazarları kimi taleli olmayıblar.
“İranla nüvə sazişində heç Tehranın raket təhdidindən söz də açılmadı. BMT-nin Təhlükəsizlik Şurasının daha öncəki qətnamələrində deyilirdi ki, İran ballistik raketlər üzərində işləməyəcək. Nüvə sazişinin icrasına dair 2231 saylı qətnamə bu dili yumşaltdı, sadəcə bildirdi ki, İranı bunu etməməyə çağırırlar. İran isə bu çağırışı eşitsə də gözardı etdi”, – məqalədə deyilir.(Azadlıq radiosu)
pia.az