Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“The London Post”: “Azərbaycan-Ermənistan arasında hərbi toqquşmanın yenidən başlaması qaçılmaz ola bilər.”

Aİ-nin özünün son hərbi toqquşmalarla bağlı mövqeyi 2016-cı ilin aprelində baş vermiş “4 günlük müharibə” ilə bağlı mövqeyindən heç nə ilə fərqlənməyib. Brüssel bu dəfə də işini Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həllinə vasitəçilik edən ATƏT-in Minsk qrupu həmsədrlərinin fəaliyyətinə dəstəyini ifadə etməklə kifayətlənib. Minsk qrupuna Fransa, RusiyaABŞ həmsədrlik edir.

PİA.az xəbər verir ki, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin eksperti Vasif Hüseynov Böyük Britaniyanın “The London Post” nəşrində dərc olunan məqaləsində belə yazıb.

Onun fikrincə, Aİ-nin Dağlıq Qarabağ münaqişəsinə siyasi yanaşması Şərq qonşuluğuna daxil olan ölkələrdəki digər etno-ərazi münaqişələrilə bağlı mövqeyi, həmçinin bu problemlərdəki rolu ilə zidiyyət təşkil edir.

“Aİ Ermənistan-Azərbaycan münaqişəsinin həllində daha ciddi rol oynamalıdır” sərlövhəli məqalədə deyilir:

Vasif Hüseynov
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin eksperti


Bu günlərdə Ermənistanla Azərbaycanın dövlət sərhədində ciddi hərbi toqquşmalar baş verib. İyulun 12-də başlamış və bir neçə gün davam etmiş döyüşlər ciddi beynəlxalq reaksiyaya səbəb olub. Məsələn, Avropa Xarici Fəaliyyət Xidmətinin sözçüsünün bəyanatında deyilir ki, Avropa İttifaqı (Aİ) tərəfləri atəşkəs rejiminə ciddi riayət etməyə, enerjisini və resurslarını koronavirus pandemiyası ilə mübarizəyə sərf etməyə, ATƏT-in Minsk qrupu həmsədrlərinin himayəsi altında substantiv danışıqlara başlamağa, xalqları sülhə hazırlamağa çağırır.

Lakin Aİ-nin özünün son hərbi toqquşmalarla bağlı mövqeyi 2016-cı ilin aprelində baş vermiş “4 günlük müharibə” ilə bağlı mövqeyindən heç nə ilə fərqlənməyib. Brüssel bu dəfə də işini Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həllinə vasitəçilik edən ATƏT-in Minsk qrupu həmsədrlərinin fəaliyyətinə dəstəyini ifadə etməklə kifayətlənib. Minsk qrupuna Fransa, RusiyaABŞ həmsədrlik edir.

Aİ-nin Dağlıq Qarabağ münaqişəsinə siyasi yanaşması Şərq qonşuluğuna daxil olan ölkələrdəki digər etno-ərazi münaqişələrilə bağlı mövqeyi, həmçinin bu problemlərdəki rolu ilə zidiyyət təşkil edir. Halbuki, Ermənistanla Azərbaycan qurumun “Şərq Tərəfdaşlığı” proqramının iştirakçılarıdırlar (“Şərq Tərəfdaşlığı”na Şərqi Avropada və Cənubi Qafqazda yerləşən postsovet ölkələri daxildir). Odur ki, əslində, Avropa İttifaqından bu münaqişənin həllində daha mühüm rol oynaması gözlənilir. Avropa Komissiyasının prezidenti Ursula fon der Leyenin gündəmdə saxladığı məsələ də belə düşünməyə əsas verir.

Ursula fon der Leyen

Hər halda, Aİ-nin Ermənistan-Azərbaycan münaqişəsinin həlli prosesində daha fəal rol oynaması üçün bir neçə səbəb var. Onun bəzi rıçaqlardan istifadəsinə həqiqətən də ehtiyac duyulur.

İlk öncə, Aİ regiondakı maraqlarını daha qətiyyətlə qorumalıdır. O, Cənubi Qafqazda bu günlərdə baş vermiş gərginliyin potensial nəticələrini nəzərə almalıdır. Buraya onun Şərq qonşuları ilə bağlı geosiyasi maraqları və ümumilikdə enerji təhlükəsizliyi də daxildir.

Regional və beynəlxalq mətbuatın kifayət qədər geniş işıqlandırdığı son toqquşmaların nəticələri əslində, 30 ildir davam edən Ermənistan-Azərbaycan münaqişəsinin çərçivəsindən çıxır. Bu mənada, o, Aİ-nin regiondakı maraqları baxımından mühüm əhəmiyyət kəsb edir.

Hər şeydən öncə onu qeyd edək ki, Azərbaycanın son hərbi əməliyyatların baş verdiyi Tovuz rayonu onu Gürcüstan və Türkiyədən keçməklə, Avropa ilə birləşdirən əsas enerji kəmərlərinin (Bakı-Tbilisi-Ceyhan neft kəməri, “Cənub Qaz Dəhlizi”), nəqliyyat marşutlarının (“Bakı-Tbilisi-Qars dəmir yolu, “Şərq-Qərb” dəhlizi) keçdiyi bölgədə yerləşir. Yəni Azərbaycanın bu regionundakı hər hansı qeyri-sabit vəziyyət onun Qərb tərəfdaşları ilə əlaqələrinə ciddi zərbə vura bilər. Demək, bu, hər iki tərəf üçün arzuolunmazdır. Bu regionda qeyri-sabit vəziyyət Aİ-nin Azərbaycanla əlaqələrin inkişafı məqsədilə ölkəyə yatırdığı investisiyalara da ciddi zərbə olardı.

Bundan başqa, iki ölkə arasındakı son döyüşlər nəticəsində Ermənistan-Azərbaycan münaqişəsi daha da böyüyə bilər. Məsələ ondadır ki, bu dəfə hərbi əməliyyatlar iki ölkənin beynəlxalq birlik tərəfindən tanınan sərhədində baş verib. Başqa sözlə, Yerevan bu amili qabardaraq, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını (KTMT) münaqişəyə cəlb etmək istəyir. Azərbaycanın işğal altındakı ərazilərindən fərqli olaraq, son toqquşmanın baş verdiyi bölgə həqiqətən də KTMT-nın yurisdiksiyasına düşür. Qurumun nizamnaməsində kollektiv müdafiə ilə bağlı maddə var. Odur ki, Ermənistan nəzəri olaraq, bu maddənin işə düşməsinə təşəbbüs göstərə bilər. Hər halda, Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyanla KTMT-nın baş katibi Stanislav Zas arasında baş tutmuş telefon danışığından sonra hərbi blokun təcili iclası çağrılmışdı. İclas sonradan qeyri-müəyyən səbəblərdən təxirə salındı.

Aİ isə bütün bunlara rəğmən, prosesə təsir etmək, gərginliyin lap təhlükəli həddə çatmasının qarşısını almaq üçün nəzərəçarpacaq addım atmayıb. Aİ bir yandan geosiyasi çəkisini artırmağa çalışır, digər tərəfdən isə Ermənistanla Azərbaycan arasındakı münaqişənin həllində rol oynamaq istəmir. Onun bu davranışı lazımi rıçaqların olmamasındanmı irəli gəlir? Qətiyyən! Avropa İttifaqı regional münaqişələrin həllinə, sülh və təhlükəsizliyə töhfə vermək istəyərsə, bunun üçün geniş imkanlara malikdir. Belə olan təqdirdə, Brüssel Ermənistan-Azərbaycan münaqişəsinin həllində daha ciddi rol oynaması üçün hansı addımları atmalıdır?



Birincisi, Aİ-nin Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsinin ofisinin səlahiyyəti genişləndirilməlidir. Qurumun xüsusi nümayəndəsi Gürcüstan münaqişəsində rəsmi vasitəçilik roluna malikdir. Yəni o, Cenevrədəki beynəlxalq müzakirələrində Avropa İttifaqını təmsil edir. Amma Ermənistan-Azərbaycan münaqişəsilə bağlı belə rola malik nümayəndə yoxdur.

Görünən odur ki, Brüssel öz potensialını düzgün qiyməntləndirmir. O, münaqişə tərəflərinə təsir göstərə bilər. Amma bunun əksini edir, bu işi sanki, regiondakı digər xarici qüvvələrə güzəştə gedir. Nəticədə Aİ-nin Ermənistan-Azərbaycan münaqişəsinin həllində rolu minimum həddədir. Bu, Aİ-nin xüsusi nümanyəndəsinin mandatının nüfuzunu da azaldır. Məhz bunun nəticəsidir ki, 2003-cü ildə təsis edilmiş xüsusi nümayəndənin mandatı ilk dəfə bu qədər zəifdir.

Halbuki, Brüssel “Şərq Tərəfdaşlığı” ölkələrindəki bütün münaqişələrin bir-birinə bağlı olduğunu nəzərə almalıdır. Bu münaqişələrə fərqli yanaşma yaxşı heç nə vəd etmir.



İkincisi, ATƏT-in Minsk qrupunun həmsədri olan Fransanın Aİ ilə əvəzlənməsi daha səmərəli olardı. Təəssüf ki, indiki şəraitdə bu, bir çox səbəbdən mümkün deyil.

Əvəzində, Avropa İttifaqı Fransanı ATƏT-in Minsk qrupunda daha fəal rol oynamağa çağıra bilər. Görünən odur ki, münaqişənin dərin iz buraxdığı insanlar artıq Minsk qrupuna inam və ümidini itirib. Odur ki, Mink qrupunun canlanması önəmlidir.

Yeri gəlmişkən, Azərbaycan prezindenti İlham Əliyev danışıqlar prosesinə başçılıq edən beynəlxalq vasitəçiləri hələ Tovuz istiqamətində baş vermiş toqquşmadan əvvəl, iyulun 6-da tənqid atəşinə tutmuşdu. O zaman dövlət başçısı artıq danışıqlar prosesinin mənasız olduğunu demişdi.

Sonuncu, lakin digərlərindən heç də az əhəmiyyətli olmayan məqam: Aİ Azərbaycanın əsas ticarət tərəfdaşıdır. Azərbaycanın xarici ticarət dövriyyəsinin 36,7%-i məhz onun payına düşür. Ermənistanın ticarət tərəfdaşları arasında isə Aİ ikinci yerdədir – 20%. Odur ki, Avropa İttifaqı bu rıçaqdan da istifadə edə, tərəfləri beynəlxalq hüquqa riayət etməyə çağıra bilər.



Ümumilikdə bu problem Avropa Parlamentinin qətnamələrində və Aİ-nin digər sənədlərində dəfələrlə əksini tapıb. Tovuz istiqamətində döyüşlərdən təxminən bir ay əvvəl, iyunun 10-da Avropa Parlamentinin (AP) üzvləri Yerevanın Ermənistanla işğal altındakı Dağlıq Qarabağı birləşdirəcək üçüncü magistral yolun tikintisi planına etiraz etmişdilər. Onlar bunun beynəlxalq hüquqa zidd olduğunu bəyan ediblər: “Bu addım Dağlıq Qarabağ və ətraf rayonların qanunsuz işğalını möhkəmləndirir.
Biz ErmənistanAzərbaycan hakimiyyətlərini münaqişənin Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində, sülh yolu ilə həllinə dair danışıqlara daha ciddi yanaşmağa çağırırıq”, - deyə həmin bəyanatda bildirilir.

Amma Avropa İttifaqından gözlənilən, bəyanatlarla kifayətlənməməsi, bu istiqamətdə daha ciddi iş görməsidir. Bir sözlə, Brüssel bu münaqişənin həllinə yardım göstərmək məqsədilə bütün rıçaq və vasitələrdən istifadə etməlidir. Bu, çox mühümdür. Əks təqdirdə, hansısa anda hərbi toqquşmanın yenidən başlaması qaçılmazdır. Bu isə bütünlükdə regionda sülh və təhlükəsizliyə təhdiddir.(Ovqat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Binə qəbiristanlığında çayxana tikilir? - Video

Bakıda 13 yaşlı oğlan internat məktəbindən qaçaraq atasını axtarır

Ən çox oxunanalar