Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Təzqiyin ölçülməsində yol verdiyiniz 5 səhv - Buna görə nəticə aldadıcı olur...

Təzyiqimizi nece ölçək?

Çox insanlar istər elektron, istər adi təzyiq aparatı ilə arterial təzyiqi özləri ölçdükdə bu səhvləri edir. Qaydaları bilməmək və düzgün ölçməmək təzyiqi yanlış göstərir və dərmanın dozasını düzgün seçməyə mane olur. Bu isə təhlükəli ola bilər.

Demokrat.az medicina.az-a istinadən təzyiq ölçərkən yol verilən 5 səhvi təqdim edir:

1.Bir qolda ölçürsüz

Bu, aşağı rəqəm verə bilər və insanı çaşdırar. Qaydaya görə, təzyiq hər iki qolda ardıcıl ölçülməlidir. Adətən bir qolda təzyiq o birindən aşağı olur. Həll edici rəqəm yüksək olan rəqəmdir.

Eləcə də xəstədə hipertoniya diaqnozunu dəqiqləşdirəndə monitorinq apararkən hər iki qolda aparılır. Hansı qolda təzyiq çox vaxt yüksək olursa, gələcəkdə elə qolda ölçmək kifayətdir

2.Manjet ya boşdur, ya da çox sıxır

Bu da yalançı nəticə verir. Təzyiq olduğundan yüksək çıxır. Eləcə də lazım olduğundan çox sıxmaq da yuxarı təzyiqi aşağı, aşağı təzyiqi isə yuxarı göstərəcək

3.Çox vaxt təzyiqi ölçəndə paltarın qolunu yuxarı çəkib çiyindən qolu sıxırsızsa, bu zaman təzyiq olduğundan yüksək göstərəcək. Nazik köynək, koftada həkimlər qolu çirmələmədən, elə üstdən manjeti bağlamağı tövsiyyə edir.

4.Yedikdən sonra təzyiqi ölçürsüz

Orqanizm qida qəbul etdikdən sonra qan həzm orqanlarına toplanır ki, qidanı parçalasın. Bu zaman təzyiqi ölçəndə olduğundan aşağı göstərəcək bu da yanlışdır. Ona görə qidadan əvvəl və ya 1 saat sonra ölçün

5.Çay, qəhvə və içkidən sonra ölçürsüz?

Bunları içdikdə təzyiqi onsuz da qaldırır, damarları genişləndirir. Amma alkoqollu içkini içdikdən sonrakı 30 dəqiqədə damarlar genişlənir, təzyiq bir az aşağı düşür. Amma sonra olduğundan da yuxarı çıxır. Ona görə bu içkilərdən bir qədər sonra təzyiqi ölçün.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Ən çox oxunanalar