Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Tez-tez gülən insanlar stressi daha yüngül keçirirlər

Gün ərzində tez-tez gülməyə meyilli olan insanlar stress durumlarının öhdəsindən daha yaxşı gəlirlər, burada gülüşün intensivliyi isə önəm kəsb etmir.

TASS xəbər verir ki, bu qənaətə İsveçrənin Bazel Universitetinin mütəxəssisləri gəliblər.

Məlumata görə, insanlar gündəlik adətən ortalama 18 dəfə gülürlər. Bu, əsasən, insanlarla danışanda baş verir və ünsiyyətdən alınan həzz dərəcəsindən də asılıdır.

Gülüş və gülümsəmənin tezliyinə sutkanın vaxtı, yaş və cins təsir edir. Belə ki, qadınlar kişilərdən ortalama daha çox gülümsəyirlər.

Bildirilib ki, Bazel Universitetinin araşdırmasında orta yaşı 22 olan 41 nəfər (33 qadın, 8 kişi) iştirak edib. Onlardan 14 gün ərzində gündəlik gülüşün tezliyi və intensivliyi, onun səbəbləri, həmçinin bütün stress vəziyyətləri və fiziki əhval (məsələn, yorğunluq, başağrısı) barədə sualları cavablandırmaq tələb olunub.

Suallar mobil tətbiq vasitəsilə fərqli intervalla gündə 8 dəfə göndərilib. Sualları alan iştirakçılar mütləq qaydada onlara ətraflı cavab verməli olublar.

Məlum olub ki, iştirakçıların tez-tez güldüyü dövrlərdə stress vəziyyətlər onlar tərəfindən elə də əhəmiyyətə alınmayıb. Alimlərin ikinci gəldiyi nəticə isə iştirakçıların qiymətləndirdiyi stress simptomlarının gülüşün intensivliyi (yüksək, orta və ya zəif) ilə statistik olaraq əlaqəsi yoxdur.(Report)

pia.az


Etiket: gülüş


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Nəzrinlə Mərdanın toyundan görüntülər - Video

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Müharibə başlayandan bəri Belqorod vilayətində 120 nəfər ölüb

Xüsusi zolaqların çoxalması velosiped alanların sayını artırdı - Video

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Ən çox oxunanalar