Cümə, 04 Dekabr 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

Teymur Rəcəbovun uğurunu yeniləyən 14 yaşlı dünya çempionu Aydın -Foto,Video,Reportaj

Aydın Süleymanlının şahmat üzrə dünya çempionatındakı qələbəsi ölkəmizi ikiqat sevindirdi...

Təcrübəli qrossmeyster Teymur Rəcəbovun Şahmat üzrə Dünya Kubokunu əldə etməsinin sevincini sonlandırmamış 14 yaşlı Aydın Süleymanlının yeniyetmələr arasında şahmat üzrə dünya çempionatındakı qələbəsi ölkəmizi ikiqat sevindirdi.

PİA.az bildirir ki, "Qafqazinfo" dünya çempionunun yaşadığı evə baş çəkib həm təbrik edib, həm də sevincini bölüşüb.

O isə həyəcanla ilk dəfə dünya çempionu olduğunu və həmin an çox sevindiyini ifadə etdi:

"Sonuncu dəfə bu nailiyyəti 2015-ci ildə qazanmışıq. 4 illik böyük bir aradan sonra kuboku Azərbaycana gətirdim".

Aydıngilin evi başdan ayağa onun diplomları, medalları və kuboklarla bəzədilib. Qalib gəldiyi yarışların sayını itirən şahmatçımız 50-dən çox medalının olduğunu dedi:

"2 qat Avropa, 2 qat Azərbaycan, Dünya çempionatının üçüncüsü olmuşdum, son olaraq da Dünya çempionu adını qazana bildim.

5 yaşımda bağçaya gedəndə şahmat dərnəyi var idi. Ora yazıldım və ondan sonra marağım yaranmağa başladı. Evdəkilər məndə bu marağı görüb şahmata yazdırdı".

O, hazırda 249 saylı tam orta məktəbin 9-cu sinif şagirdidir. Şahmatla yanaşı dərslərini də yaxşı oxuyan Aydının dəqiq fənlərə marağı var:

"Gün ərzində 6-7 saat şahmatla məşğul oluram. Onun bir hissəsi müəllimlə, bir hissəsi evdə təkbaşına keçir. Buna baxmayaraq dərslərimi də çatdırmağa çalışıram. Təbii ki, elə də asan olmur. Qiymətlərim yaxşıdır.

Çox təbrik aldım. Ancaq mənə ən çox motivasiya verən Prezidentimizin və Birinci vitse-prezidentimizin təbrikləri oldu. Onların məni izlədiyini bilmək çox qürurvericidir".

Keçirdiyi 11 oyunun 7-də qələbə qazanan həmyerlimizi izləyənlər və sonradan təbrik edənlər arasında Şəhriyar Məmmədyarov da olub. Dünyanın ən güclü şahmatçılarından birinin onun oyununu əsl ağsaqqal şahmatı adlandırması çempionumuzu çox sevindirib:

"Şəhriyar Məmmədyarovun təbriki mənimçün gözlənilməz oldu. Dünyanın ən güclü 10 şahmatçısından birinin məni təbrik etməsi sevindiricidir. Ümid edirəm ki, gələcəkdə onun kimi güclü şahmatçı ola bilərəm. Teymur Rəcəbovun bütün oyunlarını izləmişəm. Onun da qalibiyyəti bizi çox sevindirdi. Hədəfim elit qrossmeyster olub şahmat tacını Azərbaycana gətirməkdir".

Aydının atası Elşən Süleymanov oğlunun qalib olduğu dəqiqələrdə sevincdən kövrəldiyini deyir:
"Aydının uşaqlıqdan şahmata marağı var, ona görə tezliklə nəticə əldə edəcəyini gözləyirdik. Gözləmədiyim şey ölkə başçısının və birinci xanımın təbriki idi. Bu, bizi daha da ruhlandırdı. Ailəmizdə başqa şahmatla maraqlanan olmasa da, babası Aydın Süleymanov fizika-riyaziyyat elmləri namizədi, alim olub. Yəqin ki, gendən keçmədir. Övladımın gələcəyini parlaq görürəm.
Həmin an insan istər-istəməz kövrəlir. Övladın uğuru valideyn üçün fəxrdir. Bütün valideynlərə həyatda övladın uğurunu görməyi arzulayıram".

pia.az

Fotolar





Şərh yazın.


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

"Türk ordusu Qarabağa gəlməməlidir" - deyən deputatın kimliyi

Deksametazon, antibiotiklər əvəzinə bunları edin - Koronavirusdan sağalan Rəşad Mahmudov

Türkiyədən kritik həmlə: "Zəngəzur məsələsi masada..."

Çavuşoğlu bu davranışı ilə gündəm oldu - Foto

Naxçıvanda toy sərbəstliyi: “Şirinliyi ver, toy elə”

Fransa parlamenti də “dqr”lə bağlı qanunu qəbul etdi

Qarabağda məclis quran məmurlar o gölün varlığından xəbər tutsalar...

ATƏT-in Minsk qrupu Qarabağ məsələsinə dair bəyanat verib

“Rusiya Ermənistanı artıq buraxmayacaq” - Erməni ekspert

"Balaca Ermənistan Rusiyaya necə dayaq ola bilər?!" - Maksim Şevçenko

Koronavirusla qripin fərqi nədir? - TƏBİB açıqladı

Paşinyanın yerinə müxalifətin namizədi - O, xalqımızın soyırımında iştirak edib...

loading...

Ən çox oxunanalar