Dünyaca məşhur müğənni Teylor Svift tezliklə "Lover" adlı albomunu təqdim edəcək
PİA.AZ qafqazinfo-ya istinadən xəbər verir ki, amerikalı pop ulduzun internet və musiqi dinləmə platformalarında yeni albomunun satışları həyata keçirilib.
Musiqi layihəsi işıq üzü görməsə də, satışlar sənətçiyə 1 milyon dollardan artıq pul qazandırıb.
Bundan əlavə, əvvəl çalışdığı musiqi şirkəti ilə müqaviləsi pozulan ifaçı bütün köhnə mahnılarını yenidən ifa edərək fanatlarına təqdim edəcəyini açıqlayıb.
pia.az