Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Testdən üç saat əvvəl bunları etmək olmaz

"Yeni növ koronavirusla (COVID-19) əlaqədar verilən testlərinin nəticələrinin bəzən əvvəlcə pozitiv, sonradan neqativ çıxması cəmiyyətdə çaşqınlıq yaradır. Xəstəliyin kliniki gedişi, əlamətləri və kompüter tomoqrafiyası görüntülərinin COVID-19-a uyğun gəldiyi halda test cavabının neqativ çıxması cəmiyyətdə birmənalı qarşılanmır".

Bunu Mərkəzi Gömrük Hospitalının həkim-pediatrı Təranə Göyüşöva bildirib.

O qeyd edib ki, həmin testlər kütləvi müayinə üçün nəzərdə tutulub və 70 faiz halda düzgün nəticə verir:

"İki gün sonra əlamətlər davam etsə və şübhə doğursa, yenidən test vermək olar. Lakin bəzi qaydalar var ki, düzgün nəticə əldə etmək üçün koronavirus testi verməmişdən əvvəl onlara əməl etmək vacibdir. Testdən üç saat əvvəl su içmək, qida qəbul etmək, siqaret çəkmək və burun boşluğuna heç bir sprey istifadə etmək olmaz. Burun keçidlərində kifayət qədər dərindən nümunə götürülməyibsə və yaxud xəstə burnunu silmiş və ya yumuşsa, o zaman testin cavabı səhv ola bilər. Həmçinin boğazdan yaxma götürülməzdən əvvəl xəstə ağzını antiseptik məhlulla yaxalamamalı, dişlərini fırçalayanda, ağız boşluğunu yaxalayanda su çox dərinə getməməli və qida qəbul edilməməlidir. Bununla yanaşı laboratoriya qaydaları da var”.

Həkimin sözlərinə görə, mütəxəssislər qeyd edirlər ki, səhv nəticə bəzən virusa yoluxmanın ilk günlərində bədəndə ağırlaşma olmaması ilə əlaqədardır:

"Çünki bir çox testlər virusun aşkar edilməsində aşağı həssaslıq göstərirlər və patogeni tapmaq çətin olur. Lakin testdəki yanlışlıq ucbatından müalicə aldıqda belə narahat olmağa dəyməz, çünki aparılan müalicələr onsuz da virus əleyhinə yönəlib və immun sisteminin möhkəmləndirilməsi məqsədi daşıyır".3

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Məşhur tikinti şirkəti BDU-nu məhkəməyə verdi

Ən çox oxunanalar