Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Tərtərdə Milli Qurtuluş Günü münasibəti ilə ümumrayon tədbiri keçirildi - Fotolar

Əvvəlcə tədbir iştirakçıları Mərkəzi Meydanda Umummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül-çiçək dəstələri qoydular, onun həyat və fəaliyyətini əks etdirən kitab sərgisinə baxdılar


Sonra tədbir YAP Tərtər Rayon Təşkilatının Qərargahında davam etdi. Tədbiri rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov açaraq tərtərliləri Milli Qurtuluş Günü münasibəti ilə təbrik etdi, Ulu Öndərin Azərbaycan xalqının xilaskarı olduğunu vurğuladı.

Rayon rəhbəri qeyd etdi ki, müstəqilliyin ilk illərində dövlətin idarəçilik sükanı arxasında xalqın bütün qüvvələrini bir yerə toplaya biləcək qüdrətli lider yox idi. Ölkəyə rəhbərlik edənlər Heydər Əliyevin xalqa rəhbərliyinin qarşısını kəsirdi. Ona qarşı müxtəlif təxribatlar törədilir və böhtanlar atılırdı. Nəticədə isə təzəcə müstəqilliyini elan etmiş bir respublikanın suverenliyinə təhlükə yaranırdı. Azərbaycanda erməni təcavüzünə və saysız- hesabsız təxribatlara sinə gərən nüfuzlu şəxsiyyətə, liderə günbəgün, saatbasaat ehtiyac duyulurdu. Rəhbərlik Moskvanın diktəsi ilə işləyirdi. Belə bir çətin anda xalqımız öz liderinin-Heydər Əliyevin gəlişini həsrətlə gözləyirdi. Azərbaycanı düçar olduğu bəladan qurtarmağa qadir yeganə şəxsiyyət Heydər Əliyevdir. O dövrdə Heydər Əliyevlə bağlı ən adi informasiyalar hakimiyyət dairələrində narahatlıqla qarşılanırdı. Heydər Əliyevin Naxçıvandakı uğurlarına qısqanc münasibət bəslənirdi. Ayaz Mütəllibovun təslimçilik ruhu, hakimiyyəti uzun sürə bilməzdi. Azərbaycan üçün yeni-yeni torpaq itkisinə və Xocalı soyqırımına səbəb olan bu hakimiyyət gedərkən onun yerini Azərbaycan Xalq Cəbhəsi tutdu. Bu, heç nəyi dəyişdirmədi. Çox qısa zamanda Azərbaycanda hakimiyyət boşluğu, xaos və dövləti sarsıdan hadisələr bir-birini əvəz etməyə başladı.

Ölkədə vəziyyət anbaan, günbəgün kəskinləşirdi. Azərbaycan Respublikası faktiki olaraq öz müstəqilliyini itirmək təhlükəsi ilə qarşı-qarşıya qalmışdı. Bir tərəfdən ermənilər torpaqlarımızı işğal edir, digər tərəfdən ölkənin həm cənubunda, həm də şimalında separatçılar baş qaldırırdılar. Məqsəd aydın idi: Azərbaycanı parçalamaq və bir dövlət kimi tarixin səhifəsindən silmək. 1993-cü ilin iyununda Gəncədə baş verən hadisələr ölkəmizdə vətəndaş müharibəsinin başladığına işarə idi. Bu hadisələr AXC-Müsavat cütlüyünün bacarıqsızlığını, səriştəsizliyini göstərdi. Qardaş qanı axıdılarkən belə, nəticə çıxarılmadı, vətəndaş qarşıdurmasına yol verməmək üçün heç bir tədbir görülmədi. Cənub bölgəsinə Əlikram Hümbətovun qanunsuz hərəkətləri, şimalda separatçılıq meyllərinin güclənməsi ilə müşayət olunan vəziyyət daha da gərginləşməyə başladı.

Hakimiyyətdə olanlar özləri dərk etdilər ki, Azərbaycan parçalanmaq və bir dövlət kimi məhv olmaq təhlükəsindədir. Ona görə də xalqın təkidli tələbi ilə Heydər Əliyevi Bakıya dəvət etdilər. Həmin gün Qurtuluş günü kimi xalqımızın yaddaşında hər zaman əbədi yaşayacaqdır.

Tarixi xilaskarlıq missiyasını öz üzərinə götürən Ümummilli lider həyatını təhlükə qarşısında qoyaraq Gəncəyə getdi. Hadisələrin daha faciəli  nəticələrə çıxmaması üçün öz ağsaqqal sözünü dedi. Ulu öndərin Gəncəyə səfəri vətəndaş qarşıdurmasının qarşısını aldı.

Xaqlın təkidli tələbi və iqtidarın xahişi ilə Heydər Əliyev 1993-cü il iyunun 15- də Ali Sovetə sədr seçildi. O gündən insanlarda inam yarandı ki, faciələrdən, fəlakətlərdən, ölüm və qandan qurtulacaqlar. Bu, doğrudan da milli qurtuluş idi.

Sonra polis şöbəsinin rəisi Elçin Qasımov, rayon prokuroru Şıxəli Alməmmədov, Tərtər hərbi məhkəməsi İlqar Quliyev, YAP rayon təşkilatı aparatının rəhbəri Kamil Məmmədov, Heydər Əliyev Mərkəzinin əməkdaşı Nəcmiyyə Zeynallı çıxış etdilər. Çıxışçılar dahi şəxsiyyət olan Ulu Öndərin xalqın xilaskarı, lideri olduğunu qeyd edib, onun hakimiyyətə gəlişilə ölkədə hərc-mərciliyə, xaosa, vətəndaş müharibəsi təhlükəsinə son qoyulduğunu bildirdilər.

Qeyd olundu ki, Heydər Əliyev müstəqil Azərbaycanın yaradıcısı, onun memarıdır.

Tədbirdə rayonun ictimai-siyasi həyatında fərqlənən bir qrup şəxsə rayon icra hakimiyyəti tərəfindən Fəxri fərmanlar təqdim edildi.

Tədbir axşam saatlarında Ulu Öndərin adını daşıyan parkda Tərtər rayon Mədəniyyət Mərkəzinin özfəaliyyət kollektivinin və uşaq-gənclər inkişaf mərkəzinin yetirmələrinin iştirakı ilə konsert proqramı ilə davam edib.

pia.az

Fotolar





Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Binə qəbiristanlığında çayxana tikilir? - Video

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Rusiya Ermənistana müqavilələrdə nəzərdə tutulan silahları göndərir

Ən çox oxunanalar