Tərtərdə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, sentyabrın 27-də saat 8 radələrində Tərtər şəhəri ərazisində rayon sakinləri Vüsal Quliyevin və S.Etibaroğlunun idarə etdkləri “VAZ-21074” markalı 2 avtomobil toqquşub. Nəticədə V.Quliyevin sərnişini Mətanət Əhmədova aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
pia.az