Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Tərtərdə azyaşlıya qızdırılmış şişlə işgəncə verilməsinin təfərrüatı

“O ailəni Könülün anası saxlayıb. Ola bilməz ki, uşağa ziyan vursunlar”...

Bu barədə Oxu.Az-a Tərtər rayon Azadqaraqoyunlu kənd bələdiyyəsinin nümayəndəsi doqquz yaşlı T.D.-yə anası tərəfindən işgəncə verilməsi ilə bağlı hadisəyə münasibət bildirərkən deyib. 

Bələdiyyə nümayəndəsinin sözlərinə görə, uşağın anası Könül övladına ziyan vura bilməz:

 “Könül Rafiqlə evləndikdən sonra ailəyə onun anası - Kamilə xanım baxır. Kasıb ailədir. Kənddə elə bir söz-söhbətləri olmayıb. Kənardan eşitdiyim, gördüyüm qədər deyə bilərəm ki, Könül uşağa işgəncə verməz. Amma yəqin, aralarında söz-söhbət olub, ər-arvad bir-birini polisə verib. Onların iki uşağı var. Doqquz yaşlı T. də Könülün doğma uşağıdır. Uşaq anadan olandan ona Könül baxıb. Mən onun uşağa işgəncə verdiyinə inanmıram”.

Bələdiyyə nümayəndəsi Könül və Rafiqin ayrı yaşadığını da deyib:

“Rafiq rayonun başqa kəndində, Könül isə Azadqaraqoyunluda yaşayır. Əslində, ayrılmayıblar, amma indi ayrı yaşadıqlarının səbəbini bilmirəm. Ailə münasibətlərindən xəbərimiz yoxdur. Heç birinin psixoloji problemi də yoxdur, normal insanlardır”.

Qeyd edək ki, işgəncə verildiyi iddia edilən doqquz yaşlı T. xəstəxanada deyil, vəziyyəti yaxşıdır.

Xatırladaq ki, Azadqaraqoyunlu kənd sakini Dünyamalıyeva Könül Bəhlul qızı yaşadığı evdə himayəsində olan oğlu, 2011-ci il təvəllüdlü T.D.-ni nadinclik etdiyi üçün cəzalandırıb. Qadın şişi qaz sobasında qızdıraraq, azyaşlının bud, çanaq, qol və əlinə basıb.

Hadisədən xəbər tutan uşağın atası Rafiq Dünyamalıyevin şikayətindən sonra Tərtər Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 133.2.4-cü (yetkinlik yaşına çatmayan şəxsə qarşı işgəncə vermə) maddəsilə cinayət işi başlanıb.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Ən çox oxunanalar