Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Tərtərdə Azərbaycan təhlükəsizlik orqanlarının 100 illik yubleyi qeyd olundu - Foto

Azərbaycan Respublikasının təhlükəsizlik orqanlarının yaranmasının 100 illik yubleyi münasibətilə Tərtər rayonunda tədbir keçirilib

Tədbirdə rayon icra hakimiyyətinin rəhbərliyi, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Tərtər Rayon Şöbəsinin əməkdaşları, rayonun hüquq- mühafizə orqanlarının, idarə və müəssisələrinin rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbir iştirakçıları öncə Ulu Öndər Heydər Əliyevin Mərkəzi Meydanda ucalan abidəsini ziyarət edib, önünə tər gül dəstələri düzüblər. Sonra tədbir YAP rayon təşkilatının akt zalında davam etdirilib.

Əvvəlcə Ulu öndərin, ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olmuş oğul və qızlarımızın, xidməti vəzifəsini yerinə yetirərkən qəhrəmancasına həlak olan təhlükəsizlik orqanları əməkdaşlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Azərbaycan Respublikasının təhlükəsizlik orqanlarının yaranmasının 100 illiyi münasibəti ilə DTX-nin Tərtər Rayon Şöbəsinin şəxsi heyətini təbrik edib, ölkəmizin milli maraqlarının, mənafelərinin etibarlı təmin olunması və qorunması istiqamətindəki dəyərli fəaliyyətlərində uğurlar arzulayıb. Qeyd edib ki, təhlükəsizlik orqanlarının fəaliyyətinin böyük bir dövrü Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin adı ilə bağlıdır. Müasir Azərbaycanın memarı və qurucusu Heydər Əliyevin ən böyük xidmətlərindən biri də siyasi tariximizdə ilk dəfə təhlükəsizlik orqanlarının milliləşdirilməsinə nail olmasıdır.

Ulu Öndər hakimiyyətə qayıtdıqdan sonra təhlükəsizlik orqanlarının fəaliyyətinə qayğı ilə yanaşıb. Təhlükəsizlik orqanlarının maddi-texniki təchizatı, sovet dövründə formalaşmış peşəkar əməkdaşların qorunması ilə yanaşı, gənc kadrların yetişdirilməsi məsələsi də daim diqqət mərkəzində saxlanılıb. Məhz bu zərurəti nəzərə alan ümummilli lider Heydər Əliyevin

Fərmanı ilə 1998-ci ildə milli təhlükəsizlik orqanları üçün peşəkar kadrlar yetişdirən akademiya təsis edilib. Diqqətə çatdırılıb ki, ulu öndər Heydər Əliyevin siyasətini uğurla davam etdirən Prezident İlham Əliyevin müdrik rəhbərliyi nəticəsində bu gün Azərbaycan regionun lider dövlətinə çevrilib. Prezident İlham Əliyev Azərbaycan dövlətinin və xalqının maraqlarını uğurla müdafiə edir, ölkəmizin ərazi bütövlüyünün bərpası və təhlükəsizliyinin təmin olunması istiqamətində mühüm və taleyüklü addımlar atır.

DTX-nin Tərtər Rayon Şöbəsinin rəisi Ülvi Kazımov Azərbaycanın təhlükəsizlik orqanlarının keçdiyi uzun və şərəfli yol barədə tədbir iştirakçılarına ətraflı məlumat verib.

Tədbirdə Tərtər hərbi prokuroru Hümmət Məmmədov, başçının birinci müavini, YAP rayon təşkilatının sədri Ramiz Şabanov, DTX-nin Tərtər Rayon Şöbəsinin Mühüm işlər üzrə baş əməliyyat müvəkkili Kənan Xuduyev, təhsil şöbəsinin müdiri Surxay Mirzəyev, məşğulluq mərkəzinin direktoru Azər Ağayev, subartezian quyularının istirmarı idarəsinin rəisi Əli Əliyev çıxış edərək öz ürək sözlərini çatdırıblar.

Sonra təhlükəsizlik orqanlarının yaradılmasının 100 illik yubleyi münasibətilə rayonun ictimai-siyasi həyatında fəal iştirakına görə fərqlənən bir qrup əməkdaşa rayon icra hakimiyyəti tərəfindən fəxri fərmanlar və qiymətli hədiyyələr təqdim olunub.

pia.az

Fotolar




Etiket: Tədbir

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Güclü maqnit qasırğası gözlənilir: Ən təhlükəli günlər açıqlandı

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar