Şənbə, 04 İyul 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

Tərtər Rayon İcra Hakimiyyəti başçısına qarşı qarayaxma kampaniyası

Milli Məclisə seçkilərdə səs toplamayan namizədlər Tərtər Rayon İcra Hakimiyyəti başçısına qarşı qarayaxma kampaniyasına başlayıblar... 

Səhləbad kəndinin sakini Ziya Mahmudovu, Şəhriyar Məcidzadəni (Tərtər rayonun keçmiş icra başçısı Sərdar Həmidovun oğlu) və Arzu Mehdiyevanı nə birləşdirir? Şəhriyar Məcidzadə 2015-ci ildə, Ziya Mahmudov və Arzu Mehdiyeva isə 2020-ci ildə Milli Məclisə seçkilərdə öz namizədliyini verib, yetərincə səs toplamadıqları üçün deputat seçilə bilməmişlər. İndi isə birləşərək birinin dediyini digəri paylaşaraq öz facebook səhifələrində və müxtəlif saytlarda Tərtər Rayon İcra Hakimiyyəti başçısına qarşı qarayaxma kampaniyasına başlayıblar.

Ziya Mahmudov kimdir? Şəhid oğlu adından istifadə edərək müntəzəm olaraq ailəsi adına yaraşmayan işlərlə  məşğul olan birisi. "Ailə vəziyyətim ağırdır, dolana bilmirəm, öhdəmdə xəstə bacılarım var”,-dedi, ona icarəyə Çaylı kəndindən 15 hektar torpaq sahəsi ayrıldı, dolana bilmirəm, dedi: Məşğulluq Mərkəzi tərəfindən özünüməşğulluq proqramı çərçivəsində 2 baş inək, 400 kiloqram yem verdilər. Bu dəfə iştahı daha da artdı. Yenidən 35 hektar torpaq istədi, alınmadı, deputat olmaq istədi, alınmadı, seçkilər ərəfəsində işi-gücü ancaq namizədlərə qarşı təxribat, dava-dalaş oldu. Namizəd Sahib Alıyevin  seçicilərlə görüşlərində ona qarşı qeyri-etik davranış, təxribat nümayiş etdirdi və utanmadan bunları müxtəlif saytlarda paylaşdı. "Deputat olmaq üçün savad lazım deyil,” dedi. Elə bu savadsızlığın nəticəsidir ki, 1990-cı illərdə Səhləbad və Əskipara kəndlərində aparılan aqrar islahat zamanı yol verilmiş nöqsanların günahını 2014-cü ildə Tərtər rayonunun icra başçısı təyin edilmiş Müstəqim Məmmədovda görür. Adamları dövlətə qarşı çıxmağa çağırır, xüsusi rejimli karantin dövründə rayonun Şıxarx qəsəbəsi və Hüsənli  kəndinin sakinlərini yığaraq aksiyalar təşkil edir. "Mən şəhid oğluyam, deyərək şəxsi ambisiyalardan deyil, ümumi mənafedən danışıram” desə də, əməlləri bunu demir. Ziya çəkir, çıxış edir, Şəhriyar Məcidzadə təsdiqləyir, Şəhriyar Məcidzadə yazır, Ziya paylaşır, Arzu Mehdiyeva rəy yazır.

Şəhid oğlu unudur ki, Tərtərə Müstəqim Məmmədov icra başçısi təyin edilənə qədər nə onun atası Mehrac Mahmudovun, nə Milli Qəhrəmanlar Vəzir Orucovun, Mübariz İbrahimovun, nə Azərbaycan Bayrağı ordenli İlqar Həsənovun adına küçə var idi. Məhz Müstəqim Məmmədov icra başçısı təyin ediləndən sonra adları qeyd olunan şəhidlərin adı əbədiləşdirildi, onların adını daşıyan küçələrdə səliqə-səhman yaradıldı, girişlərində baralyefləri qoyuldu.

2016-cı ilin aprel döyüşlərində şəhid olmuş Nicat İsgəndərov da unudulmadı, onun da adına küçə verildi. Həmin küçə də digər şəhid adını daşıyan küçələr kimi abadlaşdırıldı. Yeri gəlmişkən şəhid oğlu atasının adını daşıyan küçənin açılışına hamıdan sonra gəlmişdi, həm də hansı vəziyyətdə. Bu, həmin açılışda olan tərtərlilərin hamısının yadındadır. İndi isə Ziya Mahmudov öz facebook səhifəsində naməlum şəhid məzarları ilə bağlı paylaşım edib hamını suçlayır. Ziya Mahmudovun paylaşımını isə Şəhriyar Məcidov və Arzu Mehdiyeva təsdiqləyir. Olmazmı ki, Ziya Mahmudov çəkilişdə dönə-dönə şəhid övladı olduğunu qeyd etməkdənsə, bir gənc kimi təşəbbüs irəli sürüb gənclərlə birlikdə həmin naməlum əsgər məzarlarının ətrafını təmizləyib, çəkiliş edib, nümunə göstərə idi. Onda bütün tərtərlilər bu şəhid balasını alqışlayardılar.

Digər paylaşımında "İcra başçısı liseyin pəncərələrini hördürdü: villasının həyəti göründüyü üçün” deyir. Bildiririk ki, Tərtər İlk Peşə İxtisas Məktəbində 1993-cü ildən 2018-ci ilə qədər məcburi köçkünlər məskunlaşmışdılar. Binanın sanitar qovşaq tərəfdə yerləşən pəncələri illər öncə hörülmüşdür. Həmin ərazidə ictimai yaşayış binalarının fasad hissələri təmir olunub rənglənərkən peşə məktəbinin həmin hissəsi də rənglənmişdir. 2018-ci ildə orada məskunlaşan məcburi köçkünlər Şıxarx qəsəbəsində 1176 ailəlik məcburi köçkünlər üçün salınmış qəsəbəyə köçürülmüşdür. Bina Təhsil Nazirliyinə təhvil verilmiş, hazırda orada məcburi köçkünlər yaşamır, bina istismara yarasızdır, əsaslı təmirə ehtiyacı var. İcra başçısı tərəfindən binanın pəncərələrinin hörülməsi üçün heç bir göstəriş verilməmişdir.

Şəhriyar Məcidzadə isə özü etiraf edir ki, Ziya Mahmudovun çəkdiklərini məcbur qalıb paylaşır: "Çünki sən Müstəqim Məmmədov mənim babamın tikdiyi İsgəndər, Sərdar, Zakir Həmidovların böyüdüyü evini, mənim yurdumu alıb quldurlara, rekertlərə vermək istəyirsən”.

Əvvəla Şəhriyar Məcidzadənin babasının yurdu Tərtərdə deyil, Kəlbəcər rayonun Bağlıpəyə kəndindədir və babası Məcid kişinin Tərtər üçün heç bir özəl fəaliyyəti və şəhidliyi olmaya-olmaya atası Sərdar Həmidov Tərtərin ən böyük küçələrindən birinə sərəncam verərək atasının-"şəhid” Məcid Məmmədov adını vermişdir. Müstəqim Məmmədov başçı təyin ediləndən sonra həmin küçəni Azərbaycanın Milli Qəhrəmanı Vəzir Orucovun adını verdi və şəhid adını daşıyan bütün küçələri abadlaşdırdı, küçənin girişində baralyefini qoydu.

pia.az 

Fotolar



Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627

Etiket: Tərtər


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

XİN-nin “qara qutusu” bülbül kimi ötübmü? - “Qara qutu”nun səs yazısı...

"Əli İnsanov dedi ki, bu işlərin başında Ramiz Mehdiyev dayanır" - 15 ilin sirri

Sabiq nazir DTX-nin XİN-də keçirdiyi əməliyyatla bağlı açıqlama verib

XİN ailə şirkətinə necə çevrilib? - Canəhmədovların sirrli gücü...

“AzTV-nin əməkdaşı ölən gecə 16 xəstə vəfat etdi” - “Semaşko”nun həkimləri

“O dünyanı bilmirəm, amma bu dünyada cavab verəcəksiniz” – Eynulla Fətullayev

Prezident tanınmış yazıçıya ev bağışladı - Foto

Bu rayonlarda koronavirusa yoluxma səviyyəsi çox aşağıdır 

"Kimlərsə vətənə xəyanətdə, cəsusluqda ittiham edilirlərsə…" - Aslan İsmayılov

Bu dəfə karantin qaydalarını - Operativ Qərargah pozdu

DTX-nın XİN-də keçirdiyi əməliyyatın pərdəarxası... 

loading...

Ən çox oxunanalar