Çərşənbə, 21 Aprel 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki
En

“Tərtər işi”ndə Xanlar Vəliyevin hansı rolu var? - Ərəstun Oruclunun şərhi...

Təsdiqlənməmiş iddilara görə Azərbaycan ordusunda bu “təmizləmə işləri” sabiq Baş Qərargah rəisi Nəcməddin Sadıkovun əmri ilə həyata keçirilib və məqsəd Azərbaycan ordusu içində vətənpərvərlik ruhunu öldürmək olub...

Politoloq: “Xanlar Vəliyev bu cinayətləri törədənlərin arasında əsas fiqurlardandır və o, vəzifəsindən kanarlaşdırılmalıdır, onun barəsində ən qısa zamanda ciddi təhqiqata başlanılmalıdır”.

“Kimsə kimisə müdafiə etmək məqsədilə özünün təsəvvürü olmadığı hadisələr haqda uydurmalar danışır”.

Bu sözləri politoloq Ərəstun Oruclu Ümid Partiyasının sədri İqbal Ağazadənin dünən “Tərtər işi” ilə bağlı verdiyi açıqlamanı PİA.az-a şərh edərkən deyib.

Tərtər işi” bir müddətdir ki, ictimaiyyətin əsas müzakirə mövzularından birinə çevrilib. Qeyd edək ki, 2016-cı ildə uğurlu aprel müharibəsindən sonra Azərbaycan ordususunun yüzlərlə zabit və əsgəri ermənmilərə casusluq etmək ittihamı ilə həbs edilib və onlara ağır işgəncələr verilib. Həbs olunanların bəziləri isə işgəncə altında həyatlarını itiriblər. Bəzilərinə də ölümündən sonra bəraıt verilib. Təsdiqlənməmiş iddilara görə Azərbaycan ordusunda bu “təmizləmə işləri” sabiq Baş Qərargah rəisi Nəcməddin Sadıkovun əmri ilə həyata keçirilib və məqsəd Azərbaycan ordusu içində vətənpərvərlik ruhunu öldürmək olub. Ağlasığmaz işgəncələrə isə Nəcməddin Sadikovun bacısı oğlu Ramil Əsgərovun rəhbərlik edib.

Həmçinin iddilara əsasən “Tərtər işi”ndə hərbi prokuror Xanlar Vəliyevin də xüsusi rolu olub və bu qurum da saxta cinayət işlərinin tərtib olunmasında birbaşa iştirak edib. Dünən isə Ümid Partiyasının sədri İqbal Ağazadə bildirib ki, ““Tərtər işi”ndə prosesi durduranlardan biri Azərbaycanın hərbi prokuroru Xanlar Vəliyev olub”.

Partiya sədri bildirib ki, daxili tədqiqatın dayandırılmasında, istintaq işinin alınmasında Xanlar Vəliyevin müsbət rolu var: “Qanunsuzluqlarla bağlı Xanlar Vəliyevə general Hikmət Həsənov məlumat verib. Bu şəxslər işgəncə sistemini dayandırıblar. Nəcməddin Sadikovun bacısı oğlu Ramil Əsgərovun rəhbərlik etdiyi daxili istintaq oraya heç kəsi buraxmırdı. Səhv etmirəmsə, işgəncə verənlərdən də beşi həbs olunub”, deyə İqbal Ağazadə bildirib.

Mövzu ilə bağlı PİA.az-ın əməkdaşı hazırda ABŞ-da yaşayan politoloq, sabiq təhlükəsizlik xidməti əməkdaşı Ərəstun Oruclunun fikirlərini öyrənib.

Qeyd edək ki, Ərəstun Oruclu uzun zaman “Tərtər işi” ilə bağlı ictimaiyyəti obyektiv məlumatlandırıb və bu prosesin əsil mahiyyətini yazdığı yazılarda açıqlayıb.

Ərəstun Oruclu: “Yaxın zamanlarda bu cinayətlər ətrafında hadisələr elə cərəyan edəcək ki, yuxarıda qeyd etdiyim bütün uydurmaların, yalanların, manipulyasiyaların hamısına nöqtə qoyulacaq”.

Tərtər işi” ilə bağlı manipulyasiyarın başladığını qeyd edən Ərəstun Oruclu PİA.az-a bildirib ki, qalib Azərbaycan ordusuna qarşı yeni təxribatların qarşısını almaq üçün ətraflı tədqiqat aparılmalı və bütün günahkarlar aşkarlanmalıdır:

Tərtər qətliamının gündəmi tutması səbəbindən onun ətrafında da çoxsaylı spekulyasiyalar başlayıb. Kimsə kimisə müdafiə etmək məqsədilə özünün təsəvvürü olmadığı hadisələr haqda uydurmalar danışır, kimsə də əksinə, məsuliyyəti başqalarının üzərinə atmaq məqsədi ilə ağ yalanlar uydurur və s. Ona görə də mən bütün bu fikirlərə heç bir münasibət bildirmək istəmirəm və həm də ona görə ki, yaxın zamanlarda bu cinayətlər ətrafında hadisələr elə cərəyan edəcək ki, yuxarıda qeyd etdiyim bütün uydurmaların, yalanların, manipulyasiyaların hamısına nöqtə qoyulacaq.

Konkret Xanlar Vəliyevin həm Tərtər qətliamındakı, həm də Azərbaycan Ordusuna qarşı çoxsaylı cinayətlərdəki rolu haqqında bircə kəlmə deyə bilərəm. Xanlar Vəliyev bu cinayətləri törədənlərin arasında əsas fiqurlardandır və o, vəzifəsindən kanarlaşdırılmalıdır, onun barəsində ən qısa zamanda ciddi təhqiqata başlanılmalıdır. Əks halda hərbi prokurorluq orqanlarına yerləşdirilmiş cinayətkar dəstə bu dəfə artıq qalib Azərbaycan Ordusuna qarşı təxribatları, cinayətləri davam etdirəcəklər və bunun işartları da artıq görünməkdədir”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

Sülhməramlıların hərbi parad keçirməsi beynəlxalq qaydalara nə qədər uyğundur?..

Vilayət Eyvazov deputatın oğluna yeni vəzifə verdi

Ramiz Mehdiyevin işdən çıxardığı əməkdaş başqa vəzifəyə təyin olundu

Vilyam Hacıyevin ailəsi 124 manata kirayə yaşadığı yataqxanadan çıxarıldı - Foto

Azərbaycanın KTMT-yə üzvlüyü qaçılmaz bir məcburiyyətə çevrilə bilərmi? - Müsahibə

Rüşvətə görə həbs edilən icra başçısının əmlakına həbs qoyulub

"Kurtlar vadisi"nin "Güllü"sü Hərbi Qənimətlər Parkında - Foto

İlham Əliyev pambıq tarlasında səpin prosesini izlədi - Yenilənib, Fotolar

Müavinət, təqaüd və kompensasiyanın təyin olunması üçün müraciət qaydası dəyişir

Mehdiyev Ziya Məmmədovun qardaşını işdən çıxarıb? – Açıqlama

Ən çox oxunanalar