Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Tərtər işi”: söylənənlər, işgəncələr, həqiqətlər… - Video

2016-cı il 4-5 aprel döyüşlərindən sonra Azərbaycanda hərbiçilərin kütləvi şəkildə istintaqa cəlb edilməsi “Tərtər işi” adlandırılır.

Həmin vaxt Baş Prokurorluq, Dövlət Təhlükəsizliyi Xidməti, Müdafiə Nazirliyi və Daxili İşlər Nazirliyinin birgə bəyanatında hərbiçilərin istintaqa cəlb edilməsi onların Ermənistan xüsusi xidmət orqanlarına casusluqda şübhəli bilinməsi ilə əsaslandırılmışdı.

2017-ci ilin may və iyun aylarında baş vermiş kütləvi işgəncə halları barədə cəmiyyət yalnız 2019-cu ildə – hüquq müdafiəçiləri həmin vaxt baş verənləri üzə çıxarandan sonra xəbər tutmağa başlayıb. Hüquq müdafiəçilərinin bildirdiyinə görə, 100-dən çox əsgər və zabit işgəncələrə məruz qalıb, 25 nəfərə uzunmüddətli həbs cəzası verilib və ən azı 9 nəfər işgəncə nəticəsində ölüb.

Hadisə şahidlərinin ifadələrində, məhkəmə ekspertizası materiallarında təqsirləndirilənlərin bir çox ağlasığmaz işgəncələrə məruz qaldığı bildirilir.

Bu məsələ son vaxtlar yenidən gündəmə gəlib.

Tərtər işi” hadisələrinin təfərrüatları barədə təhlükəsizlik məsələləri üzrə ekspert Ərəstun Oruclu Turan-ın “Çətin sual” proqramının 2021-ci il aprelin 9-dakı buraxılışında danışıb.

Tərtər işi”nin diqqətdə saxlanmasının əsas məqsədi haqsız olaraq casusluq kimi ağır ittihama məruz qalmış bir qrup Azərbaycan əsgər və zabitlərinin təmiz adlarını özlərinə qaytarmaq, bu haqsızlığa yol vermiş şəxslərin layiq olduqları cəzalara çatdırılmasıdır.

Ekspert deyir ki, hərbiçilərin həbslərilə bağlı Azərbaycan Müdafiə Nazirliyinin, Azərbaycan Daxili İşlər Nazirliyinin, Dövlət Təhlükəsizlik Xidmətinin, Baş Prokurorluğun birgə bəyanatı 2016-cı il mayın 7-də yayılsa da, həbslər aprelin sonlarından başlayıb.

İlkin vaxtlar istintaqın gedişi, istintaqa cəlb olunan hərbiçilərin sayı, onlarla rəftar, işgəncədən ölüm halları ilə bağlı ətraflı informasiyalar çox az olub.

Onun sözlərinə görə, istintaqla bağlı təfərrüatlar yalnız 2018-ci ildən ictimailəşdirilməyə başlayıb, məlum olub ki, hələ bəyanat verilənə qədər 2-3 nəfər hərbiçi işgəncə nəticəsində ölüb: “Söhbət 100-lərlə hərbi əsgər və zabitin istintaqa cəlb olunmasından gedir. Bu istintaq xalqın orduya inamını qırmaq kimi uzağa gedən məqsədlər güdüb və ona sıradan bir istintaq hadisəsi kimi baxmaq olmaz.

Burada düşmən əli işləyib”, deyə ekspert mövqeyini ifadə edir.

Onun fikrincə, bu hadisəyə start verənlər, hərbiçiləri işgəncələrə məruz qoyanlar bir gün dövlət rəhbərliyinin onları cəzalandıra bilməsindən yox, hadisənin daha da ictimailəşdirilməsindən qorxurlar. Buna görə də bu məsələ ilə bağlı mediada yazılar getdikdə bunu narazılıqla qarşılayanlar olur, amma baş vermiş haqsızlıqları üzə çıxarmaq üçün məsələnin ictimailəşdirilməsindən başqa da yol yoxdur: “Amma dövlət rəhbərliyi səviyyəsində bu məsələ ilə bağlı araşdırmalar başlanılsa mən öz dəstəyimi verməyə hazıram. Çünki danışdıqlarım bildiklərimin heç 20%-i deyil”, deyə Oruclu bildirir.

O, İkinci Qarabağ savaşında qazanılan qələbədən sonra bu mövzunun yenidən mediada özünə yer almasına etiraz edənləri, bunu kimlərinsə özünü gündəmdə saxlamaq istəməsi kimi düşünənləri də haqlı saymır.

Ekspert hesab edir ki, bu məsələnin aydınlığa çıxması üçün dövlət rəhbərliyi səviyyəsində müdxailə lazım gəlir, çünki burada haqsızlıq edənlərin sayı o qədər çoxdur ki, elə fiqurların, adları çəkilir ki, bunu hansısa bir dövlət qurumu, istəsə belə, tam olaraq açıqlığa çıxara bilməz.

O deyir ki, istintaq zamanı işgəncədən həyatını itirən bəzi hərbiçilərin ailələrinə “istintaq zamanı cinayəti sübut olunmadı” kimi sənəd verilib, amma bu, onların bəraət almaları kimi başa düşülə bilməz.

Oruclu hesab edir ki, bu hadisə orduya qarşı sistemli düşmənçilikdir və Rusiya xüsusi xidmət orqanlarının əli ilə törədilib. Ekspertə görə, bu cinayətdə iştirakçı olanlar Azərbaycanın maraqlarına xidmət etməyiblər.

Onun fikrincə, “Tərtər işi” yenidən araşdırılmalı, bu cinayətdə iştirtakı olanların hamısı cəzalandırılmalıdır.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Sumqayıtda xəstəxananın həyətində aşkarlanan körpə meyiti ilə bağlı araşdırma aparılır - Yenilənib  

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Ən çox oxunanalar