Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Terrorçuların dirijoru - Ankara...


Aprelin 28-də Suriya hökuməti BMT-yə rəsmi müraciət yollayaraq bu təşkilata Türkiyənin münaqişədə roluna qiymət verməyi təklif edib


Müraciətdə Türkiyə birbaşa “işğalçı” adlandırılıb və bu, çoxsaylı faktlarla təsdiqlənib.

Çoxdan rudimentə çevrilmiş BMT-nin hansısa tədbir görmək gücündə olmadığını bilirik, odur ki, müraciətin yalnız tarixi sənəd rolu var. Üstəlik, Ərdoğanın Bəşər Əsədə “əziz qardaşım” dediyi, onu Ankarada təntənə ilə qəbul etdiyi, ailə fotoları çəkdirdiyi əyyamlar da geridə qalıb.



Ancaq hazırkı təhlükəli “Suriya yumağı”nda Türkiyənin oynadığı ifrat neqativ rolu qabartmaq üçün bunlar maneə deyil. Rəsmi Ankara isə Suriyadakı terrorçular üçün həm tranzit yolu, həm silah-sursat və ərzaqla təminat, həm yaralıların müalicəsi yeri, həm neft alıcısı, həm də bilavasitə savaşa logistik dəstək məkanıdır.

Deməli, söhbət rəsmi siyasətdən gedir. Bu çox təhlükəli oyunun sabah Türkiyənin, birisi gün isə onun digər qonşularının başında çatlayacağının rəsmi Ankarada fərqində deyillər.

Əlbəttə, bu, sadəlövh oyun deyil, hər şey düşünülmüş planla aparılır. Ancaq “Nüsrə Cəbhəsi” və İŞİD kimi başkəsənlərlə əməkdaşlığın arzuolunmaz və gözlənilməz məcraya yönəlmə ssenarisi nədənsə nəzərə alınmır. Patoloji özünəinam təhlükəlidir.



Son günlər Əsəd rejimi şimal-qərb cəbhəsində böyük məğlubiyyətlərə düçar olub. Əvvəlcə İdlib şəhəri itirildi, ardınca isə aprelin 25-də Cisr-Əş Şuqur şəhəri, bir gün sonra da Karmid hərbi bazası islamçıların əlinə keçdi. Türkiyə ilə sərhədə yaxın yerləşən bu ərazilərin itirilməsində rəsmi Ankaranın əlahiddə rolu rəsmi Dəməşqin BMT-yə yolladığı müraciətdə öz sübutlarını tapıb.

Cisr-Əş Şuqur şəhərində yaxşı vaxtlarda 44 min əhali yaşayırdı. 2011-ci ilin iyununda burada Əsəd əleyhinə etirazlar böyük qanla nəticələndi - öldürülənlər isə etirazçılar yox, polislər idi. Bir neçə polisi qətlə yetirən etirazçılar hadisə yerinə yeni polis qüvvələri çağıraraq onları tələyə saldı, sonra isə polis idarəsinin qarşısında güclü bomba partladıldı.

Balaca şəhərdə bir neçə saatın ərzində 120 polis öldürüldü. Suriya ordusu şəhərə yeridiləndə isə bütün əhali Türkiyəyə qaçdı. Əsgərlər şəhərə girəndə o, bomboş idi.



Bu hadisə Suriya faciəsinin başlanğıc epizodlarından biri idi. 4 il ərzində Suriya ordusunun nəzarətində qalan şəhər yalnız aprelin sonlarında və Türkiyənin iştirakı ilə “Nüsrə Cəbhəsi”nin əlinə keçdi.

Dəməşqin BMT-yə müraciətində bildirilir: bundan əvvəl İdlib, Hələb və Qəsəbdə (ermənilərin yaşadığı qəsəbə) olduğu kimi, indi də Cisr-Əş Şuqur şəhəri və İştabrak kəndi (bu kəndi alan islamçılar orada kütləvi edamlar icra ediblər) də “Türkiyə ordusunun logistik dəstəyi və güclü artilleriya atəşləri” vasitəsilə işğal edilib.



Suriya XİN bunu “Suriyaya və onun suverenliyinə qarşı Türkiyə hökumətinin birbaşa aqressiyası” adlandırır və BMT Təhlükəsizlik Şurasından bu aqressiyanı dayandırmağı, Türkiyə hakimiyyətini isə cavabdehliyə çağırmağı tələb edir.

Əlbəttə, bunların heç biri olmayacaq. Və çox təəssüf...

Suriya XİN onu da qeyd edir ki, “Türkiyə tərəfindən dəstəklənən, canlı qüvvə və silah yardımı alan terrorçu qruplar İştabrak kəndində kütləvi qətllər törədərək 200 dinc sakini öldürüb. Onların əksəriyyəti qadın və uşaqlardır. Öldürülənləri dəfn etmək imkanları yoxdur”.

Müraciətdə həmçinin “Nüsrə Cəbhəsi” terrorçularının Türkiyə kəşfiyyatının hərbi mütəxəssisləri ilə təmin edildiyi vurğulanır. Suriya baş verənləri “hərbi cinayətlər” adlandıraraq islamçıların silah və maliyyə ilə təminatına cavabdeh olan Türkiyənin məsuliyyət cəlb edilməsini tələb edir.

Yeri gəlmişkən, bu günlərdə Livanın “əl-Vatan” qəzeti də Türkiyənin münaqişədə rolunu qabardan məqalə dərc edərək Ankaradakı mənbəyinə istinadən Suriyanın şimalındakı islamçı dəstələrin əməliyyat qərargahına bilavasitə Türkiyə kəşfiyyatının rəhbəri Hakan Fidanın rəhbərlik etdiyini yazır.

Öz növbəsində İtaliyanın AKI informasiya agentliyi artıq islamçıların əlinə keçmiş Karmid bazasına hücum zamanı islamçıların 500 ton silah-sursat sərf etdiyini yazaraq terrorçuların təminatının Türkiyədən gəldiyini vurğulayır.

Karmid bazası İdlib şəhərindən 10 kilometr məsafədə yerləşərək Hələb-Latakiya yoluna nəzarət imkanı verir. Həmçinin o, daha iri hərbi baza olan əl-Mastum bazasının qorunmasında əhəmiyyətli obyektdir.

Beləliklə, Karmid bazasının itirilməsi Suriya üçün böyük təhlükələr zəncirində növbəti həlqədir.

Suriya XİN-in məlumatlarında istər İdlib şəhərinin, istərsə də Cisr-Əş Şuqurun itirilməsinin Türkiyənin iştirakı olmadan qeyri-mümkünlüyü vurğulanır. İslamçıların hər dəfə böyük itkilər verməsinə baxmayaraq Türkiyə öz sərhədlərini yeni qüvvələrin Suriyaya keçməsi üçün həmişə onların istifadəsinə verir.

Digər maraqlı məlumatı öz səhifələrində Livanın “əs-Səfir” qəzet dərc edib. Suriya müxalifətindəki mənbələrinə əsaslanan qəzet xəbər verir: “Hələ aprelin 6-da Səudiyyə Ərəbistanının baş nazirinin ikinci müavini və daxili işlər naziri olan Məhəmməd ben Naif Türkiyəyə səfər edib. O, Səudiyyə xüsusi xidmətinin 20 yüksək rütbəli zabitinin müşayiəti ilə Antakya şəhərində yaradılmış və Suriyadakı əməliyyatların idarə olunduğu mərkəzi qərargaha baş çəkib. Elə orada da onunla ABŞ xüsusi xidməti arasında fikir müxtəlifliyi baş verib: amerikalılar İdlibdəki əməliyyatları hələlik səngitmək qənaətində olduğunu açıqlayıb, Ankara və ər-Riyad isə ən qısa zamanda hazırlıqlı fanatiklərin iştirakı ilə Cisr-Əş Şuqurun və Karmid bazasının ələ keçirilməsində israr edib. Sonunda MKİ və Pentaqonun Türkiyə və İordaniya ərazilərində islamçıların hazırlanması əməliyyatlarına başçılıq edən Maykl Naqata istefaya göndərilib. Yəni Ankara və ər-Riyadın mövqeyi üstünlük qazanıb”.

Qəzet onu da xüsusi vurğulayır ki, Cisr-Əş Şuqur uğrunda döyüşlərdə islamçıların tərəfində Türkiyə artilleriyası birbaşa və fəal iştirak edib.

Beləliklə, aydındır ki, Türkiyə hökumətinin fəal iştirakı və yardımı olmasa, Suriyadakı islamçılar hər cür dəstəkdən (həm canlı qüvvə, həm maliyyə, həm ərzaq, həm də silah-sursat) məhrum olaraq çoxdan uduzardı.

Bundan əlavə, Türkiyə kəşfiyyatı və xüsusi xidmət orqanlarının zabitləri hərbi əməliyyatlarda birbaşa iştirak edir, artilleriya dəstəyi verir (istər Qəsəbin, istərsə də Cisr-Əş Şuqurun işğalı bu dəstəklə başlayıb) və logistik yardım göstərirlər.

Bunlar “Polişinel sirri”dir, ancaq nə BMT tədbir görmək iqtidarındadır, nə də NATO dövlətləri bu quruma üzv olan Ankaranı məkrli oyundan çəkindirir. Nəticədə biz suveren dövlət olan Suriyaya qarşı ən çirkli davranış formalarından birinin şahidiyik. Günlərin birində isə bu davranış bir bumeranq kimi Türkiyəni də, onu dəstəkləyənləri də vuracaq. Necə ki, analoji vəziyyət tarixdə dəfələrlə təkrarlanıb...(virtualaz.org)

Məmməd SÜLEYMANOV

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Digər yazıları

Bir fotonun tarixçəsi - Nəsillərin mübarizəsi...

Bakı yanğını və “azyaşlılar”ın idarəçiliyi...

Ən çox oxunanalar