Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Termometrin içindəki civə təhlükəsi - Sındıqda nə etməli?

Lap uşaqlıqdan eşidirik ki, termometrin içindəki civə tökülərsə, insanı öldürə bilər. Bəs civə həqiqətən bu qədər təhlükəlidirmi? Onu təhlükəli edən nədir? Evə dağılarsa, necə təmizləməliyik?

PİA.az məlumatına görə, həkim pediatr Günay Rəsulova apa.tv-ə bildirib ki, termometr sındıqda mütləq otağın pəncərəsi açılmalı və otağın temperaturu aşağı salınmalıdır: “

Çünki isti otaq temperaturunda otaq civə tez buxarlanacaq və bu da bizim zaman itkimizə səbəb olacaq. Xırda hissəciklərə ayrılmasın deyə onu toplamaq üçün əlcək geyinərək ehmalca onu kağızla götürmək lazımdır. Qalan xırda hissəcikləri isə yapışdırıcı ilə təmizləmək lazımdır”.

Bəs termometr uşağın qolunda sınarsa, nə etmək lazımdır? Günay Rəsulovanın sözlərinə görə, mütləq uşağın paltarını dəyişmək və uşağı həmin otaqdan çıxartmaq lazımdır: “Bəzən bizə zənglər olur civəli termometr uşağın əlində idi qırılıb bəs uşaq onu udubsa nə olacaq? Belə olan hallarda uşaq həkim nəzarətində olmalıdır. Çünki civə ağır metal olduğu üçün zəhərlənmə verəcəyi üçün belə uşaq müşahidə də olmalıdır”.

Bioloji elmlər üzrə fəlsəfə doktoru Eldar Əliyevin sözlərinə görə, sinir sisteminin civə birləşmələrinə qarşı çox yüksək həssaslığı var. Həmçinin böyrəkləri də ciddi zədələyə bilir: “İlk baxışda metal dəmir kimi görünür, maye şəklində olmaz, buxarlanmaz və s. Ancaq bu belə deyil. Civə metal da olsa, maye kimi axışqandır və üstəlik də buxar meydana gətirə bilir. Bu buxarlar da insan orqanizmi üçün çox dioksiddir. Sinir sisteminə zərər verə bilir. Ağır bir metal olmasına baxmayaraq, istiyə bağlı olaraq sürətlə genişlənə bilir. Həmçinin soyuğada bağlı olaraq genişlənmə qabiliyyətini itirə bilir”.

Pediatr Günay Rəsulova bildirir ki, civə hissəciklərini yığan zaman tozsorandan istifadə etmək olmaz. Belə ki, tozsoran işləyən zaman civənin başqa otaqlara yayılmasına səbəb ola bilər. Həmçinin həkim tövsiyə edir ki, uşaqlar üçün elektron termometrlərdən istifadə olunması məsləhətdir.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Ən çox oxunanalar