Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Tərəfdaşlıq” sazişi ilə bağlı Azərbaycanla Avropa İttifaqı arasında hansı maneələr var?

Avropa İttifaqı ilə gələn ay imzalanması gözlənilən “Tərəfdaşlıq” sazişi ilə bağlı danışıqlarda gömrüklə bağlı məsələlərdə problem yarandığı bildirilir…

Ekspert: “Azərbaycan əgər bu sazişi imzalamaq istəyirsə, Ümumdünya Ticarət Təşkilatının üzvlüklə bağlı öhdəliyinə əməl etməlidir”.

“Danışıqlarda ən əsas mövzulardan biri ayrıca gömrük məsələsi deyil, məhz gömrük məsələsinin də daxil olduğu Ümumdünya Ticarət Təşkilatına üzvlük məsələsidir”.

Bu sözləri iqtisadçı ekspert Natiq Cəfərli “Tərəfdaşlıq” sazişi ilə bağlı Azərbaycanla Avropa İttifaqı arasında manelərdən danışarkən PİA.az-a açıqlamasında bildirib.

Qeyd edək ki, gələn ay Avropa İttifaqı ilə Azərbaycan arasında “Tərəfdaşlıq” sazişinin imzalanması gözlənilir. Əldə etdiyimiz məlumatlara görə sazişin imzalanmasında əsas maneələrdən biri tərəflər arasında gömrük monopoliyası dayanır. Avropa İttifaqı Azərbaycan gömrüyündə şəffaflığın tam təmin olunmasını əsas şərt kimi irəli sürdüyü halda, Azərbaycan tərəfi bu şərtin müəyyən qədər yumşaldılmasına çalışır. Ümumilikdə isə Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına üzv olmamasıda danışıqlarda əsas maneə olaraq görünür.

PİA.az-ın əməkdaşı bu mövzunu REAL Partiyasının icraçı katibi, iqtisadçı ekspert Natiq Cəfərli ilə müzakirə edib.

Natiq Cəfərli: “Təbii ki, korrupsiyanın olduğu bir şəraitdə, iqtisadi sahələrdə, o cümlədən gömrük və vergi sistemində də problemlər olduğu bir zamanda Avropa Birliyi ilə əməkdaşlıq sazişinin imzalanması ciddi problemə çevrilə bilər”.

Sazişin imzalamasında əsas maneənin Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına üzv olmaqdan qaçmasını vurğulayan ekspert PİA.az-a açıqlamasında bildirib ki, Azərbaycan Ümumdünya Ticarət Təşkilatına üzvlükdən çəkinir və burada əsas məsələ gömrük və vergi sistemi ilə bağlıdır:

“Bildiyim qədərilə, bu tələb bir qədər kompleks şəkildədir. Uzun illərdir ki, Azərbaycan Ümumdünya Ticarət Təşkilatına üzv olmaqdan qaçır. 1997-ci ildən bəri danışıqlar aparılır. Bu danışıqlar başlayarkən digər ölkələrin hər biri üzv oldu. Hətta qonşularımızdan da bütün ölkələr, o cümlədən RusiyaQazaxıstan da üzv olublar.

Azərbaycan isə Ümumdünya Ticarət Təşkilatına üzvlükdən çəkinir və burada əsas məsələ gömrük və vergi sistemi ilə bağlıdır. Bildiyim qədərilə, Avropa Birliyi məsələni kompleks şəkildə qoyub ki, Azərbaycan əgər bu sazişi imzalamaq istəyirsə, Ümumdünya Ticarət Təşkilatının üzvlüklə bağlı öhdəliyinə əməl etməlidir və bu danışıqları yekunlaşdırmalıdır.

Əgər bu baş tutarsa, kompleks şəkildə həm gömrük məsələsi, həm vergi, həm digər iqtisadi məsələlər, o cümlədən investisiya mühiti ilə bağlı məsələlər öz həllini tapa bilər.

Natiq Cəfərli: “Azərbaycan hökumətinin seçim etmək hüququ var və Ümumdünya Ticarət Təşkilatına üzvlüklə bağlı danışıqları tezliklə yekunlaşdırmalıdır”.

Danışıqlarda ən əsas mövzulardan biri ayrıca gömrük məsələsi deyil, məhz gömrük məsələsinin də daxil olduğu Ümumdünya Ticarət Təşkilatına üzvlük məsələsidir.

Təbii ki, korrupsiyanın olduğu bir şəraitdə, iqtisadi sahələrdə, o cümlədən gömrük və vergi sistemində də problemlər olduğu bir zamanda Avropa Birliyi ilə əməkdaşlıq sazişinin imzalanması ciddi problemə çevrilə bilər və maneələr yarana bilər. Ona görə də, Azərbaycan hökumətinin seçim etmək hüququ var və Ümumdünya Ticarət Təşkilatına üzvlüklə bağlı danışıqları tezliklə yekunlaşdırmalıdır”!.

Fatimə ƏLİYEVA
pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Şoyqunun həbs edilən müavini Alina Kabayeva ilə eyni qəsəbədə villa tikdirib

Baş nazir iclas keçirdi: Sədr məruzə etdi - Foto    

Ən çox oxunanalar