Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ter-Petrosyan: "Paşinyan Ermənistanı bəlaya düçar elədi"

“Hakim “Mənim addımım” parlament fraksiyasının bəyanatı göstərdi ki, hazırkı hökumət Qarabağ (separatçıları nəzərdə tutur - "Report") və Ermənistanı hansı bəlaya düçar etdiklərini, bütün erməni xalqına qarşı bağışlanmaz bir cinayət törətməklə yaratdıqları fəlakəti hələ başa düşməyiblər”.

“Report” “Sputnik Armeniya”ya istinadən xəbər verir ki, bunu Ermənistan Milli Konqres Partiyasının sədri, keçmiş prezident Levon Ter-Petrosyan başçılıq etdiyi siyasi təşkilatın toplantısında bildirib.

Onun sözlərinə görə, hökumət bununla daxili siyasi böhrandan çıxmağın konstitusiya yolunu qəti şəkildə rədd edir, qarşıdurmanı ağırlaşdıran bir yol tutduğunu açıq şəkildə göstərir: “Bu, iddia etdikləri demokratiya və parlamentarizmin kobud şəkildə pozulmasından başqa bir şey deyil”.

Qeyd edək ki, noyabrın 10-da Ermənistan parlamentinin müxalifət fraksiyalarının nümayəndələri Dağlıq Qarabağla bağlı növbədənkənar iclas keçirməyə çalışmışdı. Ancaq "Mənim addımım" iştirak etmədiyindən yetərsay olmayıb və toplantı baş tutmamışdı. Bunun ardınca hakim fraksiya Ermənistanda daxili siyasi, hərbi vəziyyəti pozmağa yönəlmiş heç bir iclasda (parlament iclasını nəzərdə tutur-red.) iştirak etmək fikrində olmadığını bildirmişdi.

Noyabrın 11-də isə müxalifət Dağlıq Qarabağla bağlı son razılaşmaların ləğvi məqsədi ilə etiraz aksiyası keçirib.

Xatırladaq ki, noyabrın 10-da gecə saatlarında Rusiya prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham ƏliyevErmənistanın baş naziri Nikol Paşinyan Qarabağda hərbi əməliyyatların tamamilə dayandırılması barədə ortaq bəyanat imzalayıblar.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Ən çox oxunanalar