Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Təqaüd qanunvericiliyi yenidən və sıfırdan yazılmalıdır” - Natiq Cəfərli təqaüdlərlə bağlı təklif verdi

İqtisadçı-ekspert: “Təqaüd qanunvericiliyinin sıfırdan, yenidən yazılmasına və buraya özəl fondların, rəqabətli fondların mütləq şəkildə qeyd olunmasına ehtiyac var”

Azərbaycanda təqaüd sistemi son 13 ildə bir neçə dəfə dəyişdirilib. Dəyişdirilən qanun da çox zaman təqaüdçülərin hamısını qane edəcək qanun olmayıb”.

Bu sözləri iqtisadçı ekspert Natiq Cəfərli bu ildən “Əmək pensiyaları haqqında” qanuna edilən dəyişikliləri PİA.az-a şərh edərkən qeyd edib.

Azərbaycan Prezidenti İlham Əliyev “Əmək pensiyaları haqqında” qanunda dəyişiklik edilməsi barədə qanunu imzalayıb. Bu ildən "Əmək pensiyaları haqqında” Qanuna edilən dəyişiklilərə görə, 2006-cı ilin əvvəlindən, yəni fərdi uçot sistemi tətbiq olunandan sonra 2018-ci il iyulun 1-dək fərdi hesabında toplanan məbləğdən asılı olmayaraq pensiya kapitalı qeydə alınıbsa, 2006-cı ilədək 25 il sosial sığorta stajı hesablanır. Yəni əgər vətəndaşın ötən ilin ikinci yarısınadək fərdi hesabında hər hansı bir vəsait olubsa o 25 illik pensiya stajı ilə pensiyaya çıxır. Bu yaxşıdır, amma heç də bütün yaşlı insanlarımızın pensiya almasına imkan vermir.

“Əmək pensiyaları haqqında” qanuna edilən dəyişiklik təqaüdçülərin sosial durumunu nə qədər yüngülləşdirir?

Bu mövzunu PİA.az-ın əməkdaşı iqtisadçı-ekspert Natiq Cəfərli ilə müzakirə edib.

Natiq Cəfərli: “Dünya təcrübəsini nəzərə alaraq deyə bilərəm ki, bu sahədə köklü, fundamental və qalıcı, tez-tez dəyişdirilməyən, düşünülmüş qaydaların, qanunların tətbiqinə ehtiyac yaranıb”.

Təqaüd sisteminə yenidən baxmaqda yararın olduğunu düşünən iqtisadçı-ekspert bildirib ki, təqaüd sisteminin tez-tez dəyişdirilməsi vətəndaşlar üçün heç də yaxşı deyil:

“Əslində bu məsələnin qlobal araşdırılmasına ehtiyac var. Çünki Azərbaycanda təqaüd sistemi son 13 ildə bir neçə dəfə dəyişdirilib. Dəyişdirilən qanun da çox zaman təqaüdçülərin hamısını qane edəcək qanun olmayıb. Qanunun tez-tez dəyişdirilməsi, hesablama qaydasının dəyişdirilməsi təqaüd sisteminə olan güvəni zəiflədir və insanların təqaüdlərinin hesablamasını qarışdırır. Yəni bir çox insanlar bu günə qədər də bilmirlər ki, hansı qaydalara görə təqaüdlərin hesablanması daha doğrudur. Bir çox insanların da təqaüd almaq gözləntiləri özlərini doğrultmayıb.

Ümumillikdə bu sistemə yenidən baxmaqda yarar var. Çünki təqaüd sisteminin tez-tez dəyişdirilməsi vətəndaşlar üçün heç də yaxşı deyil. Buna görə dünya təcrübəsini də nəzərə alaraq bu sahədə köklü, fundamental və qalıcı, tez-tez dəyişdirilməyən, düşünülmüş qaydaların, qanunların tətbiqinə ehtiyac yaranıb.

Natiq Cəfərli: “Rəqabətli mühid yaradılmalıdır ki, Azərbaycan vətəndaşlarının seçim imkanı olsun”.

İlk olaraq özəl fondların yaranması və dövlət lisenziyası, nəzarəti altında fəaliyyət göstərməsi üçün şərait yaradılmalıdır. Nədən Azərbaycan vətəndaşları seçim imkanlarından məhrum olur? Qonşu ölkələrə Türkiyədə, Rusiyada, Gürcüstanda, Ukraynada müxtəlif fondlar dövlətdən lisenziya alır və dövlətin nəzarət altında fəaliyyət göstərir. Dövlət tərəfindən onlara zəmanət verilir ki, onlar müflisləşməyəcək. Əgər müflisləşərlərsə də, dövlət bunun kompensasiyasını ödəyəcək. Həmin fondlar da beynləxalq sığorta şirkətləri tərəfindən öz vəsaitlərini sığortalayırlar ki, müflisləşmə olsa, insanlar pis duruma düşməsinlər.

Belə bir rəqabətli mühid yaradılmalıdır ki, Azərbaycan vətəndaşlarının seçim imkanı olsun. Tək Dövlət Sosial Müdafiə Fondu ilə yox özəl fondlarla da müqavilə bağlamaq lazımdır. Həmçinin də özəl fondlardan təminat almaq lazımdır ki, təqaüd yaşına çatarkən hər bir insan nə qədər vəsait alacaq. Vətəndaşın hesabına yığılan vəsaitdən təqaüd fondları illərlə yatırım kimi istifadə etdiyinə görə vətəndaşa divident də ödəməyə məcbur olacaqlar. Bu da çox yaxşı bir mexanizmin, rəqabətli mühitin yaranmasına səbəb olacaq.

Natiq Cəfərli: “Dövlət tərəfindən ancaq çalışmayan, sosial müdafiəyəyə ehtiyacı olan, əngəlli insanlara təqaüd verilməsi qeyd olunmalıdır”.

Sosial Müdafiə Fondu yaradılarkən belə bir bəyanat olmuşdu ki, 2012-2013-cü ildən tam özünü maliyyələşməyə keçəcək və dövlət büdcəsindən dotasiya almayacaq. Amma bu baş vermədi. Bu gün dövlət büdcəsindən ən çox dotasiya alan qrumlardan biri məhz Dövlət Sosial Müdafiə Fondudur. Bu da onu deməyəyə əsas verir ki, bu yanaşma, bu qanunvericiliklə təqaüd sistemində ciddi irəliləyişə nail olmaq və təqaüdlərin kəskin şəkildə artmasına nail olmaq mümkün olmayacaq.

Buna görə də təqaüd qanunvericiliyinin sıfırdan, yenidən yazılmasına və buraya özəl fondların, rəqabətli fondların mütləq şəkildə qeyd olunmasına ehtiyac var. Dövlət tərəfindən isə ancaq çalışmayan, sosial müdafiəyəyə ehtiyacı olan, əngəlli insanlara təqaüd verilməsi qeyd olunmalıdır. Burada mütləq şəkildə dövlətin məsuliyyəti, nəzarət mexanizmləri də nəzərə alınmalıdır.

Bir daha qeyd edim ki, özəl fondların da işləməsi üçün tam şəraitin yaranmasında yayar var. Bu zaman rəqabət olacaq və sistemin özü-özünün dolandırmasına, özü-özünün maliyyələşməsinə imkanlar yaranacaq”.

Nərminə UMUDLU
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ən çox oxunanalar