Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Telekanallar qadağa qoydu, anasının yasından qayıdarkən faciəvi şəkildə öldü - Aslan Hüseynov barədə 10 fakt

Kulis.az ötən il avtomobil qəzasında dünyasını dəyişən müğənni Aslan Hüseynov haqqında 10 maraqlı fakt hazırlayıb.

1. Aslan Hüseynov 1967-ci ildə Qazaxıstanın Cambul vilayətində anadan olub. İki bacı, iki qardaş olublar. Orta məktəbi elə orada bitirən Aslan daha sonra Qırğız Dövlət Universitetinin hüquq fakültəsinə daxil olub və təhsilini uğurla bitirib. Musiqiyə həvəsi olan Aslan Hüseynov Qazaxıstanda Abay adına Qazax Milli Vokal Studiyasında musiqi təhsili alıb.

2. Atası Qırğızıstanda yol polisi işləyib. Uşaqlıq və gənclik illərində orada yaşayan müğənni sonradan ailəsi ilə birlikdə Bakıya köçüb və müğənnilik karyerasına başlayıb.

3. At ətindən hazırlanan xörəkləri çox sevib. Buna səbəb uzun müddət Qırğızıstanda yaşamağı olub. O, xüsusən atdan hazırlanan dolmanın çox dadlı olduğunu qeyd edib və Bakıda at ətinin satılmamasından təəssüfləndiyini dilə gətirib.

4. Bakıya köçəndən sonra müğənni bir çox tanınmış sima ilə dostluq əlaqələri yaradıb. Lakin Nadir Qafarzadə və Elza Seyidcahanla münasibətləri pisləşib. Verilişlərin birində qonaq olarkən o, küskünlüyünü dilə gətirərək deyib: “Aslanı niyə bağışlamadılar?” Daha sonra isə kövrələrək verilişi yarımçıq saxlayıb.

5. Bəzi televiziya kanallarında ona qarşı ciddi qadağalar qoyulub. AzTV-dəki qadağa ilə bağlı telekanalın sabiq sədri Arif Alışanova zəng vursa da, ondan qeyri-etik cavab alıb. Bu barədə o, müsahibələrinin birində deyib:

“Zəng vurub dedim, Arif müəllim, mən bütün dövlət tədbirlərinə gedirəm, amma veriliş zamanı mən olan yerləri kəsirlər. Arif müəllim isə ağzında nə isə yeyə-yeyə mənə dedi ki, ey müğənni, sən kimsən, AzTV ilə problemin olsun? Mən isə ona dedim ki, ey Arif, sən millət vəkili olanda belə danışmırdın, çox mehriban, millətdən xahiş edərək danışırdın. O mənə dedi, ey, xodunu al. Səviyyəsiz, mədəniyyətsiz adamlar mənimlə belə danışırlar. Mən onların nəyindən qorxacam?!”

AzTV-də sədr dəyişikliyindən sonra müğənni mətbuata bu cür açıqlama vermişdi və bu açıqlama da birmənalı qarşılanmamışdı:

“Heç kimə pislik arzu edən insan deyiləm. Amma Allahın istəyindən artığı yoxdur. Allahın məsləhəti necə idisə, hər şey o cür də oldu və öz yerini tapdı. Arif Alışanov yeddi il mənə qadağa qoymuşdu, özü AzTV-də ömürlük “zapret”ə düşdü. Mən o vaxt Alışanovla bağlı fikirlərimi deyəndə sənətçi həmkarlarım da deyirdilər ki, yaxşı eləmisən. Bəziləri deyirdilər ki, mənim ürəyimdən keçənləri sən demisən. İndi isə deyirlər ki, hələ gözlə, sənə xəbər edəcəyik. Mən də onlardan xəbər gözləyirəm. Düzü, artıq AzTV-yə çıxıb-çıxmamağımın bir mənası yoxdur”.

6. Aslan Hüseynov 2001-ci ildə Samirə adlı xanımla ailə qurub, iki övladı dünyaya gəlib. Böyük oğlu Polad 2003-cü ildə, qızı Afərin isə 2006-cı ildə anadan olub. Aslan övladı Poladın adını özünə yaxın dost bildiyi Polad Bülbüloğlunun şərəfinə qoyub. Samirə xanım yoldaşının qısqanc olduğunu, tez-tez özündən çıxdığını desə də, onu bu cür qəbul edib sevdiyini də əlavə edib.

7. Müğənni sosial şəbəkədəki qalmaqalları ilə də gündəm olub. “Instagram” hesabında onun haqqında yazılan təhqirlərə əsəbiləşən Aslan Hüseynov Salyanda yaşayan və onu təhqir edən şəxsi, onun valideynlərini axtarıb-taparaq ondan üzr istəməsini tələb edib və buna nail olub. Sonralar bu mövzuya toxunan müğənni deyib:

“Hər zaman deyirəm ki, məni sevməyən də olmalıdır. Amma bizdə cəmiyyətdə bəzən təhqirlə tənqidi səhv salırlar. Ətrafımda olan dostlarım bilirlər ki, mən bir az fərqli insanam. Məni tənqid edən adamı tapmayınca, onu başa salmayana qədər ondan əl çəkmirəm. Hətta işimi-gücümü atıb bu işlə məşğul oluram.

Heç kimə icazə verilmir ki, kimisə təhqir etsin. Məni bəyənmirsənsə, gözüm aydın. Mən heç səni tanımıram ki, kimsən. Amma məni təhqir edirsənsə, səni tapacam. Yəni necə lazımdırsa, elə də tapıram. Elə şeyləri boş vermək olmaz. Mənə sataşan da yoxdur”.

8. Pandemiya müddəti işsiz qalır. İşsiz qaldığı müddətdə onun haqqında şayiələr yaranır ki, Aslanın biznesi var. Lakin müğənni bu faktı təkzib edərək deyib ki, vaxtında ağlım olsaydı, özümə biznes qurardım.

9. Onun ən məşhur ifaları olan “Reyhan”, “İgidlər”, “Bulaq suyu, dağ havası” və “Of, dədə” Azərbaycan dinləyiciləri tərəfindən sevilib. Müğənni zaman-zaman Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Özbəkistan səhnələrində Azərbaycan mədəniyyətini təmsil etmiş, bir çox uğurlu layihələr həyata keçirmişdi.

10. Anasının yeddi mərasimindən qayıdanda Aslan Hüseynovun idarə etdiyi BMW markalı avtomobil “KamAZ”la toqquşaraq ağır yol qəzası törədib. O, yaralı vəziyyətdə xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb. Müğənni 55 yaşında vəfat edib. Ailəsinin sözlərinə görə, Aslan Hüseynov anasının yanında - Gəncə şəhərində dəfn olunub.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Paşinyan: Əks halda həftənin sonunda müharibə olacaq...

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

"Nicat Lənkəranski" ləqəbi ilə tanınan şəxs 1 il 1 ay müddətinə azadlıqdan məhrum edilib - Yenilənib

Paytaxtda 600 manata səməni satılır? - Video    

Danışılmış oyunlarda iştirak edən 4 nəfərə ömürlük qadağa

Ən çox oxunanalar