Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Telefonla Yerdən Aya zəng vuran ABŞ-ın “qırmızı prezidenti”- Maraqlı faktlar

Amerika Birləşmiş Ştatlarında digər ölkələrdən fərqli olaraq eks prezidentlərə fərqli münasibət göstərilir. Sağ qalan sabiq birincilər demək olar ki, bütün mötəbər tədbirlərə dəvət olunur, ölkənin taleyüklü məsələlərində onların da rəyi öyrənilərək nəzərə alınır və s. Vəfat etmiş eks prezidentlər isə doğum və vəfat günlərində qeyri-rəsmi olaraq yad edilir, anılır, müxtəlif fondlar, ictimai təşkilatlar bununla bağlı tədbirlər keçirirlər.

Bu gün, yanvarın 9-da, doğum günündə amerikalılar Riçard Niksonu xatırlayacaqlar. Ən maraqlısı isə onun yaddaşlarda necə qalmasıdır.
ABŞ-ın 37-ci prezidenti Riçard Nikson 9 yanvar 1913-cü ildə Kaliforniyada anadan olub. Orta təhsil illərində Nikson ən yaxşı oxuyanlar sırasında olub. Müəllimləri ona Harvard Universitetində təhsil almağı tövsiyə etsələr də, ailənin maddi durumu buna imkan verməyib. O, Dyuk Universitetində ali hüquq təhsili alıb.

Vəkil kimi əmək fəaliyyətinə başlayan Niksona hüquq sahəsi maraqsız görünüb. O, daha çox siyasətə meyl edib.

İkinci Dünya müharibəsində Riçard Nikson zabit kimi ABŞ Hərbi Dəniz Qüvvələrində xidmət edib. 1946-cı ildə tərxis olunub. Onun siyasi fəaliyyəti də elə bu ildən başlayıb.1946-cı ilin noyabrında o, seçkilərdə qalib gələrək ABŞ Nümayəndələr Palatasının Kaliforniya ştatından üzvü seçilib.

1953-cü ildə siyasi fəaliyyətində daha bir addım irəli gedən Riçard Nikson 1961-ci ilə qədər Duayt Eyzenhauer administrasiyasında ABŞ-ın 36-cı vitse-prezidenti vəzifəsini tutub.

Bu ərəfədə, 1960-cı ildə Riçard Nikson prezidentlik iddiasına düşərək seçkilərə qatılıb. Amma Con Kennediyə məğlub olub. 1962-ci ildə o, növbəti uğursuzluqla üzləşib, Kaliforniya ştatının qubernatoru vəzifəsi uğrunda gedən mübarizədə də məğlub olub. Bu uğursuzluqlar Niksonu ruhdan salıb və o, siyasətdən getdiyini bəyan edib.

Nikson siyasi səhnədən çox da uzun müddətə ayrılmayıb. 1968-ci ildə Respublikaçılar partiyası onu prezidentliyə namizəd irəli sürüb və Riçard Nikson seçkilərdə qalib gələrək ABŞ-ın 37-ci prezidenti seçilib.

Niksonun prezidentlik dövrü bir çox hadisələrlə yadda qalıb. Bəzi siyasətçilər onu “qırmızı prezident”adlandırıblar. Ona qədər heç bir prezident kommunist rejimli ölkələrlə Nikson qədər sıx əlaqələr yaratmayıb.

1945-ci ildə Franklin Ruzveltin Yalta konfransında iştirakını nəzərə almasaq, Ricard Nikson 1972-ci ilin may ayında SSRİ-yə rəsmi səfər edən ilk prezident olub.

Sovet liderləri ilə zarafat etməyi xoşlayan Nikson SSRİ-yə səfəri zamanı Brejnevə ABŞ istehsalı olan elektron saat bağışlayıb. Ən kiçik hədiyyələrə belə uşaq kimi sevinən Leonid İliç Niksonun səfəri başa çatdıqdan sonra SSRİ-də də bu cür saatların istehsal olunması ilə bağlı göstəriş verib.

Ümumiyyətlə, Nikson hədiyyə verməyi xoşlayıb. O, əsasən xarici həmkarlarına üzərində öz avtoqrafı olan kiçik qolf topu bağışlayıb.

Nikson səyahət etməyi ən böyük hobbisi sayıb. O, yeganə prezident olub ki, ABŞ-ın 50 ştatının hamısına səyahət edib.
Amerika kosmonavtlarının ilk olaraq Ayın üzərinə düşməsi məhz Niksonun prezidentliyi dövründə baş verib. Nikson dünyada ilk adam olub ki, telefonla Yerdən Aya zəng vurub.

Riçard Nikson yeganə ABŞ prezidenti olub ki, prezidentlik müddəti başa çatmadan istefa verib. Belə ki, 1972-ci ildə ABŞ Demokratlar Partiyasının Vaşinqtondakı “Uotergeyt“ otelində yerləşən qərargahında danışıqları dinləmək məqsədi ilə xüsusi cihazlar yerləşdirilib. İşi icra edənlərdən beş nəfər həbs olunduqdan sonra istintaq başlanıb. Araşdırmalar zamanı hər beş şəxsin Mərkəzi Kəşfiyyat İdarəsinin əməkdaşı olduğu və bu məsələnin arxasında hakimiyyətdə olan Respublikaçılar Partiyasının dayandığı üzə çıxıb ki, bu da böyük siyasi skandala səbəb olub. Nikson bu hadisədən sonra könüllü istefa vermək qərarına gəlib. İstefasından sonra Niksona vəkillik fəaliyyəti göstərmək də qadağan edilib. O, bu illər ərzində memuarlarını yazmaqla məşğul olub.

Nikson 1938-ci ildə orta məktəbdə müəllim işləyən Telma Ketrin Rayanla tanış olub. İki ildən sonra, 1940-cı ildə onlar münasibətlərini rəsmiləşdiriblər. Çütlüyün iki qız övladı dünyaya gəlib. Sonralar onlardan biri, Culi Nikson Duayt Eyzenhauerin nəvəsi ilə ailə həyatı qurub.
Ricard Nikson 22 aprel 1992-ci ildə, 82 yaşında insultdan vəfat edib. Eks prezidentin dəfnində həmin ərəfədə prezident olan Bill Klinton və digər sağ olan sabiq prezidentlər də iştirak ediblər.
ABŞ-ın 37-ci prezidenti haqqında çoxsaylı kitablar yazılıb, filmlər çəkilib.

İlham Cəmiloğlu (musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Maşınların qarşısını kəsib sürücülərə silah tuşlayan şəxs kimdir? - Video

Cavanşir Məmmədovun dəfnində buna görə az adam olub 

Müdirə salam vermədi, işdən qovuldu - Azərbaycanda ilginc hadisə

Peskov sülhməramlıların Qarabağdan çıxarılmasının səbəbini açıqladı    

Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər    

Əməkdar artistin vəziyyəti pisləşdi: Reanimasiyaya yerləşdirildi - Foto

Bərdə sakinlərini dəhşətə salan hadisə: İlanlar evlərə hücum etdi - Video

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Azərbaycanda ictimai nəqliyyatla bağlı xoş xəbər

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Ən çox oxunanalar