Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Telefon təmiri xidmətlərində fırıldaqçı sxemlər açıqlandı

Qeyri-rəsmi telefon təmiri xidmətlərində xüsusi aldatma sxemləri mövcuddur. Ən çox rast gəlinən hal smartfonun diaqnostikasından sonra cihazın müəyyən hissələrinin işləməyən detallara dəyişdirilməsi və müştəriyə böyük faktura çıxarmaq üçün ciddi problem barədə məlumat verilməsidir.

“Praym”ın məlumatına görə, Rusiyada NAFİ-nin (Maliyyə Tədqiqatları üzrə Milli Agentlik) “Rəqəmsal vətəndaş” platformasının eksperti Vladimir Qritsenko bu barədə xəbərdarlıq edib.

O, həmçinin akkreditə olunmayan xidmətlərin tez-tez orijinal qadjet hissələrini ucuzları ilə əvəzləməsi barədə də xəbər verib.

“Apple tərəfindən akkreditə olunmayan xidmətlərdə orijinal batareyalar və ya digər ehtiyat hissələri olmayacaq; yalnız üçüncü istehsalçıların analoqları olacaq, baxmayaraq ki, ustalar sizə bunun əksini sübut etmək istəyəcəklər”, - deyə Qritsenko vurğulayıb.

Ayrıca, vicdansız şirkətlər müştərinin razılığı olmadan bir sıra işlər görə və bunun müqabilində də pul tələb edə bilərlər. Bu şəkildə müştəri ödəməni rədd edə bilmir.

“Xidmət mərkəzində iş üçün “Apple ID” və ya “Google” hesabından şifrələr lazım deyil. Əgər müştəridən bu məlumatlar tələb olunsa, çox güman ki, burada fırıldaq var: Cihazı yenidən satmağı və ya şəxsi məlumatlarınıza giriş əldə etməyi planlaşdırırlar”, - deyə mütəxəssis vurğulayıb.

Bu cür problemlərin qarşısını almaq üçün Qritsenko rəsmi xidmət mərkəzlərinə müraciət etməyi məsləhət görür.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Ən çox oxunanalar