Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Tələbələr təhsil kreditinin şərtlərindən narazıdırlar - Video

Noyabrın 25-dən Azərbaycanda təhsil tələbə krediti üçün müraciətlərin qəbuluna başlanılıb. Bu kredit dövlət dəstəyi ilə çox aşağı faizlərlə və uzun müddətə (təhsil səviyyəsindən asılı olaraq 15-22 il) verilir. Nazirlər Kabineti tərəfindən təsdiqlənmiş müvafiq qaydaya əsasən, təhsil tələbə kreditinin sosial və standart növləri mövcuddur. Sosial təhsil tələbə kreditindən yalnız sosial həssas təbəqəyə aid ailələrin üzvü olan tələbələr istifadə edə biləcək və onlara kreditlər güzəştli şərtlərlə veriləcək.

Təhsil eksperti Kamran Əsədov "Report"a bildirib ki, tələbə təhsil kreditlərinin verilməsində bir sıra məhdudiyyətlər var. Onun sözlərinə görə, qiyabi təhsil alan tələbələr həmin kreditlərdən yararlana bilməyəcək: "Həmçinin kreditlərin verilməsi üçün olan şərtlər də kifayət qədər ağırdır".

Çıxış yolunu faizlərin azaldılmasında görən ekspert vurğulayıb ki, Azərbaycanın hazırda 51 ali təhsil müəssisəsində 187 min tələbə təhsil alır və onlardan 124 mini ödənişli əsaslarladır: "Məhdudiyyət və kəsrləri nəzərə alsaq, yalnız 56 min tələbə kredit almaq üçün müraciət edə bilər".

Təhsil nazirinin müavini İdris İsayev isə qiyabi oxuyan tələbələrin əmək bazarında işləyib pul qazana biləcəklərini vurğulayıb.

O bildirib ki, əyani təhsil alan tələbələrin işləmək və gəlir əldə etmək imkanları yoxdur: “Ona görə də kreditlər sırf həmin tələbələr üçün nəzərdə tutulub. Həm də ölkədə qiyabi təhsil alanların sayı elə də çox deyil. Belə ki, ölkədə 266 min tələbə təhsil alırsa, bunun yalnız 13-15 mini qiyabi oxuyur. Bu da xüsusi çəkiyə malik deyil və əksəriyyəti də işləyir”.

Yaşı 18-dən az olan tələbələrin təhsil krediti alması üçün müraciət formasına gəlincə, nazir müavini vurğulayıb ki, bu sahədə sadələşdirmə olacaq.

İ.İsayev söyləyib ki, sadələşdirmədən sonra yaşı 18-dən az olan tələbələr notarial qaydada təsdiq edilən ərizənin nömrəsini və şəxsiyyət vəsiqəsinin FİN kodunu sistemə daxil etməklə bu xidmətdən yararlana biləcəklər.

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Tanınmış aparıcı Aytən Səfərova qəzaya düşüb, ölən və xəsarət alanlar var - Yenilənib, Video

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

BŞİH Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verib

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – Qalmaqallı məhkəmə işi

Paşinyandan növbədənkənar seçki ilə bağlı açıqlama

"Dünəndən paltarlarını hazırlamışdı, qismət olmadı" - Hadı Rəcəblinin qızı

İlham Əliyevdən Şuşa şəhəri ilə bağlı sərəncam    

Məhkəmə Akif Çovdarovun əmlakları ilə bağlı qərar verib

Ən çox oxunanalar