Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Təkrar olunan faşizm – Paşinyan ən yeni faşist tarixini yazır

Faşizm siyasi cərəyan kimi Birinci Dünya müharibəsindən sonra İtaliyada yaransa da, 1930-cu illərdən, xüsusilə İkinci Dünya müharibəsi illərində öz həqiqi mahiyyətini daha qabarıq büruzə verib. Faşistlәrin İtaliyada, nasistlərin Almaniyada hakimiyyәtә gәlmәlәri başqa ölkәlәrdә dә bu hәrәkatı fәallaşdırıb.

1930-cu illәrin ortalarında Avropanın vә Amerikanın 20-dәn çox dövlәtindә 40-a qәdәr faşist partiyası vә qrupu mövcud olub. Danimarkada, Yunanıstanda, Niderlandda, Finlandiyada, Macarıstanda vә bir sıra digәr ölkәlərdә faşistlәr parlamentdә vә yerli hakimiyyәt orqanlarında təmsil olunublar.

1939-cu ildә Almaniya vә İtaliya istәnilәn hәrbi münaqişәdә qeyd-şәrtsiz bir-birinin tәrәfindә çıxış etmәk öhdәliyi götürmәklә, “Polad pakt” imzalayıblar. Onların başladığı müharibә tarixdә әn qanlı vә amansız münaqişә olub. Ölüm düşərgələrinin yaradılması, insanlığa qarşı cinayətlər, soyqırımı, dinc əhalinin məhv edilməsi, terror, kütləvi cinayət aktları və bu səpkidə bəşəri cinayətlər faşizmin əsas fəaliyyət istiqamətlərinə çevrilib. Nәticәdә, faşist rejimlәri mәğlub olaraq çöküb vә öz ölkәlәrini milli faciәyә düçar ediblər.

İkinci Dünya müharibəsində faşist Almaniyası hərbi və siyasi məğlubiyyətə düçar olduqdan sonra bu təcavüzkar ölkənin və onun müttəfiqlərinin hərbi və siyasi rəhbərləri Nürnberq məhkəməsində ən ağır cəzalara məhkum ediliblər. Amma bununla da dünyada faşist cərəyanının kökünü birdəfəlik kəsmək mümkün olmayıb.

Müasir dünyamızda da öz siyasi kursunu faşizmə kökləyən ölkələr var. Onlardan biri də məhz Ermənistandır. Bu gün Ermənistanın baş naziri Nikol Paşinyan ən yeni faşist tarixini yazır, bununla da bütün dünyaya bəyan edir ki, faşist cərəyanı hələ də mövcuddur və Ermənistan siyasi kursunu bu cərəyan üstündə tənzimləyir.

Əslində, dünya onilliklər boyu ermənilərin faşist xislətinə şahidlik edib və bu gün də bu mənzərəni seyr etməkdə davam edirlər. Məkan və zaman fərqli olsa da, ermənilərin bu günlərdə törətdiyi qanlı cinayətlər faşistlərin 1930-1940-cı illərdə törətdiyi cinayətlərdən fərqlənmir. Uşaq öldürmək, dinc əhalini raket atəşinə tutmaq, bu, artıq müharibə deyil. Müharibənin yazılan və yazılmayan qanunlarında bu cür hallar yolverilməzdir.

Məhz faşist Almaniyası da İkinci Dünya müharibəsi zamanı bu yolu tutub. Hitler komandası bütün vasitələrdən istifadə edərək dinc əhalini məhv etmək, “hədəfinin” iradəsini bu yolla sındırmaq, xofa salmaq, panika yaratmaq yolunu seçib. Təkcə SSRİ-nin işğal olunmuş ərazilərində faşist Almaniyası 4 milyon dinc əhalini (digər mənbələrdə bu rəqəm fərqlidir) məhv edib. Hətta xəstəxanalar, məktəblər, uşaq bağçaları, doğum evləri belə nəzərə alınmayıb. Raket atəşləri, bombalama nəticəsində milyonlarla günahsız dinc əhali həyatını itirib.

Faşistlərin dinc əhaliyə qarşı amansızlığı və görünməyən vəhşiliyi haqqında təsəvvür yaratmaq üçün bir faktı qeyd etmək kifayətdir. Nasist Almaniyası təkcə Ukraynada 334 yaşayış məntəqəsini sakinləri ilə birlikdə yandırıb. Bu hadisə zamanı Almaniyanın təbliğat naziri Göbbels hadisəni daha “effektli” etmək üçün yanmış uşaqların, qadınların, qocaların şəkillərini tirajlayaraq ətraf yaşayış məntəqələrində yerli əhaliyə payladıb. Eyni ilə bu cür hadisələrə biz 1990-cı illərin əvvəllərində Azərbaycanda, Dağlıq Qarabağın azərbaycanlılar yaşadığı kəndlərində, Xocalıda, Qaradağlıda, Meşəlidə, Cəmillidə və digər yaşayış məntəqələrində də rast gəlmişik. Bu gün də ermənilər faşizmin tarixini təkrar edir.

Ermənilər raket atəşinə tutduğu dinc əhalini, onların dağıdılmış mülklərini sosial şəbəkələrdə böyük “həvəs” və “şövqlə” paylaşaraq panika yaratmağa cəhd edirlər.

Faşizmin analoqu olmayan cinayətlərindən biri də 1942-ci ildə Stalinqrad döyüşləri zamanı əqli cəhətdən qüsurlu olan uşaqlar üçün fəaliyyət göstərən pansionatın partladılması, yaralıların müalicə aldığı hospitalın yandırması faktıdır ki, bu cinayətlər zamanı 300-dən artıq əqli qüsurlu uşaqlar, 500-dən artıq yaralı vəhşicəsinə məhv edilib. Erməni faşistləri Azərbaycanda işğal etdiyi ərazilərdə də oxşar cinayətləri törədiblər.

Faşist Almaniyasının dinc əhalinin məhv edilməsi ilə bağlı xüsusi planları da olub. Adolf Hitlerin imzası ilə təsdiqlənən bu plan “Bakke” adlanıb. Bu planda işğal olunmuş ərazilərdə girov götürülən dinc əhalinin aclıqdan məhv edilməsi nəzərdə tutulub. Erməni faşistləri alman faşistlərinin bu təcrübəsindən də istifadə ediblər.

Faşist Almaniyası ilə faşist Ermənistanının oxşar fəaliyyətlərindən biri də terror aktlarının həyata keçirilməsi ilə bağlıdır. Almanların təkcə Polşada törətdikləri terror aktlarının siyahısını hələ də tam müəyyənləşdirmək mümkün olmayıb. Erməni terrorçuları bu sahədə alman həmkarlarından heç də geri qalmır.

Bütün bu hadisələr yaxın tariximizdə baş verib, üstündən heç bir əsr də ötməyib. Dünya ictimaiyyəti bu cür hadisələri lənətləyib, hərbi cinayətlərin, dinc əhaliyə qarşı zorakılığın aradan qaldırılması üçün beynəlxalq təşkilatlar qanunlar, konvensiyalar qəbul edib. Amma bütün bunlara baxmayaraq Ermənistan öz barbarlıq fəaliyyətindən əl çəkmək arzusuna düşməyib. Bununla da, Nikol Paşinyan və onun cinayətkar dəstəsi “könüllü” olaraq məhv olmaq haqqını qazanıb.

Sözsüz ki, Nürnber məhkəməsi, başqa məkanda, başqa adda yenidən qurulacaq. Həmin məhkəmədə olduğu kimi faşist xislətli siyasi və hərbi cinayətkarlar bu məhkəmənin qarşısına çıxarılacaqlar. Paşinyan isə elə həmin məhkəmədə olduğu kimi törətdiyi cinayət əməllərinə haqq qazandıra bilməyəcək və layiqli cəzasını alacaq. O gün çox da uzaqda deyil...(Musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti açıqlandı  

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Ən çox oxunanalar