Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Təkbaşına AKP hökumətinin sonu – Türkiyə iqtisadiyyatı can cəkişir...

Əgər aprel və may aylarında təcili borclar ağırlaşsa, xarici iqtisadi şərtləri də nəzərə almaqla, borcun borcla ödənilməsi artıq mümkün deyildir. Borc iqtisadiyyatının artıq sonuna gəlmişik...

Doğu Perinçek,
“Aydınlık” qəzeti, Türkiyə, 9 aprel 2019-cu il

Artıq iqtisadiyyatın borc içində çırpındığı bir dönəmin sonuna gəlmişik.

Yanvar, fevral aylarında büdcə kəsiri 57 dəfə artıb

Dostum İldırım Qoç Vətən Partiyası nəzdindəki Qərar Komitəsinin iclasında 2019-cu ilin yanvar-fevral aylarındakı büdcə kəsiri məsələsinə toxunub. Kəsir 11 milyard 684 milyon lirədir. Keçən il həmin aylardakı büdcə kəsiri 201 milyon lirə idi. Büdcə kəsri yanvar-fevral aylarında 57 dəfə artıb (Büdcə və Maliyyə Nəzarəti Mərkəzi, www.bumko.gov.tr). 20 və ya 40 dəfə də deyil, düz 57 dəfə artıb.

Mərkəzi Bankın valyuta ehtiyatı tam olaraq 17 milyard dollara enib

Ünsal Aysun və Hakan Topkurulu ilə qarşımızda duran borc öhdəliyi və Mərkəzi Bankın ehtiyatları ilə bağlı aktual xəbərləri müzakirə etdik. Məlumdur ki, dövlətin və özəl şirkətlərin ümumi xarici borcu 470 milyard dollardır. Bu il ödənilməli olan borcun məbləği isə 177 milyard dollardır.

Mərkəzi Bankın xalis ümumi valyuta ehtiyatları sürətlə azalır. 2019-cu il martın 27-dən Mərkəzi Bankın xalis valyuta ehtiyatlarının (qızıldan başqa) 16,9 milyard dollar qədər aşağı bir səviyyədə olduğu düşünülür. (Ələddin Ağdaş, "Dünya" qəzeti, 29 mart 2019-cu il)

Borc öhdəliklərinin artdığı bir zamanda Türkiyə valyuta ehtiyatlarını əridərək lirənin məzənnəsini qoruya bilməz.

JP Morqan Türkiyə iqtisadiyyatı üçün yazdığı dəyərləndirmə hesabatı ilə eyni nüansları göstərir: “Artıq daha çox rezerv əritməklə valyuta qiymətlərini qorumaq olmaz”.

Borcu borcla ödəməyin sonu

Borc iqtisadiyyatı artıq yoluna davam edə bilmir. Başqa sözlə, borcu artırmaq həll yolu olmadığı kimi, bu sistem içində bu vəziyyəti dayandırmaq da mümkün deyil. Sistem çıxılmaz vəziyyətə düşüb.

Əgər aprel və may aylarında təcili borclar ağırlaşsa, xarici iqtisadi şərtləri də nəzərə almaqla, borcun borcla ödənilməsi artıq mümkün deyildir. Borc iqtisadiyyatının artıq sonuna gəlmişik.

Həmçinin, sistem xarici sərmayə İstanbul Daşına bilən Qiymətlər Birjasında (İMKB) səhmlər alınması və satılması və təhvil verilmə kimi məsələlər üçün açılmışdır. Martın əvvəlində bu rəqəmin 53 milyard dollar olduğu hesablanıb. Bunun qısa müddətli beynəlxalq sərmayə hərəkatlarındakı dalğalanmalarla və ya planlı müdaxilələrlə bağlı olaraq iqtisadiyyat üzərindəki təsirləri də ciddi təhlükə kimi qəbul edilir. Çünki Mərkəzi Bankın manevr imkanları da məhdudlaşıb.

AKP iqtisadiyyatı borc yükü altında qalıb

AKP hökumətinin tətbiq etdiyi “borca söykənən inkişaf” xətti ağır borc yükü altında qalmağa davam edir.

Turqut Özalın dövründə “Dünya İqtisadiyyatı ilə bütünləşmə” kimi cəlbedici adlarla Türkiyəyə tətbiq olunan sistem artıq ölmək üzrədir.

İxracat mərkəzli iqtisadiyyatın sonu istehsal mərkəzli iqtisadiyyatın başladığını göstərir.

Tərcümə PİA.az-ındır

Orjinal

Fatimə ƏLİYEVA
pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Peskov sülhməramlıların Qarabağdan çıxarılmasının səbəbini açıqladı    

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Rusiyanın sülhməramlıları Qarabağdan Ermənistana gedir

Nəzrinlə Mərdanın toyundan görüntülər - Video

İlham Əliyev və Vladimir Putin BAM veteranları ilə görüşüblər - Yenilənib

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Ən çox oxunanalar