Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Təhsilverənlərin Sertifikatlaşdırılması Şurası yaradılıb - Nazirdə əmr

Təhsil naziri Ceyhun Bayramov Təhsilverənlərin Sertifikatlaşdırılması Şurasının yaradılması haqqında əmr imzalayıb...

PİA.az xəbər verir ki, əmrin imzalanmasında məqsəd dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) pedaqoji və idarəetmə fəaliyyəti ilə məşğul olan, ali və orta ixtisas təhsilinə malik təhsilverənlərin sertifikatlaşdırılmasının təşkil etməkdir.

Əmrə əsasən, Şuranın tərkibi aşağıdakı kimidir:

Şuranın sədri -

Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva

Şuranın üzvləri:

Fərzəli Qədirov - Təhsil Nazirliyi Aparatının rəhbərinin müavini

Elnur Məmmədov - Təhsil nazirinin müşaviri, İnformasiya şöbəsinin müdiri vəzifəsini müvəqqəti icra edən

Eşqi Bağırov - Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdiri

Vəfa Yaqublu - Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsil şöbəsinin müdiri

Murad Camalzadə - Təhsil İstitutunun Təhsil işçilərinin sertifikatlaşdırılması mərkəzinin direktoru vəzifəsini müvəqqəti icra edən

Vüsal Xanlarov - Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisi.

İnsan resursları şöbəsi (E.Bağırov) və Hüquq şöbəsinə (A.Cəfərov) 30 gün müddətində Təhsilverənlərin Sertifikatlaşdırılması Şurasının Əsasnaməsini hazırlayıb təsdiq edilməsi üçün təqdim etmələri tapşırılıb.

Nazir əmrin icrasına nəzarəti öz üzərində saxlayıb.(Report)

pia.az


Etiket: Ceyhun Bayramov


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Ən çox oxunanalar