Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Təhsil Nazirliyindən məktəblərlə bağlı vacib xəbər 

Qiymətləndirmələr bu tarixdə aparılacaq... 

Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva rayon (şəhər) təhsil şöbələrinə, nazirliyin birbaşa tabeliyində olan və olmayan ümumi təhsil müəssisələrinə məktub göndərib.

PİA.az Trend-ə istinadən bildirir ki, məktubda 2019-2020-ci il tədris ilində ümumi təhsil pilləsi üzrə təhsil alanların məktəbdaxili qiymətləndirilməsinin aşağıdaki kimi həyata keçirilməsi tapşırılıb:

1. I sinif şagirdlərinin məktəbdaxili qiymətlidirilməsi aparılmasın. Bununla bağlı olaraq I siniflərin sinif jurnalında heç bir qeyd aparılmasın.

2. II-XI sinif şagirdlərinin tədris ilinin birinci yarımili üçün yarımillik balları və qiymətləri onların tədris ili üzrə müvafiq olaraq illik balları və qiymətləri üçün qəbul edilsin. Məsələn birinci yarımil üztrə müvafiq fənn üzrə balı "60" və qiyməti "3" olan təhsil alanın illik bal və qiyməti də müvafiq balı "60", qiyməti "3" kimi müəıyyən edilsin.

Ümumi təhsil müəssisəsi cari ilin 1-15 iyun 2020-ci il tarixlərində təhsilalanların illik balları və qiymətlərini sinif jurnalında qeyd edir. Eyni zamanda bütün şagirdlərə qiymətləndirmənin nəticələri barədə məlumat verir.

İllik bal və qiymətlər sinif jurnalında mübvafiq fənlər üzrə "Qiymətləndirmələr" hissəsində, eyni zamanda "Şagirdlərin təlim nailiyyətləri haqqında yekun məlumat" hissəsində "illik" bölmədə qeyd olunur.

3. Bununla yanaşı məlumdur ki, Təhsil Nazirliyinin 1 may 2014-cü il tarixli 522 nömrəli əmriilə təsdiq edilmiş. "Ümumtəhsil müəssisələrində şagirdlərin sinifdən sinifə keçirilməsi ahqqında müvəqqəti qaydalar"a əsasən 1-3 fəndən (fənlərdən) illik "qeyri-kafi" qiymət almış V-VIII və X sinif şagirldərinə həmin fəndən (fənlərdən) yay tədris tapşırıqları verilir. Eyni zamnda 4 və artıq fəndən illik "qeyri-kafi" qiyməti alan, habelə dərs məşğllərinə gəlmədiyi üçün biliyi qiymətləndirilməyən V-VIII-X sinif şagirdləri təkrar sinifdə saxlanılır.

Mövcud şəraitdə hər hansı fənn üzrə illik qiyməti "2" olan və bu qiymətlə razılaşmayan V-VIII və X sinif şagirdləri (onların valideynləri və ya qanuni nümayəndələri) illik qiymətin yazıldığı tarixdən 30 gün müddətində məktəbdaxili qiymətləndirmənin təşkili üçün ümumi təhsil müəssisəsinin rəhbərinə müraciət edə bilərlər. Həmin şagirdlərin qiymətləndirilməsi təhsil proqramında (kurikulumda) ikinci yarımil üzrə müəyyənləşdirilmiş məmzun standartları əsasında hazırlanmış qiymətləndirmə vasitələri ilə aparılır. Şagirdin həmin qiymətləndirmədə topladığı ballar onun tədris ili üzrə illik balları kimi qəbul edilir və müəyyən edilmiş müvafiq qiymətə uyğunlaşdırılır.

4. Hər hansı fənn üzrə illik qiyməti "3" və ya "4" olan bu qiymətlə razılaşmayan V-VIII və X sinif şagirdləri (onların valideynləri və ya qanui nümayəndələri) illik qiymətin yazıldığı tarixdən 30 gün müddətində məktəbdaxili qiymətləndirmənin təşkili üçün ümumi təhsil müəssisəsinin rəhbərinə müraciət edə bilərlər. Həmin şagirdlərin qiymətləndirilməsi təhsil proqramında (kurikulumda) ikinci yarımil üzrə müəyyənləşdirilmiş məzmun standartları əsasında hazırlanmış qiymətləndirmə vasitələri ilə aparılır. Şagirdin tədris ili üzrə illik balları onun həmin qiymətləndirmədə topladığı ballar və tədris ilinin birinci yarımilik ballarının ədədi ortası kimi hesablanır və müəyyən edilmiş müvafiq qiymətə uyğunlaşdırılır. Məsələn, I yarımildə hər hansı fənn üzrə balı "60" olan şagird yenidən qiymətləndirmədə iştirak edərək, "80" bal toplamışsa, onun illik balı "70" bal olur və müvafiq olaraq "4" qiymətinə uyğunlaşdırılır.

5. 2019-2020-ci tədris ilinin 1-ci yarımili üzrə ümumi təhsil müəssisələrində üzrlü və ya üzürsüz səbəbdən dərs məşğələlərində iştirak etmədiyi üçün fənn (fənlər) üzrə biliyi qiymətləndirilməyən II-VIII və X siniflər üzrə təhsilalanların məktəbdaxili qiymətləndirilməsi təhsil proqramında (kurikulumda) I yarımil üzrə müəyyənləşdirilmiş məzmun standartları əsasında hazırlanmış qiymətləndirmə vasitələri ilə növbəti tədris ili başlayanadək ümumi təhsil ümumi təhsil müəssisələri tərəfindən təşkil edilir. Şagirdin həmin qiymətləndirmədə topladığı ballar onun tədris ili üzrə illikbalları kimi qəbul edilir və müəyyən edilmiş müvafiq qiymətə uyğunlaşdırılır.

6. 2019-2020-ci tədris ilinin I yarımili üzrə ümumi təhsil müəssisələrində üzrlü və ya üzürsüz səbəbdən dərs məşğələlərində iştirak etmədiyi üçün fənn (fənlər) üzrə biliyi qiymətləndirilməyən IX və X siniflər üzrə təhsilalanların illik balı "30" bal, qiyməti isə müvafiq olaraq "2" müəyyən edilir.

ƏTRAFLI
Project GLO


7. Beynəlxalq akkreditə edilmiş proqramlar üzrə və ya xarici ölkələrdə təhsil almış və 2019-2020-ci tədris ilinin II yarımilində dövlət ümumi təhsil müəssisələrində yerdəyişmə etmiş II-VIII və X siniflər üzrə təhsilalanların illikqiyməti ümumi təhsil müəssisələri tərəfindən növbəti tədris ili başlayanadək təşkil edilən qiymətləndirmə nəticəsində müəyyən edilir.

8. Məktəbdaxili qiymətləndirmələr 15-25 avqust 2020-ci il tarixləri arasında ümumi təhsil müəssisələrinin rəhbərləri tərəfindən edilir.

Bu məktubun 3-7-ci bəndləri üzrə qiymətləndirmənin nəticələri (illik bal və qiymətlər) sinif jurnalında müvafiq fənlər üzrə "Qiymətləndirmə" hissəsində növbəti yanaşı sütunlarda , eyni zamanda "şagirlərin təlim nailiyyətləti nhaqqında yekun məlumat" hissəsində "Payız imtahanı" bölməsində qeyd olunur.

Bütün qiymətləndirmələr yükunlaşdıqdan sonra bütün təhsilalanların bal və qiymətləri sinif jurnalının "şagirdlərin təlim nailiyyətləti haqqında yekun məlumat" hissəsində "saatların miqdarı" bölməsində 2019-2020-ci tədris ilinin I yarımili üzrə dərs saatları qeyd olunur.

Qeyd olunub ki, illik qiymətləndirmənin qeyd olunması prosesi və məktəbdaxili qiymətləndirmələr ümumi təhsil müəssisələri tərəfindən "İmtahanlar zamanı koronavirus infeksiyasının (COVID-19) profilaktikasına dair metodiki göstərişlərə nəzərə alınaraq təşkil edilməlidir. Yəni təhsilalanlar və təhsilverənlər ümumi təhsil müəssisəsinə gələrkən sanitar-epidemoloji qaydalara riayət etməlidirlər (tibbi maksadan istifadə, məsafənin saxlanılması, çox sayda insanın bir gündə gəlməməsi və s.).

Məktubda bildirilib ki, II-VIII və X siniflərdə məktəbdaxili qiymətləndirmənin nəticələrinə əsasən təhsilalanların sinifdən-sinifə keçirilməsi Azərbaycan Respublikasının Təhsil Nazirliyinin 1 may 2014-cü il tarixli 522 nömrəli əmri ilə təsdiq edilmiş "Ümumi təhsil müəssisələrində şagirdlərin sinifədən-sinifə keçirilməsi haqqında müvəqqəti qaydalar"a əsasən tənzimlənir.

Xatırladaq ki, koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Azərbaycan Respublikası ərazisində həyata keçirilən tədbirlər nəzərə alınaraq, Təhsil Nazirliyinin Kollegiyasının 21.05.2020-ci il tarixli KQ-03 nömrəli qərarı ilə "Ümumi təhsil pilləsində təhsil alanların attestasiyasının (məktəbdaxili qiymətləndirilmənin) aparılmasının müvəqqəti qaydası" təsdiq edilib. "Ümumtəhsil pilləsində təhsilalanaların attestasiyasının (məktəbdaxili qiyməıtləndirilmə) aparılmasının müvəqqəti qaydası" 2020-ci il oktyabrın 1-dək qüvvədədir.

pia.az 


Etiket: Məktəb


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Məşhur tikinti şirkəti BDU-nu məhkəməyə verdi

Fərid Qayıbov ABŞ-də BMT rəsmisi və Dövlət Departamentinin nümayəndəsi ilə görüşüb

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Muxtar Babayev Con Kerri ilə COP-29-a hazırlıq məsələlərini müzakirə edib

Ən çox oxunanalar