Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Təhsil Nazirliyində gizli qazanc yerləri...

Son zamanlar müəllimlərin işə qəbulu zamanı vakant yerlərin gizlədilməsi ilə bağlı şikayətlər olduqca artıb...

Gənc müəllimlər iş tapa bilməməkdən, məktəb direktorlarının vakant yerləri müsabiqəyə təqdim etməməsindən narazılıq edirlər.

Maraqlıdır, direktorların vakant yerləri sistemdən gizlətməsi mümkündürmü?

“Bu prosesdə neqativ məqamlar qaçılmazdır”

Təhsil eksperti Kamran Əsədov məsələ ilə bağlı “Cümhuriyət”ə açıqlamasında bildirib ki, direktorların əksəriyyəti vakant yerlərə müəyyən razılaşma qarşılığında müqaviləli işçilər götürürlər:

“İlk növbədə qeyd edim ki, son dövrlər vakant yerlərin gizlədilməsi ilə bağlı bizim mərkəzə də müraciət edənlərin sayı çoxalıb. Belə ki, MİQ imtahanında yüksək bal toplayanlar vakant yerin olmamasından narazıdırlar. Xatırladım ki, şəhər və qəsəbə məktəblərində həvəsləndirmə tədbirləri tətbiq olunmayan vakant yerlərin toplanması İnsan Resursları Mərkəzi tərəfindən həyata keçirilir. Vakansiyaların toplanmasında məqsəd hər bir müəssisədə layiqli, yüksək bal toplamış bir müəllimin olmasıdır. Əgər orada müəllim varsa, yer vakansiyaya çıxarılmır. Vakant yerlərin toplanması zamanı tədris edən müəllimlərin dərs yükündə dəyişiklik edilməməsinə də diqqət yetirilir. Çalışılır ki, həmin məktəbdə olan müəllimlərin dərs yükü və əmək haqlarında ciddi fərq yaranmasın. Vakansiyaların açıqlanması prosesində neqativ məqamlar qaçılmazdır. Əksər direktorlar mütləq şəkildə həmin yerlərə sonradan bu və ya digər qeyri-qanuni yollarla müqaviləli işçilər götürür”.

“Yerləşdirmə müstəqil bir quruma həvalə olunmalıdır”

Kamran Əsədov eyni zamanda bu cür qeyri-qanuni işlərin qarşısını almaq üçün çıxış yolunu da göstərib. Ekspert vakansiyaların imtahandan əvvəl çıxarılmalı olduğunu vurğulayıb. Ümumilikdə isə onun fikrincə, problemin köklü şəkildə həll edilməsi üçün MİQ və yerləşdirmə müstəqil bir quruma həvalə olunmalıdır:

Təhsil Nazirliyi bu problemi aradan qaldırmaq üçün müqaviləli işçilərin də işə qəbulunu mərkəzləşmiş qaydada həyata keçirəcək. Hesab edirəm ki, vakansiyalar imtahandan öncə çıxarılmalıdır ki, hər kəs istəyinə uyğun yeri tapa bilsin. Əgər kimsə uyğun vakansiya tapa bilmirsə, imtahanda iştirak etməyəcək. MİQ imtahanlarında yüksək bal toplayan namizədlər var ki, məktəblərdə onların işə qəbulu çox aşağı səviyyədədir. Ona görə Təhsil Nazirliyi qısa müddətdə müəllimlərin atestasiyasını, yüksək bal toplayan müəllimlərin işə qəbulunu həyata keçirməlidir. Düşünürəm ki, orta məktəblərdə vakant yerlərin gizlədilməsinin qarşısını almaq lazımdır, vakant yerlər barədə məlumatların toplanılması üçün elektron sistem fəaliyyət göstərməlidir, vakant yerlər barədə məlumatlar elektron qaydada toplanmalıdır. Amma elektron sistemdə yalnız vakant yerlər haqqında deyil, həm də məktəblərdəki pedaqoji heyətin ümumi dərs yükü, məktəbdəki müəllimlərin sayı, onlara nə qədər dərs saatının verilməsi barədə bütün məlumatlar yer almalıdır ki, bu zaman vakant yerlər daha dəqiq müəyyənləşə bilər. Hesab edirəm ki, MİQ imtahanının və yerləşmənin Təhsil Nazirliyindən alınıb müstəqil bir quruma verilməsi bütün problemləri həll edə bilər”.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Məşhur tikinti şirkəti BDU-nu məhkəməyə verdi

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Gürcüstan prezidenti ölkəni bürüyən aksiyalara münasibət bildirdi

Ən çox oxunanalar