Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Təhsil nazirliyində Ceyhun Bayramov izi: Qeyri-qanuni “Təchizat idarəsi” və xaloğlu Rəşad..

Azərbaycanın idarəçilik sistemində mövcud olan qruplaşmalar haqqında mətbuatda daima yazılar gedir. Bu qruplaşmalar ölkə başçısının verdiyi təlimatların əksinə olaraq, öz təlimatları əsasında fəaliyyət göstərirlər.

Təsəvvür edin ki, bunlar o qədər arxayındırlar ki, rüşvərxorluq, korrupsiya ilə bağlı aparılan həbsləri də veclərinə almırlar və öz əməllərindən əl çəkmirlər. Bu yaxınlarda bir neçə rayonda olduq. Yerli əhali ilə aparılan həbslər barədə söhbətlər etdik. Onlar bidlirdilər ki, biz də bu cür rüvətxorların, korrupsiyaya bulaşanların həbslərinə sevinirik, amma bir nəticə olmur. Belə olmasaydı, ölkənin ən nümunəvi nazirliyi olan Xarici İşlər nazirliyində də rüşvət, korrupsiya halları olmazdı. Bu gün həmin nazirliyə vaxtilə Təhsil nazirliyinə rəhbərlik etmiş Ceyhun Bayramov rəhbərlik edir. Ceyhun Bayramov bu halların qarşısını ala biləcəkmi? Buna inanardıq, redaksiyamıza daxil olan ciddi bir məktub olmasaydı…

Təhsil Nazirliyində baş verən qanunsuzluqlarla bağlı cumhuriyyet.az-a ciddi məlumatlar əks olunan məktub daxil olmuşdur. Məktubda göstərilir ki, Təhsil Nazirliyində Təchizat idarəsi vardır. Lakin bu idarənin işini 30-40 nəfərlik qrup yerinə yetirir. Belə ki, Xoreqrafiya institutunun yanında yerləşən ofisdə oturan həmin adamlar Təhsil Nazirliyinin Təchizat idarəsinin işini yerinə yetirirlər:

“Onların heç bir yerdə qeydiyyatı yoxdur, Təhsil Nazirliyinin işçiləri də deyillər. Amma Təhsil Nazirliyinin tikinti və təmir apardığı məktəblərə burunlarını soxaraq smeta çıxarır, istədikləri qiyməti tətbiq edir və yaxud da xoşları gəlməyən tikintiləri söküb təzədən tikirlər”.

Kifayət qədər ciddi ittihamların yer aldığı məktubda həmin qrupun rəhbəri Ceyhun Bayramovun Rəşad adlı xalası oğlunun olduğu iddia olunur. Həmçinin cumhuriyyet.az-ı məlumatlandıran mənbə onu da bildirir ki, həmin şəxslərin adlarını və oturduqları ofisin foto şəkillərini də redaksiyamıza təqdim etməyə hazırdır.

Onda sual olunur ki, əgər bu muzdlu qrup Təhsil Nazirliyində təchizata qeyri-rəsmi nəzarət edirsə, Təchizat idarəsi nəyə lazımdır. Varsa, nəyə görə Təchizat idarəsinin səlahiyyəti yoxdur ki, bunlara bir söz desin.

Məsələn, hansısa məktəbin təmir-tikinti işinə Təchizat idarəsi cavabdeh olduğu halda, bunlar müdaxilə edirlər və deyirlər ki, bu qiymət sərf edirsə işlə, etmirsə işləmə. Burada əsas məqsəd pul yeyintisidir. Bu qrup adamlar dövlətdən maaş almırlar və rəsmi qeydiyyata da deyillər. Bunlar haradan maaş, paket alırlarsa, heç kəs bilmir. Hətta Təhsil Nazirliyinin Təchizat idarəsi də iş adamlarına bildirir ki, bizim heç bir səlahiyyətimiz yoxdur, işin sahibi onlardır. Görəsən, Azərbaycan Nazirlər Kabineti (NK) Təhsil Nazirliyinin nəzdində təsərrüfat hesablı Əsaslı Tikinti və Təchizat İdarəsinin yaradılması haqqında qərarı nəyə görə qəbul edilib?

Hər halda ümid edirik ki, aidiyyatı orqanlar bu işə əncam çəkəcək. Və ona da inanırıq ki, Təhsil Nazirliyinin nəzdində təsərrüfathesablı Əsaslı Tikinti və Təchizat İdarəsi ən azından ölkə qanunlarına, xüsusən də Nazirlər Kabinetinin qərarına hörmət əlaməti olaraq işinin öhdəsindən gəlməyi bacaracaq.

Redaksiyadan: Bizim üçün maraqlısı odur ki, bu hallara ölkənin hüquq-mühafizə orqanları göz yumurlar. Çünki nərdivanvari mafiya oyunlarında onlar da iştirak edirlər. Ölkə başçısının keçirdikləri müşavirələrdə ölkədə müxtəlif strukturlara cavabdeh yüksək səlahiyyətli məmurlar da onlara verilən suallara boğazlarını arıtlaya-arıtlaya cavab verir və günahı bir-birinin boynuna atırlar. Çünki bu cür məsələlərdə birgə iştirak edirlər. Necə olur ki, Təhsil Nazirliyində baş verən bu qanunsuzluqları görməzdən gəlirlər?

P.S. Sözügedən qurum, onun fəaliyyəti və baç verən maliyyə maxinasiyalarının detalları haqda növbəti yazımızda… (cumhuriyyet.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Ən çox oxunanalar