Cümə axşamı, 20 Fevral 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+10 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+17 ° Gəncə
+14 ° Lənkəran
+9 ° Naxçıvan
+16 ° Salyan
+16 ° Şəki

Təhsil Nazirliyi şagirdlərin yerdəyişməsini dayandırır

Yanvarın 25-dən fevralın 13-dək şagirdlərin elektron yerdəyişməsi portalında və bu məqsədlə yaradılmış Alternativ Qeydiyyat mərkəzlərində yerdəyişmə ilə bağlı sorğuların qəbulu dayandırılacaq...

Təhsil Nazirliyindən  verilən məlumata görə, həmin tarixədək qəbul edilən sorğuların icrası davam etdiriləcək.

Sorğuların qəbulunun müvəqqəti dayandırılması məktəblərdə siniflərin komplektləşdirilməsi ilə bağlıdır.

Qeyd edək ki, bugünədək elektron yerdəyişmə ilə bağlı ümumilikdə 93 610 müraciət daxil olub. Onlardan 85 250 şagirdin digər təhsil müəssisəsinə yerdəyişməsinə icazə verilib, 4 132 sorğu hazırda icra edilir, 4 228 sorğuya isə dil uyğunsuzluğuna, daxili müsabiqə keçirən lisey və məktəb-liseylərin müsabiqə nəticələrinə əsasən imtina verilib.

Şagird yerdəyişməsinin elektronlaşdırılması bu prosesdə məktəb və valideyn arasında olan məsafənin azaldılmasına və valideynin təhsil müəssisəsi ilə təmasının daha şəffaf şəkildə təşkilinə xidmət edir. Şagirdlərin yerdəyişməsi prosesi cari ilin avqustun 15-dən www.sy.edu.az portalı və alternativ qeydiyyat mərkəzləri vasitəsilə həyata keçirilir.

pia.az

Hostimul.com
Paylaşılan hostinq, fiziki server, VPS və ya reseller hostinqa ehtiyacınız olarsa, təklif etdiyimiz hostinq xidmətləri ilə nəinki layihənizə uyğun bir hostinq məhsulu seçib, həm də veb-saytınızı lazımi qorunma ilə təmin edə bilərsiniz. Ətraflı məlumat üçün daxil olun: https://hostimul.com/az/hosting-azerbaycan/

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627



loading...

Ən çox oxunanalar