Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Təhsil Nazirliyi şagirdləri riskə atır... - Yeni nəsil şəxsiyyət vəsiqəsi zərurəti hardan yarandı?

Təhsil Nazirliyi koronavirusun geniş yayıldığı bu günlərdə valideynləri və şagirdləri sıxlıq yaranan qapalı məkanlara niyə göndərirlər?..

Təhsil eksperti: “Təhsil Nazirliyi məsələnin daha asan yolla həll olunacağını düşünürdü”.

“Əslində düşünmürəm ki, pandemiya zamanı yeni nəsil şəxsiyyət vəsiqələrinə ehtiyac yaransın”.

Bu sözləri təhsil eksperti Elçin Əfəndi 9-cu sinifin onlayn imtahanları üçün şagirdlərdən mütləq yeni nəsil şəxsiyyəti vəsiqəsinin tələbini PİA.az-a şərh edərkən qeyd edib.

Təhsil Nazirliyi məktəblərə tapşırıb ki, 9-cu sinifin onlayn imtahanları üçün şagirdlər mütləq yeni nəsil şəxsiyyəti ilə qeydiyyatdan keçməlidir, çünki orada şəkil var.

Təhsil Nazirliyi koronavirusun geniş yayıldığı bu günlərdə valideynləri və şagirdləri sıxlıq yaranan qapalı məkanlara niyə göndərirlər? Şəxsiyyətdə şəkil məsələsini həll etməyin başqa yolu yoxdur və yaxud da indiki vaxtda şəkil bu qədər vacibdir? Nazirlik nəyin prinsipini aparır?

Mövzunu PİA.az-ın əməkdaşı təhsil eksperti Elçin Əfəndi ilə müzakirə edib.

Elçin Əfəndi: “Bəli, Təhsil Nazirliyinin 9-cu sinifin onlayn imtahanları üçün şagirdlərin mütləq yeni nəsil şəxsiyyəti ilə qeydiyyatdan keçməsi qərarı var. Amma pandemiya ilə əlaqədar olaraq ola bilsin ki, Təhsil Nazirliyi bununla bağlı qərarı ləğv etsin”.

Şagirdlərin yeni nəsil şəxsiyyət vəsiqəsi üçün “Asan Xidmət”ə getməli olduqlarını xatırladan ekspert PİA.az-a açıqlamasında bildirib ki, bu qərar indiki vəziyyət üçün ciddi təhlükə yaradır:

“Bəli, Təhsil Nazirliyinin 9-cu sinifin onlayn imtahanları üçün şagirdlərin mütləq yeni nəsil şəxsiyyəti ilə qeydiyyatdan keçməsi qərarı var. Amma pandemiya ilə əlaqədar olaraq ola bilsin ki, Təhsil Nazirliyi bununla bağlı qərarı ləğv etsin. Artıq bu barədə Nazirlikdə müzakirələr aparılır.

Əslində düşünmürəm ki, pandemiya zamanı yeni nəsil şəxsiyyət vəsiqələrinə ehtiyac yaransın. Ən azından bütün məktəblərdə şagirdlərin şəkilləri var və ondan istifadə etmək olar. Həmçinin də şəkilsiz olsa belə, hər bir şagirdin şəxsiyyət vəsiqəsi var.

Ola bilsin ki, Təhsil Nazirliyi məsələnin daha asan yolla həll olunacağını düşünürdü. Amma şagirdlər yeni nəsil şəxsiyyət vəsiqəsi üçün “Asan Xidmət”ə getməlidirlər. Bu da indiki vəziyyətdə ciddi təhlükə yaradır və alınan iş deyil”.

Nərminə UMUDLU
pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Ən çox oxunanalar