Çərşənbə, 21 Oktyabr 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

Təhsil Nazirliyi məlumat yayıb

Dərslərə davamiyyətlə bağlı Təhsil Nazirliyinin Mətbuat Xidmətinin Məlumatı
İşğalçı Ermənistan silahlı qüvvələrinin Azərbaycana qarşı təxribatları davam edir. Ordumuzun qarşısında aciz qalan düşmən mülki əhalini, o cümlədən uşaqları, qadınları və qocaları hədəf alır. Mülki əhali arasında itkilərimiz olub, çoxsaylı evlərə və mülki obyektlərə, o cümlədən cəbhə bölgəsində yerləşən təhsil müəssisələrinə ciddi ziyan dəyib. Bu, həmin ərazilərdə yerləşən təhsil müəssisələrində tədris prosesinə də öz təsirini göstərib.

Cəbhə bölgəsində yerləşən 468 məktəbdə hərbi əməliyyatlar səbəbindən həftəlik dərs cədvəllərinə dəyişiklik edilib.

Ötən gün Bakı şəhərində əyani formada dərslərə davamiyyət 85-90 faiz təşkil edib. Bölgələrdəki ümumi təhsil müəssisələrində əyani formada təhsil davam edir. Distant (məsafədən) dərslərə gəldikdə isə, ölkə üzrə internetin verilməsində məhdudiyyətlərin tətbiq edilməsi səbəbindən mümkün fasilələrin olmasını anlayışla qarşılamağınızı xahiş edirik. Şagirdlərimizin hazırkı vəziyyətdə “Mədəniyyət” və “Arb Günəş” televiziya kanalları vasitəsilə yayımlanan və bütün fənləri əhatə edən teledərsləri izləməyi tövsiyə olunur.

Bu gün də cəbhədən xoş xəbərlər eşitmək diləyi ilə müzəffər ordumuza və igid əsgərlərimizə uğurlar arzulayırıq!

pia.az


Etiket:


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

Paşinyan müxalifəti topladı - İki yoldan birini seçməlidrlər...

Hərbi formada çəkdirdiyi şəkil başına bəla oldu - Fotolar

Paşinyanın döyüşlər başlayandan atəşkəs üçün zəng edib yalvardığı ölkələr

Paşinyanın qızı: “Xəyallarımız puç oldu…”

"Ermənilər unutmasınlar ki, ən güclü hərbi birləşməmiz İrəvanın 40 kilometrliyindədir..."

Bu içkilər ürək-damar xəstəlikləri riskini azaldır

Alimlər istiotun koronavirusa təsirini kəşf etdi

Azərbaycanda internet məhdudiyyəti ləğv olunub? - Rəsmi açıqlama

Azərbaycan Ordusunun qalibiyyətli müharibə taktikası - hərbi “beyin mərkəzləri” şokda

Cəhənnəmə xoş gəldin, Artsrun Ovannisyan! -  Video

Ermənilər Zəngəzurda müdafiə xətti qurmağa başladı - Davtyan bölgəyə göndərildi

loading...

Ən çox oxunanalar