Bazar, 26 Yanvar 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+19 ° Quba
+12 ° Qusar
+24 ° Gəncə
+16 ° Lənkəran
+23 ° Naxçıvan
+26 ° Salyan
+23 ° Şəki

Təhsil naziri valideynlərlə bir sıra məsələləri müzakirə edib

Təhsil naziri valideynlərlə məktəb proqramının yüklülüyü, şagird sıxlığı kimi məsələləri müzakirə edib...

Təhsil naziri Ceyhun Bayramov Bakı şəhəri 72 nömrəli məktəb-liseydə bir qrup valideynlə görüşüb.

Təhsil Nazirliyindən verilən xəbərə görə, Təhsil naziri ümumi təhsil müəssisələrində məktəb proqramının yüklülüyü, şagird sıxlığı, növbəlilik, şagirdlər və şagird-müəllim-valideyn arasında olan münasibətlər, yeməkxanalara nəzarət və məktəbin fəaliyyəti ilə bağlı digər məsələləri valideynlərlə müzakirə edib. Ceyhun Bayramov müvafiq istiqamətlərdə nazirlik tərəfindən həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verib. Nazir həmçinin məktəb-valideyn əməkdaşlığı, uşaqların tədris nailiyyətlərində valideynlərin rolu, məktəbdənkənar fəaliyyətin önəmini xüsusi vurğulayıb.

Görüşdə nazir valideynləri maraqlandıran sualları cavablandırılıb, onların rəy və təkliflərini dinləyib.

Qeyd edək ki, yeni tədris ilindən Təhsil naziri məktəblərdə valideynlərlə mütəmadi görüşlər keçirir. (APA)

pia.az

Hostimul.com
Paylaşılan hostinq, fiziki server, VPS və ya reseller hostinqa ehtiyacınız olarsa, təklif etdiyimiz hostinq xidmətləri ilə nəinki layihənizə uyğun bir hostinq məhsulu seçib, həm də veb-saytınızı lazımi qorunma ilə təmin edə bilərsiniz. Ətraflı məlumat üçün daxil olun: https://hostimul.com/az/hosting-azerbaycan/

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627


Şərh yazın.


loading...

Ən çox oxunanalar