Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Təhsil naziri: “Bəzi direktorlar səhlənkarlıq edir”

“Şagirdlərin elektron yerdəyişməsi ilə bağlı həll olunmayan və yaxud həlli gecikən məsələlərin sayı ümumi müraciətlərin 2 faizi qədərdir”

Bunu Təhsil naziri Ceyhun Bayramov oktyabrın 17-də Yeni Azərbaycan Partiyasının qərargahında keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, proses yeni olduğu üçün 2 faizin səbəbləri arasında bir sıra subyektiv və obyektivlik amillər var: “Misal olaraq, gecikmə halları direktorun səhlənkarlığı ucbatından baş verib. Direktor bu işi nəzarətə götürmədən texniki işçisinə həvalə edib, o da vəzifəsini düzgün başa düşməyib və ləngimələr olub. Onlara xəbərdarlıq olundu və məsələ öz həllini tapdı”.

Nazir qeyd edib ki, elektron sistemdə bir sıra təkmilləşdirmələr edilib: “Sistem elektron olduğundan burada insan faktorunun müdaxiləsindən söhbət gedə bilməz. Proses ilk dəfə icra olunandan bir həftə sonra nazirliyə bir çox müraciətlər daxil oldu. Bakı Şəhər üzrə Təhsil İdarəsinin qarşısına çoxsaylı insan gəlib deyirdi ki, yerdəyişmə prosesi ləngiyir və səbəbləri ilə maraqlanırdılar. Elektron sistem mövcud olmasaydı bu məsələ ilə bağlı narazılıqların həcmini müəyyən edə bilməzdik”.

C.Bayramov əlavə edib ki, proses yazılı formada həyata keçirilən zaman meydana çıxan narazılıqlardan yalnız Təhsil Nazirliyinə daxil olan vətəndaş şikayətlərindən xəbər tutulurdu: “Bəzən problemlərlə üzləşənlər heç müraciət də etmirdi. Bu səbəbdən də real vəziyyətlə bağlı heç məlumatımız da olmurdu. Elektronlaşmadan sonra biz insanların problemlərini bilib, həll yollarını birgə müzakirə edə bildik”. (Report)

pia.az


Etiket: Ceyhun Bayramov

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar