Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Təhsil krediti problemi niyə həll olunmur?

Problemin 2020-ci ildə həllini gözləmək olarmı?

Təhsil eksperti: “Mövcud durumda təhsil haqlarının yüksək olması bir çox tələbənin ali təhsildən imtina etməsi ilə nəticələnir. Amma çalışmaq lazımdır ki, ən azı tələbələrə banklar və digər kredit təşkilatları, Gənclər fondu və s. müəyyən imtiyazlar tətbiq etsinlər”.

Tələbələrə təhsil kreditinin verilməsi problem olaraq qalmaqdadır. Ötən aylarda təhsil naziri Ceyhun Bayramov açıqlama vermişdi ki, 2019-2020-ci tədris ilində Azərbaycanda işlək tələbə kredit sistemi təsis ediləcək. Təhsil Nazirliyi bu sahəyə aidiyyəti olan qurumlarla birlikdə intensiv hazırlıq işləri görüb və işlər bu gün də davam etdirilir.

Həmçinin təhsil naziri Ceyhun Bayramov bildirmişdi ki, tələbə krediti məsələsi üzrə yaradılan işçi qrup aidiyyəti dövlət qurumlarının nümayəndələri ilə birlikdə fasiləsiz iş aparır: “Ümid edirəm ki, yekun layihə yaxın zamanda hökumətə təqdim ediləcək”, deyə nazir bildirmişdi.

O da məlumdur ki, ölkəmizdə “Maarifçi” Tələbə Kredit Fondu tələbələrə belə bir imkan təklif edir, amma geniş tələbə kütləsi bundan istifadə edə bilmir və ödənişli təhsil alan tələbələrin böyük qismi hazırda təhsil pullarını verə bilmir, ya da böyük sıxıntı çəkirlər. Bu problemin 2020-ci ildə həllini gözləmək olarmı?

Mövzunu PİA.az-ın əməkdaşı təhsil eksperti Elçin Əfəndi ilə müakirə edib.

Elçin Əfəndi: “İstər dövlət sifarişi ilə oxuyan, istərsə də ödənişli oxuyan hər bir tələbə semestr imtahanlarını yüksək nəticə ilə bitirsə, təqaüd ala bilər. Və o təqaüdlə də götürdüyü təhsil kretidini hər ay müəyyən hissə ödəməklə bitirə bilər”.

Təhsilin əçatanlığına çalışmaq lazım olduğunu düşünən təhsil eksperti PİA.az-a açıqlamasında əlavə edib ki, təhsil haqları aşağı olmalıdır ki, hər kəs rahat ali təhsilə yiyələnə bilsin:

“Bilirsiniz, əslində dediyiniz fakt problemli məsələ kimi qalmaqdadır. Əvvəla biz çalışmalıyıq ki, təhsil əlaçatan olsun. Təhsil haqları aşağı olsun və hər kəs rahat ali təhsilə yiyələnə bilsin. Amma mövcud durumda təhsil haqlarının yüksək olması bir çox tələbənin ali təhsildən imtina etməsi ilə nəticələnir.

Amma çalışmaq lazımdır ki, ən azı tələbələrə banklar və digər kredit təşkilatları, Gənclər fondu və s. müəyyən imtiyazlar tətbiq etsinlər. “Maarifçi” tələbə krediti neçə vaxtdı fəaliyyət göstərir və bu mütərəqqi addımdır. Amma tələbələrin çoxu bu barədə məlumatsızdır. Düşünürəm ki, bu da həmin təşkilatın PR işinin təşkilinin aşağı olması ilə bağlıdır.

Elçin Əfəndi: ““Maarifçi” tələbə krediti neçə vaxtdı fəaliyyət göstərir və bu mütərəqqi addımdır. Amma tələbələrin çoxu bu barədə məlumatsızdır”.

Ümumiyyətlə tək bir təşkilat deyil bir neçə təşkilat bu işi görməlidir. Məsələn Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu bir neçə ildir ki, təhsil xərclərinin maliyyələşdirilməsi ilə bağlı müsabiqə keçirir. Düzdür burada da bir sıra şərtlər var. Amma əsas odur ki, onlarla imkansız gənc bu yaranmış fürsətdən yararlana bilir. Bu kimi addımlar banklar vasitəsilə də atılsa olduqca gözəl nəticələr görə bilərik.

Düşünürəm ki, növbəti ildə bu barədə geniş təbliğat aparılsa, qeyd etdiyim təşkilatlar bu sahədə maraqlı olacaqlar. Ən azı hazırki durumda daha sərfəli şərtlərlə kredit təklif oluna bilər. Çünki, istər dövlət sifarişi ilə oxuyan, istərsə də ödənişli oxuyan hər bir tələbə semestr imtahanlarını yüksək nəticə ilə bitirsə, təqaüd ala bilər. Və o təqaüdlə də götürdüyü təhsil kretidini hər ay müəyyən hissə ödəməklə bitirə bilər”.

Nərminə UMUDLU
pia.az

 



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Ən çox oxunanalar