Çərşənbə axşamı, 07 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Təhsil infrastrukturunun inkişafına ayrılan maliyyə vəsaitləri düzgün yönləndirilir?..

Təhsil üzrə ekspert: “Son 3 ildə Azərbaycanda məktəbə hazırlıq ilə əhatəlilik səviyyəsi 24%-dən 65%-ə qədər qalxıb”

“Dövlət Strategiyasının əsas hədəfləri sırasında Azərbaycanın inkişaf konsepsiyasına uyğun olaraq hər bir şəxs üçün bərabər, keyfiyyətli təhsil imkanlarının yaradılması, təhsil sisteminin institusional əsaslarının, infrastrukturunun və insan resurslarının inkişaf etdirilməsi məsələlərinə xüsusi yer verilib”.

Bu sözləri təhsil üzrə ekspert Kamran Əsədov Azərbaycanda təhsil infrastrukturunun inkişafını PİA.az-a şərh edərkən qeyd edib.

Xəbər verdiyimiz kimi Prezident İlham ƏliyevAzərbaycan Respublikasında təhsil infrastrukturunun inkişafı ilə əlaqədar tədbirlər haqqında” sərəncam imzalayıb. Sərəncama əsasən, respublika ərazisində siyahısı göstərilən modul tipli məktəblərin quraşdırılması məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 yanvar tarixli 890 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində digər layihələr üzrə dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.16.2-ci yarımbəndində göstərilmiş 18,0 (on səkkiz) milyon manat vəsait Azərbaycan Respublikasının Təhsil Nazirliyinə ayrılıb. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə və Maliyyə Nazirliyi bu Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Məlumdur ki, bu vaxta qədər də təhsil infrastrukturunun inkişafı ilə əlaqədar çoxlu maliyyələr ayrılıb. Ayrılan maliyyələrə görə təhsil infrastrukturunun inkişafını qənaətbəxş hesab etmək olarmı və bu vəsaitlər təhsil infrasturukturuna, o cümlədən təhsilin ehtiyac və problemlərinə uyğun yönləndirilib?

Mövunu PİA.az-ın əməkdaşı təhsil üzrə ekspert Kamran Əsədovla müzakirə edib.

Kamran Əsədov: “Dövlətin təhsillə bağlı strategiyasının həyata keçirilməsində Heydər Əliyev Fondunun fəaliyyəti xüsusilə diqqət çəkir”.

Dövlətin təhsillə bağlı strategiyasının həyata keçirilməsində Heydər Əliyev Fondunun fəaliyyəti xüsusilə diqqət çəkdiyini vurğulayan təhsil üzrə ekspert əlavə edib ki, Fondun xətti ilə inşa olunan orta məktəblərin sayı bu gün 3500-dən yuxarıdır:

“İlk növbədə qeyd edim ki, “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” təhsili konkret proqramlar əsasında qarşıya qoyulmuş hədəf və məqsədlərin fonunda inkişaf dinamikası baxımdan mühüm əhəmiyyət kəsb edir. Dövlət Strategiyasının əsas hədəfləri sırasında Azərbaycanın inkişaf konsepsiyasına uyğun olaraq hər bir şəxs üçün bərabər, keyfiyyətli təhsil imkanlarının yaradılması, təhsil sisteminin institusional əsaslarının, infrastrukturunun və insan resurslarının inkişaf etdirilməsi məsələlərinə xüsusi yer verilib.

Bütün bunlar texnologiyaları çevik mənimsəməyə, əmək bazarında layiqli yer tutmağa və ömür boyu təhsil prosesinə qoşulmağa imkan verən strateji və konseptual məqamlardır. Bu baxımdan, Azərbaycanda təhsil infrastrukturunun müasir tələblərə uyğun qurulması, təhsilin məzmununun yeniləşdirilməsi, təhsil alanların nailiyyətlərinin qiymətləndirilməsi üzrə yeni model və mexanizmlərin tətbiqi, əmək bazarının tələbatına uyğun kadr hazırlığı və təminatının yaxşılaşdırılması, təhsil-müəssisələrinin informasiya-kommunikasiya texnologiyaları ilə təmin edilməsi və təhsil sisteminin informasiyalaşdırılması, məktəbəqədər, texniki peşə, ali təhsil, xaricdə təhsil, istedadlı uşaqların inkişafı, xüsusi qayğıya ehtiyacı olan uşaqların təhsilinin təşkili və digər bu kimi sahələrdə mühüm irəliləyişlər və uğurlar əldə olunub.

Kamran Əsədov: “Ölkə ərazisində məktəbəhazırlığın əhatə dairəsinin 90 faizə çatdırılmasını nəzərdə tutulub”.

Dövlətin təhsillə bağlı strategiyasının həyata keçirilməsində Heydər Əliyev Fondunun fəaliyyəti xüsusilə diqqət çəkir. Heydər Əliyev Fondu təhsil sahəsinə hər zaman xüsusi diqqət ayırıb. Fondun prezidenti, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın bu sahəyə verdiyi önəmin bariz nümunəsi kimi ölkənin hər yerində, ən ucqar kəndlərdə belə, yeni məktəb binalarının tikintisini və həyata keçirilən digər layihələri misal göstərmək olar.

Fondun xətti ilə inşa olunan orta məktəblərin sayı bu gün 3500-dən yuxarıdır.

Fondun təhsil sahəsində gördüyü işlər sırasında müxtəlif bölgələrdə reallaşdırılan “Yeniləşən Azərbaycana yeni məktəb” proqramı müstəsna əhəmiyyət daşıyır.

Son 3 ildə Azərbaycanda məktəbəhazırlıq ilə əhatəlilik səviyyəsi 24%-dən 65%-ə qədər qalxıb, heç vaxt məktəbəhazırlıq təşkil edilməyən yüzlərlə yaşayış məntəqəsi əhatə edilib. Ölkə ərazisində məktəbəhazırlığın əhatə dairəsinin 90 faizə çatdırılmasını nəzərdə tutulub. 2018-2019-ci dərs ilində ölkə üzrə 722 məktəbin təmayüllü 1206 onuncu sinfinə 27 005 nəfər şagird cəlb olunub.

Bütün bunlar təhsil sisteminə, onun infrastrukturunun inkişafına ayrılmış vəsaitlərin səmərəli istifadə olunduğunu göstərir”.

Nərminə UMUDLU
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ədalət Şükürov həyat yoldaşı ilə birgə - Foto

DYP-nin “yol tənzimləmələri” və sürücülərin müsibətləri...

Bakıda həkim qadının bıçaqlanması ilə bağlı bəzi təfərrüat

Qəzada ölən qadın yenicə direktor vəzifəsindən azad edilibmiş

Əhməd Cavadın nəticəsi: “Stalinin kim olduğunu soruşanda nənəm dedi ki, onun adını çəkmə!”

ABŞ səfiri: Mən bu gün Şuşada olmaqdan xoşbəxtəm - Video

Yeni Rusiya imperiyasının qaçılmaz süqutu - İmperiyanın məhvinə rəhbərlik edən isə Putindir...

Dünyada İT-yə xərclənən vəsait 5 trilyon dolları keçəcək

Almaniya Rusiyadakı səfirini geri çağırdığını təsdiqləyib - Yenilənib

“Gömrükçü” külli miqdarda pulu mənimsədi: Həbs edildi

Ən çox oxunanalar