Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Təhsil haqqında” qanun dəyişdirilir - Hansı yeniliklər olacaq?

Təhsil eksperti: “Ali təhsil islahatının yaxın və uzaq perspektivdə həyata keçirilməsi keyfiyyətli elmi-pedaqoji kadrların hazırlanmasından asılıdır”

“Hesab edirəm ki, doktorantura ali təhsilin yüksək səviyyəsi olmaqla, elmi və elmi- pedaqoji kadrların hazırlanmasını, ixtisas və elmi dərəcələrin yüksəldilməsini təmin edirdisə, təklif olunan dəyişikliyə görə, doktoranturada yalnız elmi kadrların hazırlanması nəzərdə tutacaq dəyikiliyin qəbul edilməsi yaxşı hal deyil”.

Bu sözləri təhsil üzrə ekspert Kamran Əsədov “Təhsil haqqında” qanuna ediləcək bəzi dəyişiklikləri PİA.az-a şərh edərkən qeyd edib.

Azərbaycanda “Təhsil haqqında” qanuna bəzi dəyişikliklər ediləcək. Dəyişikliklərdən birində təhsil müəssisələrinin akkreditasiyadan keçməsi nəzərdə tutulub. Adıçəkilən qanuna əsasən təhsil müəssisələrinin akkreditasiyası təhsil müəssisələrinin fəaliyyətinin qəbul olunmuş dövlət təhsil standartlarına və digər normativ hüquqi aktların tələblərinə uyğunluğunun yoxlanılması məqsədi ilə aparılır və təhsil müəssisəsinin statusunun, hər bir ixtisas (proqram) üzrə təhsilalanların say həddinin müəyyən edilməsi, onun fəaliyyətinin növbəti müddətə uzadılması üçün hüquqi təminat yaradır.

Eyni zamanda, qanunun 29.0.28-ci maddəsinə əsasən, təhsil müəssisələrinin akkreditasiyası dövlət rüsumu tutulmaqla həyata keçirilməlidir.

Digər bir dəyişiklik “Təhsil haqqında” qanuna uyğunlasdırma məqsədi daşıyır. Belə ki, həmin qanuna əsasən, dövlət məktəbəqədər və ümumi təhsil müəssisələri təhsil fəaliyyətini lisenziya almadan həyata keçirirlər.

İndiyədək qanuna əsasən, doktorantura ali təhsilin yüksək səviyyəsi olmaqla, elmi və elmi- pedaqoji kadrların hazırlanmasını, ixtisas və elmi dərəcələrin yüksəldilməsini təmin edirdisə, təklif olunan dəyişikliyə görə, doktoranturada yalnız elmi kadrların hazırlanması nəzərdə tutulacaq.

Dövlətin vəzifələri sırasından təhsil proqramlarının (kurrikulumların) təsdiq olunması çıxarılır. Mühüm dəyişikliklərdən biri də dövlət və bələdiyyə ümumi təhsil müəssisələrində olduğu kimi, peşə təhsili müəssisələrində təhsilalanların da pulsuz dərsliklərlə təmin olunmasıdır. Bu isə peşə təhsili sistemi üzrə tədris vəsaitlərinin hazırlanmasına diqqəti artıracaq, son nəticədə peşə təhsilinin keyfiyyətinin yüksəldilməsinə xidmət edəcək.

Qanuna təklif olunan dəyişikliklər Milli Məclisin mayın 17-də keçirilməsi nəzərdə tutulan iclasında müzakirəyə çıxarılacaq.

Mövzu ilə bağlı təhsil üzrə ekspert Kamran Əsədov öz fikirlərini PİA.az-ın əməkdaşı ilə bölüşüb.

Kamran Əsədov: “Bu dəyişikliyi qəbul etmək olmaz. Çünki yekunda doktorantura pilləsini bitirmiş kadrlar da pedaqoji fəaliyyətlə məşğul olacaqlar və onların bilik, bacarıqları daha da effektivdir”.

Elmi-pedaqoji kadr hazırlığının əsas məqsədinin ali təhsil müəssisələrində professor-müəllim heyətinin peşəkarlıq səviyyəsinin artırmsından ibarət olduğunu urğulayan təhsil üzrə ekspert PİA.az-a açıqlamasında əlavə edib ki, ali təhsil islahatının yaxın və uzaq perspektivdə həyata keçirilməsi keyfiyyətli elmi-pedaqoji kadrların hazırlanmasından asılıdır. Buna görə professor-müəllim heyətinin yeniləşməsinə və gəncləşməsinə diqqət yetirilir, elmi-pedaqoji kadrların hazırlanması üçün lazımi şərait yaradılır:

“İlk növbədə qeyd edim ki, Azərbaycan dövlət müstəqilliyini əldə edənə qədər respublikada elmi-pedaqoji kadrların hazırlanmasının əsas forması aspirantura idi. 2010-cu ildən isə bu doktrantura ilə həyata keçirildi.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən sistemli və ardıcıl tədbirlər ictimai həyatın bütün prioritet sahələrində olduğu kimi, yüksək ixtisaslı elmi və elmi-pedaqoji kadrların hazırlanması istiqamətində də böyük inkişafa, Azərbaycan elminin beynəlxalq elm məkanına inteqrasiyasının sürətləndirilməsinə və müvafiq normativ-hüquqi bazanın təkmilləşdirilməsinə gətirib çıxarıb.

Ölkəmizdə son illərdə təhsilin inkişafı ilə bağlı həyata keçirilən tədbirlər deməyə əsas verir ki, Azərbaycan öz gələcəyini daha etibarlı və inamlı görmək əzmindədir. Bundan başqa, zəngin təbii sərvətləri ilə dünyanın diqqətində olan Azərbaycan bu sərvətlərdən səmərəli istifadə ilə insan kapitalının daha da inkişaf etdirilməsini başlıca istiqamət seçibdir.

Kamran Əsədov: “Ölkəmizdə son illərdə təhsilin inkişafı ilə bağlı həyata keçirilən tədbirlər deməyə əsas verir ki, Azərbaycan öz gələcəyini daha etibarlı və inamlı görmək əzmindədir”.

Prezident İlham Əliyevin təhsilin inkişafına göstərdiyi diqqət və qayğı onu təsdiqləyir ki, bu mühüm amil son dövrlərdə dövlət siyasətinin mühüm prinsipləri sırasına daxil edilib.

Elmi-pedaqoji kadr hazırlığının əsas məqsədi – ali təhsil müəssisələrində professor-müəllim heyətinin peşəkarlıq səviyyəsini artırmaqdan ibarətdir. Ali təhsil islahatının yaxın və uzaq perspektivdə həyata keçirilməsi keyfiyyətli elmi-pedaqoji kadrların hazırlanmasından asılıdır. Buna görə professor-müəllim heyətinin yeniləşməsinə və gəncləşməsinə diqqət yetirilir, elmi-pedaqoji kadrların hazırlanması üçün lazımi şərait yaradılır. Bunun nəticəsində ali məktəblərdə çalışan professor-müəllim heyətinin həm sayı, həm də peşəkarlıq səviyyəsi artır.

Belə ki, Təhsil Nazirliyinə tabe olan dövlət ali təhsil müəssisələrində 2017-cü ildə 9263 elmi-pedaqoji kadr, o cümlədən 897 elmlər doktoru, 4089 fəlsəfə elmləri doktoru çalışırdısa, 2018-cü ildə müvafiq olaraq 9345, 906 və 4114 nəfər çalışır.

Kamran Əsədov: “Təhsil, peqaqigika günü-gündən inkişaf edir və bunlar da elmi tətqiqat işləri hesabına həyata keçirilir. Ona görə də düşünürəm ki, bu dəyişikliyi qəbul etmək olmaz”.

Azərbaycan Respublikasında elmi qurumların strukturunun müəyyənləşdirilməsi, tədqiqatların müasir standartlar səviyyəsində aparılması və maliyyələşdirilməsi, ölkənin elmi kadr potensialının artırılması və onun sosial müdafiəsinin gücləndirilməsi, bütövlükdə elmin inkişafı üzrə milli strategiyanın həyata keçirilməsi və Azərbaycan elminin beynəlxalq elm məkanına inteqrasiyasının təmin olunmasını sürətləndirmək məqsədilə Azərbaycan Respublikasının Prezidenti tərəfindən «Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiya» və «Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiyanın həyata keçirilməsi üzrə Dövlət Proqramı»nın təsdiq edilməsi haqqında 4 мау 2009-cu il tarixli 255 nömrəli Sərəncam imzalayıbdır.

Bütün bunlara görə hesab edirəm ki, doktorantura ali təhsilin yüksək səviyyəsi olmaqla, elmi və elmi- pedaqoji kadrların hazırlanmasını, ixtisas və elmi dərəcələrin yüksəldilməsini təmin edirdisə, təklif olunan dəyişikliyə görə, doktoranturada yalnız elmi kadrların hazırlanması nəzərdə tutacaq dəyikiliyin qəbul edilməsi yaxşı hal deyil. Çünki elmi tətqiqat işləri pedaqoji sahənin təkmilləşməsinə,inkişafına kömək edir. Təhsil, pedaqogika günü-gündən inkişaf edir və bunlar da elmi tətqiqat işləri hesabına həyata keçirilir. Ona görə də düşünürəm ki, bu dəyişikliyi qəbul etmək olmaz. Çünki yekunda doktorantura pilləsini bitirmiş kadrlar da pedaqoji fəaliyyətlə məşğul olacaqlar və onların bilik, bacarıqları daha da effektivdir”.

Nərminə UMUDLU
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Ən çox oxunanalar