Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Təhsil eksperti: “Qapalı tipli sualların çətinlik səviyyəsi artırılacaq”

“Bu qərarın verilməsində başlıca məqsəd həm abituriyentlərin imtahan nəticələrinin daha tez yoxlanılıb elan olunmasına, həm də onlar üçün güzəşt xarkateri daşıyır”... 

“Əslində düşünürəm ki, imtahanda düşəcək suallar mövzuları tam əhatə etmədiyi üçün abituriyentlərə asan olacaq”.

Bu sözləri təhsil eksperti Elçin Əfəndi qəbul imtahanında açıq tipli sualların sayının azaldılmasının əsl səbəbini PİA.az-a şərh edərkən qeyd edib.

Bu il qəbul imtahanlarında pandemiya ilə əlaqədar bir sıra dəyişikliklər olacaq. Bu barədə məlumat verən Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bildirib ki, mart ayından sonrakı tədris proqramları builki imtahanlara salınmayacaq.

Digər bir məsələ isə virusa yoluxma riskinin azaldılması ilə bağlıdır. Ailəsində virusa yoluxmuş şəxslər imtahana buraxılmayacaq. İmtahana giriş zamanı çox mürəkkəb prosedurlar olacaq. Son 15 gündə ailə üzvlərində koronavirus aşkarlanan şəxslər buraxılış və qəbul imtahanlarında iştirak edə bilməyəcəklər.

Daha bir güzəşt isə 11-ci sinif şagirdləri üçün təqdim olunan test tapşırıqlarının sadələşdirilməsidir. Belə ki, açıq sualların sayı keçən illə müqayisədə 2 dəfə azaldılacaq.

Bəs açıq sualların sayının azaldılması qapalı sualların daha da çətin olacağı ehtimalını düşünməyə əsas verir?

Mövzunu PİA.az-ın əməkdaşı təhsil eksperti Elçin Əfəndi ilə müzakirə edib.

Elçin Əfəndi: “Azərbaycan dili üzrə 4, xarici dil üzrə 4 və riyaziyyat fənni üzrə 4 sual cavablandırılması tələb olunan açıq yazılı suallardır”.

Çətin sual anlayışının yalnız hazırlıqsız namizədlərdə öz əksini tapdığını düşünən təhsil eksperti PİA.az-a açıqlamasında əlavə edib ki, ona görə də daha hazırlıqlı olan şəxslər üçün imtahan maneəsiz ötüşəcək:

“Buraxılış imtahanlarında abituriyentlərə Azərbaycan dili üzrə 30, xarici dil üzrə 30 və riyaziyyat fənni üzrə isə 25 sual təqdim olunurdu. Bunlardan Azərbaycan dili üzrə 10 sual, xarici dil üzrə 7 və riyaziyyat fənni üzrə isə 7 sual yazılması tələb olunan açıq suallar idi.

Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə xanım Abbaszadənin qərarı ilə bu sualların sayı hər bir fənn üzrə 4 olmaqla müəyyənləşdirilib. Belə ki, Azərbaycan dili üzrə 4, xarici dil üzrə 4 və riyaziyyat fənni üzrə 4 sual cavablandırılması tələb olunan açıq yazılı suallardır. Bu qərarın verilməsində başlıca məqsəd həm abituriyentlərin imtahan nəticələrinin daha tez yoxlanılıb elan olunmasına, həm də onlar üçün güzəşt xarkateri daşıyır. Bu isə o demək deyil ki, qapalı tipli sualların çətinlik səviyyəsi artırılacaq. Burada hər il olduğu kimi suallar asan, orta və çətinlik səviyyəsi üzrə müəyyən olunur.

Elçin Əfəndi: “Hər il olduğu kimi suallar asan, orta və çətinlik səviyyəsi üzrə müəyyən olunur”.

Əslində düşünürəm ki, imtahanda düşəcək suallar mövzuları tam əhatə etmədiyi üçün abituriyentlərə asan olacaq. Təbii ki, burada bir məqamı unutmamalıyıq. Çətin sual anlayışı yalnız hazırlıqsız namizədlərdə öz əksini tapır. Ona görə də daha hazırlıqlı olan şəxslər üçün imtahan maneəsiz ötüşəcək.

Bilirsiniz ki, buraxılış imtahanında hər bir fənn üzrə 100 bal, ümumilikdə isə 300 bal təqdim olunur. Buraxılış imtahanı həm də strateji baxımdan vacib imtahandır. Çünki əldə olunan nəticə əsasında abituriyentlər həm ali təhsil müəssisələrinin I-IV ixtisas qruplarının, həm V ixtisas qrupunun, həm də 11 illik bazadan kolleclərə qəbulun müsabiqəsində iştirak edə bilərlər. Ona görə də bütün abituriyentləri buraxılış imtahanlarında daha diqqətli olmağa səsləyir və onlara uğurlar arzu edirəm”.

Nərminə UMUDLU
pia.az


Etiket: İmtahan


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Fərid Qayıbov ABŞ-də BMT rəsmisi və Dövlət Departamentinin nümayəndəsi ilə görüşüb

Ən çox oxunanalar