Cümə, 18 Oktyabr 2019
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+19 ° Quba
+12 ° Qusar
+24 ° Gəncə
+16 ° Lənkəran
+23 ° Naxçıvan
+26 ° Salyan
+23 ° Şəki

Təhsil eksperti: “Distant təhsil saxta diplomlar üçün yeni era başlada bilər”

Distant təhsilin Azərbaycanda tətbiqi saxta diplomların verilməsini yenidən artıra bilərmi və belə bir təhlükə görünürmü?

“Əgər ciddi nəzarət olmasa, distant təhsil sistemi diplomların saxtalaşmasına doğru yeni bir eranın başlanması demək olar”.

Bu sözləri təhsil eksperti Elçin Əfəndi Azərbaycanda distant təhsil formasının qısa vaxtda tətbiq edilməsini PİA.az-a şərh edərkən qeyd edib.

Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov ölkəmizdə distant təhsil formasının ən qısa vaxtda tətbiq edilməsinin zəruriliyini ortaya qoyub.

Xatırladaq ki, distant təhsil öyrədən və öyrənən arasında əlaqəni telekommunikasiya və kompyuter şəbəkələri vasitəsilə operativ, müntəzəm dialoq, əks əlaqə əsasında, uzaq məsafədən həyata keçirir. Distant təhsilin xarakterik xüsusiyyətlərinə çeviklik, modulluluq, iqtisadi səmərəlilik, müəllimin yeni rolu, təhsilin keyfiyyətinə xüsusi nəzarət, müasir texnologiyalardan istifadə və s. aiddir. Distant təhsildə informasiyalar öyrənənlərə elektron materiallar, elektron dərslik, audio-video disklər və s. formalarda təqdim edilir. Distant təhsildə tədris metodik kompleksdən, kompyuter, audio-video maqnitofon, multimedia texnikası və s. kimi təlim vasitələrindən istifadə olunur.

Bəs Azərbaycanda distant təhsilin tətbiqi təhsildə hansı keyfiyyət dəyişikliyinə təsirləri ola bilər? Həmçinin distant təhsilin Azərbaycanda tətbiqi saxta diplomların verilməsini yenidən artıra bilərmi və belə bir təhlükə görünürmü?

Mövzunu PİA.az-ın əməkdaşı təhsil eksperti Elçin Əfəndi ilə müzakirə edib.

Elçin Əfəndi: “Bizdə distant təhsil olsa, çoxusu dərsdən yayınacaq, kiməsə sərf etməyəcək. Yəni tutaq ki, 100 nəfər tələbə distant təhsil alırsa, onun təxminən 5-10 nəfəri distant təhsili almaqda maraqlı olacaq”.

Bir millət olaraq distant təhsilə nə dərəcədə hazırlığımızı bilməli olduğumuzu düşünən təhsil eksperti PİA.az-a açıqlamasında əlavə edib ki, Azərbaycanda hər kəs distant təhsilə ciddi yanaşmayacaq. Çünki bizdə universitetlərdə əyani təhsil forması daha üstündür:

“Bildiyimiz kimi distant təhsil Azərbaycanda o qədər də inkişaf etməyib. Amma xarici ölkə universitetlərində distant təhsil daha çox inkişaf edib. Mən distant təhsilin həm tərəfdarıyam, həm də tərəfdarı deyiləm. Tərəfdarıyam ona görə ki, distant təhsil zamanı müəyyən yaş qrupları arasında balans qorunub saxlanılmır. Məsələn bu təhsildə kiminsə 40, kiminsə 25, kiminsə 15 yaşı ola bilər. Yəni hər kəsin ali təhsil almaq imkanı var və hamı eyni zamanda prosesə qoşulur. Müəllim də onlayn bağlantı vasitəsi ilə və yaxud da müəyyən tapşırıqlar verməklə bu prosesi həyata keçirdir.

Həmçinin distnt təhsilin üstün cəhətlərindən biri də budur ki, kimsə ikinci dəfə ali təhsil almaq istəyir, amma həmin insan haradasa işləyir. Buna görə də gündəlik dərslərə gedib gələ bilmir. Distant təhsil həmin insanlara imkan verir ki, normal şəkildə ikinci ali təhsil ala bilsinlər. Hətta distant təhsil müvafiq olaraq tələbələrin bilik və bacarıqlarının inkişaf etdirilməsi üçün də lazımdır.

Sadəcə olaraq biz millət olaraq distant təhsilə nə dərəcədə hazırıq bunu bilməliyik və əsas problem də buradadır. Məlumdur ki, Azərbaycanda hər kəs distant təhsilə bir o qədər ciddi yanaşmayacaq. Çünki bizdə universitetlərdə əyani təhsil forması daha üstündür. Bizdə distant təhsil olsa, çoxusu dərsdən yayınacaq, kiməsə sərf etməyəcək. Yəni tutaq ki, 100 nəfər tələbə distant təhsil alırsa, onun təxminən 5-10 nəfəri distant təhsili almaqda maraqlı olacaq.

Elçin Əfəndi: “Distant təhsil bizim Bakı kimi şəhərdə daha çox tıxacların qarşısın almaq üçün yararlı ola bilər”.

Bu da saxta diplomların verilməsinə yenidən ayaq aça bilər. Əgər ciddi nəzarət olmasa, diplomların saxtalaşmasına doğru yeni bir eranın başlanmasın demək olar. Təbii ki, biz bir millət, xalq olaraq distant təhsilə hazır olsaq bu təhsilin üstün cəhətlərindən də rahatlıqla istifadə edə bilərik. Amma düşünürəm ki, bizim cəmiyyət distant təhsilə hazır deyil.

Hazırda ölkəmizdə xarici ölkə universitetlərinin dokturanturasında oxuyan, distant təhsili alan şəxslər var. Adam İngiltərədə oxuyur, amma özü Azərbaycan vətəndaşıdır və Azərbaycanda yaşayır. Oradan müvafiq tapşırıqlar verilir, həmin adam da burada tapşırıqları icra edir.

Onu da qeyd edim ki, distant təhsil bizim Bakı kimi şəhərdə daha çox tıxacların qarşısın almaq üçün yararlı ola bilər. Yəni tələbələr bu təhsil növündə gündəlik dərslərə gedib gəlməyəcəklər. Bununla da şəhərdə sıxlıq olmayacaq. Həmçinin də tələbələrin daha çox xərclərinin olmasının qarşısı alına bilər. Yəni gündəlik nəqliyyat vasitələrindən istifadə məhdudlaşar”.

Nərminə UMUDLU
pia.az

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627


Şərh yazın.

loading...

Ən çox oxunanalar