Bazar, 07 Mart 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki
En

Tehranın son diplomatik həmləsi: Bu həmlənin arxasında  hansı məqsəd dayanır?

İranın bu regional diplomatik həmləsi  nəticəsində bölgədə yeni siyasi və iqtisadi platformalar formalaşa bilərmi?..

Politoloq: “Tehranın Azərbaycan, Rusiya, Ermənistan və Gürcüstana səfəri əsasən Türkiyənin rolunu zəiflətmək və öz alternativini tədim etməkdən ibarətdir”.

“Tehran Türkiyəni moderatorolduğu və gücləndiyi platformada yer almaq istəmir. Özünün təklif bir əməkdaşlıq layihəsi irəli sürür”.

Bu sözləri politoloq Məhəmməd Əsədullazadə İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərifin Azərbaycana etdiyi səfəri PİA.az-a şərh edərkən qeyd edib.

İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif Azərbaycanda səfərdə oldu. Məhəmməd Cavad Zərif Azərbaycan Prezidenti İlham Əliyev və xarici işlər naziri Ceyhun Bayramovla görüşdü.

Tehranı ötən ilki müharibədən sonra bölgədə yaranan əməkdaşlıq imkanları maraqlandırır. İran Qarabağdakı bərpa layihələrində iştirak etmək istədiyini bildirdi.

Xatırladaq ki Azərbaycandan sonra Zərif Rusiya, Türkiyə Ermənistan və Gürcüstana səfər edəcək. Hazırda Zərif Rusiyada danışıqlar aparmaqdadır.

İranın bu regional diplomatik həmləsinin arxasında əsas hansı məqsəd dayanır və bu səfərlərin nəticəsi bölgədə yeni siyasi və iqtisadi platformalar formalaşdıra bilərmi?

İranın bölgəyə səfərinin gizlinlərini PİA.az-ın əməkdaşı Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri Məhəmməd Əsədullazadə ilə müzakirə edib.

Məhəmməd Əsədullazadə: “Prezident R. T. Ərdoğanın ötən ilin noyabırında “Altılıq” platfomrasını elan etməsi və burada İranın da olmasını vurğulaması Tehranda müyyən şübhə ilə qarşılandı”.

İranın təkliflərinin sadəcə öz maraqlarına uyğun olduğunu düşünən politoloq PİA.az-a açıqlamasında qeyd edib ki, Tehranın təklif etdiyi regional siyasi-iqtisadi əməkdaşlıq paketi heç də Azərbaycanın maraqlarına uyğun deyil:

İranın Cənubi Qafqazda siyasi-iqtisadi strategiyası ötən ilin oktyabr və noyabr aylarında İkinci Qarabağ müharibəsi nəticəsində kifayət qədər fiaskoya uğradı. Regionda yeni bir güc Türkiyə öz siyasi-hərbi mövqeyini ortaya qoydu. Həmçinin Azərbaycan ordusuunun işğal altında olan torpaqları azad edərək Ermənistla və İranla dövlət sərhədini bərpa etməsi regionun geosiyasi mənzərəsini heç də İranın xeyirinə olmayan bir istiqamətə yönləndirdi. İndi şimal-qərb qonşuluğunda güclənən Türkiyə Tehran üçün əsas narahat edici bir faktordur.

İran Qarabağ müharibəsində çalışdı ki, prosesin içində olsun. Amma, kənarda saxlanıldı. Məhz Cavad Zərifin ötən ilin həmən ərəfələrdə regiona səfəri gözlənilirdi. Azərbaycanın qalibiyyəti, regionda yeni siaysi-iqtisadi platformanın qurulmasına gıtirib çıxardı.

Prezident R. T. Ərdoğanın ötən ilin noyabırında “Altılıq” platfomrasını elan etməsi və burada İranın da olmasını vurğulaması Tehranda müyyən şübhə ilə qarşılandı. Çünki, Tehran Türkiyəni moderatorolduğu və gücləndiyi platformada yer almaq istəmir. Özünün təklif bir əməkdaşlıq layihəsi irəli sürür.

Məhəmməd Əsədullazadə: “İran Türkiyənin Cənubi Qafqazda aktiv fəaliyyətinə RusiyaErmənistanla birgə mane olmağa çalışır”.

Hesab edirəm ki, Tehranın Azərbaycan, Rusiya, Ermənistan və Gürcüstana səfəri əsasən Türkiyənin rolunu zəiflətmək və öz alternativini tədim etməkdən ibarətdir. İranın təklifləri sadəcə özünün geosiyasi və geoiqtisadi maraqlarına uyğundur. Tehranın təklif etdiyi regional siyasi-iqtisadi əməkdaşlıq paketi heç də Azərbaycanın maraqlarına uyğun deyil.

Düşünürəm ki, Cavad Zərifin regiona səfəri Tehranın siyasi-iqtisadi maraqları konteksində formalaşan bir platformaya əsaslanır. Azərbaycanın buna razılıq verəcəyini düşünürəm. Çünki, rəsmi Bakının ilk əvvəldən razı olmadığı, lakin sonradan İranın Qarabağda Araz çayı üzərində elektrik stansiyalarının tikinti işlərinə icazə verməsi göstərir ki, Azərbaycan rəhbərliyi Tehranın bu kimi layihələrində yer ala bilər. İran çalışır Cənubi Qafqazda öz siyasi -iqtisadi nüfuzunu artırsın və bu nüfuzu əsas regional faktora çevirsin. Lakin bölgədə onun bu maraqlarını reallaşdırmağa mane olur. Ona görə də İran Türkiyənin Cənubi Qafqazda aktiv fəaliyyətinə RusiyaErmənistanla birgə mane olmağa çalışır”.

Nərminə UMUDLU
pia.az


Etiket: İran
z


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

Zakir Fərəcovun restoranında toy məclisi - Polisdən əməliyyat

“SMS icazə bərpa edilməlidir, başqa yol yoxdur” - Açıqlama

Paşinyanın oğlunun biabırçı görüntüləri yayıldı - Foto 

Xərçəngə qalib gələn “Toppuş bacı”nın son halı - Foto

Mübariz Mənsimov: "Heç kim və heç nə məni bu yoldan döndərmək gücündə deyil"

Azərbaycanda yeni qoşun növü yaradılır - Türk general açıqladı  

Baş Qərargah rəisi: "Azərbaycan-Ermənistan sərhədi ən yüksək səviyyədə qorunur"

Vilayət Eyvazovdan yeni təyinat - Vüqar Qasımov vəzifəsindən azad edildi

“Yeni müharibənin başlaması...” - Bölgəmizdə fərqli situasiya yaranıb

“30 ildi şəhidimiz var, bəs niyə oxuyurlar?“ - Qalmaqal

Ən çox oxunanalar