Cümə, 27 Noyabr 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

Tehranın hazırladığı sülh planı danışıqlarda əsas kimi qəbul edilə bilər?

İranın Qarabağ münaqişəsinin həlli üçün hazırladığı yeni sülh planın Ermənistan tərəfindən qəbul edilməsi mümkündür?..

ReAl Partiyasının icraçı katibi: “Düşünmürəm ki, Dağlıq Qarabağ münaqişəsinin Tehran moderatorluğunda son nöqtənin qoyulması mümkün olsun”.

İranın təkliflərinin Azərbaycanın xeyrinə olduğunu nəzərə almalıyıq. İranın belə təkliflərlə çıxış etməsi də qənaətbəxşdir”.

Bu sözləri ReAl Partiyasının icraçı katibi Natiq Cəfərli İranın Dağlıq Qarabağla bağlı təkliflərini PİA.az-a şərh edərkən qeyd edib.

Azərbaycandan sonra Moskvaya gedən İranın xüsusi nümayəndəsi, xarici işlər nazirinin müavini Abbas Araqçı sülh planının bəzi detallarını açıqlayıb. Diplomat İran tərəfinin təkliflərinin “işğala son qoyulması, azlıqların hüquqlarına hörmət və mülki əhaliyə və obyektlərə hücumun qəbuledilməzliyi”nə əsaslandığını bildirib. Bütün bu müddalar Azərbaycan prezidentinin də bəyanatlarında səsləndirilib.

İranın Qarabağ münaqişəsinin həlli üçün hazırladığı yeni sülh planın Ermənistan tərəfindən qəbul edilməsini mümkündür? Həmçinin İran vasitəçilik missiyasında nə qədər səmimidir?

Mövzunu PİA.az-ın əməkdaşı ReAl Partiyasının icraçı katibi Natiq Cəfərli ilə müzakirə edib.

Natiq Cəfərli: “Minsk qrupunun həmsədr ölkələri, dünyanın aparıcı paytaxtları Dağlıq Qarabağ kimi mürəkkəb münaqişənin Tehranın vasitəsilə həll olunmasına razı olmazlar”.

Azərbaycanın Türkiyənin danışıqlar masasında olma tələbini xatırladan Natiq Cəfərli PİA.az-a açıqlamasında qeyd edib ki, bu haqlı tələbdir, çünki Türkiyə ümumi Minsk qrupunun üzvüdür. İran usə heç vasitəçilər qrupuna da üzv deyil. Həmçinin ekspert Minsk qrupunun həmsədr ölkələri, dünyanın aparıcı dövlətləri Dağlıq Qarabağ kimi mürəkkəb münaqişənin Tehranın vasitəsilə həll olunmasına razı olmayacaqlarını vurğulayıb:

“Əslində bu gün ayrı-ayrı paytaxtlardan, ölkələrdən səslənən fikirlər aşağı-yuxarı eynidir. Yəni bütün çağırışlar münaqişədə atəşkəsin, Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi üçün edilir. Bütün ölkələrin sülhə çağırış etməsi də normaldır.

İranın təkliflərinin Azərbaycanın xeyrinə olduğunu nəzərə almalıyıq. İranın belə təkliflərlə çıxış etməsi də qənaətbəxşdir. Amma Minsk qrupunun həmsədr ölkələri, dünyanın aparıcı dövlətləri Dağlıq Qarabağ kimi mürəkkəb münaqişənin Tehranın vasitəsilə həll olunmasına razı olmazlar. Buna görə də Dağlıq Qarabağ üzrə son nəticəni elə Minsk qrupunun həmsədr ölkələrinin verəcəyi gözləniləndir.

Azərbaycanın isə bu məsələdə haqlı tələbləri isə odur ki, Türkiyə də danışıqlar masasında olmalıdır. Bu da haqlı tələbdir. Çünki Türkiyə ümumi Minsk qrupunun üzvüdür. İran usə heç vasitəçilər qrupuna da üzv deyil.

Natiq Cəfərli: “Əgər İran tərəfindən Azərbaycan ərazi bütövlüyünü bərpa edilməsi kimi fikirlər səslənirsə, buna dəyər vermək lazımdır”.

Onu da qeyd edim ki, İranın təklifləri də dəyərləndirmək lazımdır. Çünki İran qonşu ölkədir və yaxşı əlaqələrimizin var. Əgər İran tərəfindən Azərbaycan ərazi bütövlüyünü bərpa edilməsi kimi fikirlər səslənirsə, buna dəyər vermək lazımdır. Amma düşünmürəm ki, Dağlıq Qarabağ münaqişəsinin Tehran moderatorluğunda son nöqtənin qoyulması mümkün olsun.

Azərbaycan ordusunun qələbələrindən sonra son danışıqlarda Minsk qrupunun həmsədr ölkələri əsas rol oynamağa can atacaqlar”.

Nərminə UMUDLU
pia.az


Etiket: Sülh planı


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

Putinlə Paşinyanın danışığının təfərrüatları üzə çıxır: Laçın rayon mərkəzi və Zabux kəndi Ermənistana verilir?!

Fransa Dağlıq Qarabağın müstəqilliyini tanımadı

Laçının Qarıqaya kəndində 28 ildir qanunsuz yaşadıqları evlərə od vurub çıxan mülki işğalçılar - Fotolar

Ağsunun icra başçısı koronavirusdan vəfat edib

Zabitimizdən ermənilərə: "Sabah gələndə sizi burda görməyək!" – Video

Ermənistan bu əraziləri də Bakıya verməlidir - Rusiyadan açıqlama

BDU Dövlət Bayrağını təhqir edən tələbə ilə bağlı məlumat yaydı

Yeni nazir yüz faiz Rusiyanın adamıdır: Bakıda təhsil alıb

Makronun 24 yaş böyük qadınla evlənməsinin sirri...

“Paşinyan Zəngəzuru Əliyevə verəcək” – Ermənistanın keçmiş naziri

Paşinyan arvadını Xankəndinə generalların yanına niyə göndərirmiş...

loading...

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay