Çərşənbə, 21 Oktyabr 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

Tehran təkzib edir: “İran öz ərazisindən silah-sursat daşınmasına imkan verməz”

İran iki qonşu respublika – AzərbaycanErmənistan arasındakı silahlı qarşıdurmanı həll etmək üçün bütün imkanlarından istifadə edir”.

Qafqazinfo”nun Rusiya KİV-nə istinadən verdiyi məlumata görə, bu barədə İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Səid Xətibzadə həftəlik brifinqdə bildirib.

Onun sözlərinə görə, Cənubi Qafqaz regionu artıq bundan sonrakı münaqişə və silahlı qarşıdurmalara dözə bilməz.

İran Xarici İşlər naziri Məhəmməd Cavad Zərif bu yaxınlarda azərbaycanlı və erməni həmkarları ilə telefonla əlaqə saxladı və Tehranın Dağlıq Qarabağ münaqişəsini dayandırmaq üçün döyüşən tərəflərə kömək etməyə hazır olduğunu bildirdi”, - deyə o, vurğulayıb.

Nazirlik rəsmisi sosial şəbəkələrdə İrandan Ermənistana silah daşındığını göstərən görüntülərdən də danışıb: “Tehran ərazilərinin digər ölkələrə silah ötürülməsi üçün istifadə edilməsinə icazə verməyəcək. İslam Respublikası malların digər ölkələrə keçidini diqqətlə yoxlayır və nəzarət edir”.

Xətibzadə əlavə edib ki, İran ilə qonşu ölkələr arasında mülki malların tranziti adi qaydada davam edir.

İranın Prezident Administrasiyasının rəhbəri Mahmud Vaezi isə açıqlamasında Azərbaycanın İranın xarici siyasətində mühüm yer tutan dövlət olduğunu qeyd edib.

O bildirib ki, rəsmi Tehran qarşılıqlı əlaqələrin inkişafı üçün heç bir məhdudiyyət görmür. Hər iki dövlət beynəlxalq əhəmiyyət daşıyan iqtisadi layihələrin iştirakçısıdır. Qarşılıqlı əlaqələrin inkişafı xalqlarımızın maraqlarını əks etdirir.

Azərbaycan Ordusunun Dağlıq Qarabağı və ətraf rayonları işğaldan azad etmək istiqamətində əks-hücumuna toxunan İran rəsmisi nəzərə çatdırıb ki, rəsmi Tehran tərəflər arasında vasitəçilik edib sülhə nail olmağa hazırdır.

M.Vaezi İran ərazisindən Ermənistana silah-sursat ötürülməsi haqqında yayılan xəbərlərə də münasibət bildirib. Qeyd edib ki, İran ilə Azərbaycan qonşu, dost və qardaş dövlətlərdir. Buna görə də İran öz ərazisindən silah-sursat daşınmasına imkan verməz. Onun sözlərinə görə, iki dövlət arasındakı mehriban münasibətləri pozmağa çalışan qüvvələr var və buna görə də yalan xəbərlər yayıb ziddiyyət yaratmağa çalışırlar.

İranın Azərbaycandakı səfiri seyid Abbas Müsəvi İranın Azərbaycanın ərazi bütövlüyünü tanıdığını və suverenliyinə hörmətlə yanaşdığını bəyan edib:

Diplomat Azərbaycan Ordusunun həyata keçirdiyi əks-hücum zamanı həlak olan əsgərlərin və mülki şəxslərin yaxınlarına başsağlığı verib. Qeyd olunub ki, heç bir qüvvə İran ilə Azərbaycanın mehriban münasibətlərini poza bilməz.

Qeyd edək ki, sentyabrın 27-də İran Xarici İşlər Naziri Məhəmməd Cavad Zərif, ölkəsinin İran sərhədinin şimalındakı vəziyyəti yaxından izlədiyinə işarə edərək açıqlama verib: “Qonşularımız bizim prioritetimizdir və danışıqları asanlaşdırmaq üçün səy göstərməyə sadiqik. Bölgəmizin indi sülhə ehtiyacı var”.

pia.az


Etiket:


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

Artsrun Ovannisyandan məğlubiyyət anonsu: "Dünya ölkələri, Rusiya bizə yardım etməlidir, uduzduq"

Erməni terrorizmini dəstəkləyən rus qadın Bakıda biznesini necə itirdi?

"Ermənilər unutmasınlar ki, ən güclü hərbi birləşməmiz İrəvanın 40 kilometrliyindədir..."

Hərbi formada çəkdirdiyi şəkil başına bəla oldu - Fotolar

Azərbaycan dünya hərb tarixində yeni səhifə açdı - Belə savaş olmayıb

Qarabağ: Türkiyə və Rusiyanın vəziyyətə uyğun tərəfdaşlığı

Şəxsən Şuşan Stepanyan üçün: bax, gör erməni ordusu odda necə yandı

Paşinyandan məğlubiyyət etirafı: “Qarabağı itirdik...”

Tural Müseyibov vəzifəsindən azad edildi - Səbəb

loading...

Ən çox oxunanalar