Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Tehran-İstanbul qatarı istismara veriləcək

Bu ilin sonuna kimi Tehran-İstanbul qatarı istismara veriləcək...

Trend-in məlumatına görə, bunu İranın yol və şəhərsalma nazirinin müavini Şəhram Adəmnejad deyib.

Ş.Adəmnejadın sözlərinə görə, bununla əlaqədar razılaşmalar əldə olunub.

Ş.Adəmnejad əlavə edib ki, Tehran-İstanbul qatarının istismara verilməsi üçün infrastruktur işlərə ehtiyac yoxdur və sadəcə bununla əlaqədar iqtisadi münasibətlər tənzimlənməlidir.

İran və Türkiyənin dəmiryol şəbəkəsinin qoşulmasına münasibət bildirən nazir müavini deyib ki, bu istiqamətdə işlər aparılır: “Son müzakirələrdə Türkiyə tərəfi 10 kilometrdən az məsafədə dəmiryolunun çəkilməsini təklif edib ki, bununla da İran və Türkiyənin dəmiryolu birləşdirilə bilər”.

Ş.Adəmnejad deyib ki, İranın Qərbi Azərbaycan vilayətinin şimalı və Türkiyənin Gürbulağı arasında dəmiryolunun birləşməsi üçün xəritədə məkan da artıq müəyyənləşib. Bununla əlaqədar tədqiqat işləri aparılacaq və 2 ay ərzində bu araşdırmalar yekunlaşaraq nəticəsi bəlli olacaq.

Nazir müavini bildirib ki, bu layihə ilə əlaqədar hər hansı dəqiq vaxt səsləndirmək çətindir. Çünki işlər texniki araşdırmalara bağlıdır.

Qeyd edək ki, bu il avqustun 7-də Tehran-Ankara qatarı istismara verilib və həftədə təxminən 250 sərnişin Ankaraya daşınır.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti açıqlandı  

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Ən çox oxunanalar