Şənbə, 19 Oktyabr 2019
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+19 ° Quba
+12 ° Qusar
+24 ° Gəncə
+16 ° Lənkəran
+23 ° Naxçıvan
+26 ° Salyan
+23 ° Şəki

Təhlükəli seçki vədi: Netanyahu öz xalqını və regionu böyük müharibəyə aparır...

Səudiyyə Ərəbistanı Netanyahunun açıqlamalarını təkcə seçki vədi kimi yox, həm də qarşılıq verilməli olan təhlükəli bir həmlə kimi qiymətləndirib...

Məhəmməd Zahid GÜL
“The Independent” qəzeti, Türkiyə

İsrailin Baş naziri Bünyamin Netanyahu seçki kampaniyasında israillilərə vəd edib ki, əgər sonrakı parlament seçkilərində qalib gəlsə, İordaniya vadisini və Ölü dənizin şimalını İsrailə birləşdirəcək…

Bununla da, Fələstin Qurtuluş Təşkilatı tərəfindən müzakirə edilən və 1933-də imzalanan Oslo müqaviləsi, o cümlədən Fələstinin şərq sərhədləri heçə sayılmış oldu.

Netanyahu bu açıqlaması ilə həm də Ölü dənizin cənub statusunu müəyyən edən İordaniya-İsrail sülh müqaviləsini də bir kənara atmış oldu.

Başqa sözlə, İsrail höküməti Oslodakı müzakirələrdən sonra FQT ilə imzalanmış müqavilənin sonuncu maddələrini pozur.

İsrail 1998-ci ildə aparılan müzakirələrdə Qüdsün statusu və fələstinlilərin geri qayıtması hüququ il bağlı görüşlərdən imtina etmişdi. 1998-dən bu vaxta qədər bütün İsrail hökümətləri Qüdsün yekun statusu, fələstinlilərin geri qayıtmaq hüququ və Fələstin dövlətinin sərhədlərinin müəyyənləşdirilməsi ilə bağlı keçirilən bütün müzakirələri boşa çıxarıb.

İsrailin Fələstin rəhbərliyi ilə şərq sərhədlərini müəyyənləşdirməməsi onu bildirir ki, İsrail höküməti artıq Fələstin dövlətinin qərb sərhədlərini də tanımayacaq. Bununla yanaşı, İsrail höküməti Oslo müqavləsinə görə Fələstinin nəzarətində olan torpaqların da çoxunu öz ölkəsinə birləşdirib. Bu da onu göstərir ki, Fələstin rəhbərliyi indiyə qədərkindən daha çox pay ala bilməyəcək.

Nə İsrail siyasətində, nə də ki, ABŞ prezidenti Donald Trampın ortaya atdığı “Yüzilik müqavilə”də Fələstin dövlətinin qurulması ilə bağlı heç bir göstəriş yoxdur.

Bu da 1949-dan bu yana BMT Komitəsi və BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi yüzlərlə qərara baxmayaraq, Fələstin torpaqlarındakı İsrail işğalının başa çatmasını göstərir.

Bütün bu beynəlxalq qərarların etibarsız hala gətirilməsinin səbəbləri kimi ABŞ-ın Qüds və fələstinlilərin geri qayıtmaq hüququ məsələsində verdiyi qərarları, BMT-nin Fələstin Qaçqınlarına Yardım Agentliyini bitirmək cəhdini, ABŞ və digərlərinin verdiyi açıqlamalarda “Fələstin höküməti” adından istifadə etməməsini göstərmək olar.

İsrailin Baş naziri Netanyahunun bu təhlükəli seçki vədi və seçkilərdə qalib gəlməsi nəticəsində Fələstin xalqı və onları təmsil edən FQT, fələstinli qruplar və Fələstin rəhbərliyini diplomatik və siyasi baxımdan qoruyan BMT və dünya ölkələrində Fələstin məsələsi ilə bağlı olan bütün əsaslar puç olub gedəcək.

Beləliklə, İsrail höküməti özünü beynəlxalq məsələlərdə qərar vermək üçün üstün hesab etdikcə, Fələstin, ərəb və müsəlman xalqlarının rəyini nəzərə almadan bütün məsələlərdə təkcə sionist ABŞ-ın Yüzillik Müqaviləsinin razılığını alarsa, o zamanda bu nümayəndələrin və təşkilatların heç bir rolu qalmayacaq.

Digər tərəfdən də, sözügedən xalqlar İsrailin Fələstin torpaqlarının işğalının bitməsini qəbul etməyəcək. Bu vəziyyətə görə yaxın zamanda İsrail dövlətinin tanınmaması ilə bağlı çağırış da edə bilərlər.

Rəsmi olaraq münasibət bildirilməsə belə, ən azından səthi olaraq verilən reaksiyalar və tədbirlər belə israillilərin maraqları üçün heç də yaxşı olmayacaq.

Digər tərəfdən, Netanyahunun seçki vədinə ərəb ölkələrindən ilk reaksiya verən Səudiyyə Ərəbistanı dövləti olub. Həmçinin, İslam Ortaqlıq Təşkilatı və Xarici İşlər nazirlərinin iştirakı ilə xüsusi bir toplantı keçirilməsi ilə bağlı çağırış edilib.

FQT də bildirib ki, İsrail Baş nazirinin verdiyi təhlükəli açıqlama ilə bağlı bazar günü Ciddədə bir toplantı keçiriləcək.

Səudiyyə Ərəbistanı isə Netanyahunun açıqlamalarını təkcə seçki vədi kimi yox, həm də qarşılıq verilməli olan təhlükəli bir həmlə kimi qiymətləndirib.

İOT da Netanyahunun bu addımını Fələstin xalqına qarşı bir hücum kimi dəyərləndirib: “Bu təhlükəli açıqlama BMT-nin məsələ ilə bağlı 242-ci və 338-ci qərarlarını, BMT müqaviləsini və beynəlxalq hüququn açıq şəkildə pozulduğunu göstərir”.

Katib, həmçinin, qeyd edib ki, iki dövlətin qərar verdiyi ədalətli və əhatəli sülh planı ilə bağlı atılan bütün beynəlxalq addımları heçə sayan bu açıqlama əgər fəsadlar törətsə, bu, İsrail dövlətinin günahı olacaq.

İOT katibi bütün ölkələri və beynəlxalq şəbəkələri bu təxribatçı açıqlamanı rədd etməyə və qınamağa, həmçinin, İsrailin beynəlxalq hüquqa və BMT qərarlarına zidd olan həmlələrdən əl çəkməsi üçün təzyiq göstərməyə səsləyib.

Orijinal

Tərcümə PİA.az-ındır

Fatimə ƏLİYEVA
pia.az

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627


Şərh yazın.

loading...

Ən çox oxunanalar