Cümə axşamı, 09 İyul 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

“Təfərrüatları açıqlaya bilmərik” - İlkinin vəkilləri

Nərmin Quliyevanın ölümündə ittiham olunan İlkinin vəkilləri danışıb...

Tovuz rayonu, Dondar Quşçu kəndinin 10 yaşlı sakini Nərmin Quliyevanı qətlə yetirməkdə təqsirləndirilən İlkin Süleymanovun vəkilləri onun qeyd-şərtsiz günahsız olduğunu bəyan ediblər.

Xatırladaq ki, N.Quliyeva 21 noyabr 2019-cu ildə qonşuluqda təşkil olunan toy şənliyi zamanı yoxa çıxmışdı. Bu ilin yanvarın 6-da onun öldürüldüyü və yaşadığı evin yaxınlığında yandırıldığı məlum oldu. İ.Süleymanov qızın meyiti haqqında qonşulara və polisə məlumat verən ilk şəxs olmuşdu. Daha sonra o həmin cinayətdə şübhəli bilindi və iki maddə - Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2 (qəsdən adam öldürmə) və 145 (qanunsuz həbs) ilə ittiham edildi.

PİA.az xəbər verir ki, xüsusilə vəkil Murtuzəli Abbasov Oxu.Az-a deyib ki, müdafiə etdiyi şəxsin cinayətlə əlaqəsi yoxdur, yəni təqsirləndirilən şəxsin etirafı istintaq tərəfindən təzyiq altında alınıb.

“Təbii ki, istintaqla razılaşmırıq, ancaq istintaqın məxfiliyinin açıqlanmaması haqqında akt imzaladığımız üçün təfərrüatları açıqlaya bilmərik” – deyə vəkil bildirib.(Yenisabah.az)

pia.az

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627



Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

""Görün, kim bizə yol göstərir?" - Sabiq konsul Ramiz Mehdiyev haqda..

“Dövlət strukturlarına Rusiyanın kəşfiyyat orqanlarına bağlı adamları Ramiz Mehdiyev yerləşdirib”

"İnsanlar virusa yox,sizə inanmır " - Azər Qəribdən TƏBİB -ə sərt təndiq

"Nərmin 4 aylıq hamilə olub, qətli buna görə törədiblər" - Sensasiya

Keçmiş komsomol həmkarı Ramiz Mehdiyevi canlı debata dəvət etdi: "Cüzi də olsa, cəsarət..."

Azərbaycanda külli miqdarda rüşvət alan orkestrin bədii rəhbəri həbs edildi

“Elmar Məmmədyarov təmiz ailədən çıxıb" - Qohumu

15 İyul çevrilişini hazırlayan proseslər: Fəthullah Güləni zirvəyə çıxaran kim idi?..

"Surət Hüseynov ağalarının əmrini yerinə yetirdi" - Rəsul Quliyev

Daha iki rayonda sərtləşdirilmiş xüsusi karantin rejimi tətbiq olunacaq

loading...

Ən çox oxunanalar