Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Tədris Terapevtik Klinikasında yeni oksigen generatoru işə salınıb

ATU-nun Tədris Terapevtik Klinikasında oksigen generatorunun quraşdırılması başa çatıb və bu gün işə salınaraq klinikada yatan xəstələri keyfiyyətli və fasiləsiz oksigenlə təmin etməyə başlayıb... 

PİA.az Trend-ə istinadən xəbər verir ki, generatorun işə salınma prosesini Azərbaycan Tibb Universitetinin rektoru, professor Gəray Gəraybəyli də izləyib. Rektor bu qurğunun pandemiya dövründə xüsusilə önəmli olduğunu qeyd edib.

Generatorun iş prinsipi ilə yaxından tanış olan rektor tikinti- quraşdırma işlərinin də sürətlə və yüksək keyfiyyətlə həyata keçirildiyini vurğuladı.

Klinikanın direktoru, professor Surxay Musayev generatorunun iş prinsipi haqqında məlumat verib:

"Klinikamız üçün ayırılmış "EKOMAK" və "MEDİSAM" generatorları saatda 35 kub metr oksigen istehsal etmək imkanına malikdir. Generator indiki pandemiya dövründə klinikanın keyfiyyətli oksigenə tələbatını tam ödəyir.

COVİD-19-a yoluxmuş xəstələr əsasən ağciyər patalogiyalarına düçar olduğu və ağciyərlər zədələndiyi üçün bu xəstələrin oksigen təminatına ciddi ehtiyac olur. Bunun üçün bir gün ərzində klinikaya 100-150 oksigen balonu gətirilirdi və xəstələrin oksigen təchizatı təmin edilirdi. Oksigen balonlarının bir qismi Sumqayıt, bir qismi isə Bakıda olan müəssisələrdən alınırdı. Bəzən fasilələrin yaranma təhlükəsi olurdu ki, bu da böyük çətinliklər yaradırdı. İndi isə generatorun quraşdırılmasından sonra klinika oksigenə olan tələbatını ən keyfiyyətli oksigenlə tam təmin edəcək. Klinikanın oksigen generatoru ilə təchiz edilməsi bizim və kollektivin çoxdankı arzusu olsa da, müəyyən maliyyə çətinliklərinə görə mümkün olmurdu. Bu gün isə belə bir yüksək istehsal gücünə malik oksigen generatoru klinikamızın istifadəsinə verildi. Səhiyyəyə göstərilən böyük qayğıya yaradılan bu şəraitə və dəstəyə görə ölkə prezidenti cənab İlham Əliyevə və Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya dərin minnətdarlığımızı və təşəkkürümüzü bildiririk".

Sonda oksigen generatorunun klinika üçün çox vacib olduğunu bir daha vurğulayan ATU rektoru, professor Gəray Gəraybəyli klinikada olan xəsələrin vəziyyəti, onların dərman təminatı, klinikanın ləvazimat təchizatı ilə maraqlanıb və klinikada yatan xəstələrə möhkəm can sağlığı, çalışan tibb işçilərinə də işlərində uğurlar arzulayıb.

pia.az 




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar