Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Təcridxanadan çıxan Ziya Kazımovun ilk sualı bu oldu” - Vəkil

Bu gün Vətən Müharibəsi iştirakçısı, mayor Ziya Kazımov ev dustaqlığına buraxılıb.

Zabitin həbsdən buraxılması ilə bağlı onun vəkili Bəhruz Bayramov feysbuk hesabında paylaşım edib:

"Bu gün mənim üçün möhtəşəm gündür. Nəhayət Qarabağ fatehi Ziya Kazimov həbsdən azad olunaraq ev dustaqlığına buraxıldı. Sevincimin həddi hüdudu yoxdu.

Dağlıq Qarabağın qondarma prezidenti döyüşlərdən sonra belə bir açıqlama vermişdi Hadurutda uğrunda döyüşlərdə 1500 ermeni əsgəri 60-70 Azərbaycan əsgərinin qabağından qaçıb. Həmin hücum edən hərbi hissənin komandiri Ziya Kazimov olmuşdur.

Hava şəraiti ilə əlaqədar olaraq bəzi problemlər yaradılmışdır. Onun iştirakı olmadan məhkəmə prosesi keçirilməyə qərar verildi. 1 saylı istintaq təcridxanasına gedərək Ziya Kazimovu gətirməyə qərar verdik. Bəzi prosedur qaydalar həyata keçiriləndən sonra Ziya Kazimov təcridxanadan buraxıldı. Ziya 3 aydır ailəsi ilə əlaqə saxlaya bilmir, telefon qadağası var idi. Biz elə fikirləşirdik ki, ailəsinin vəziyyəti haqqında ilk sualı verəcək. Amma biz yanılmışdıq. Çıxandan sonra ilk sualı bu oldu : görəsən mənim hərbi hissəm hardadır, zabitlərim və əsgərlərim harda xidmət edir?..."

Xatırladaq ki, Ziya Kazımov Şuşa ətrafındakı yüksəkliklərin alınması zamanı mərmi partlayışı nəticəsində kəllə-beyin travması, kəskin yaddaş itkisi və xırda yanıqlar (sol ayaq, sağ və sol əl barmaqlarında) alaraq, şəxsi heyəti tərəfindən döyüş sahəsindən çıxarılıb, hospitala təxliyyə edilib. Mayor Z.Kazımov 9 noyabr 2020-ci il tarixində hospitala qəbul olunduğu gün Bakı Hərbi Məhkəməsinin qərarı ilə həbs olunub.( yeniavaz.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Ərəstun Oruclu: Ermənistanda və Moldovada konfliktlərin qaynar fazaya keçməsini istisna etmirəm...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

Səhər yeməyi və şirinçayla bağlı mütəxəssisdən ilginc açıqlama

Ən çox oxunanalar