Çərşənbə axşamı, 19 Noyabr 2019
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+19 ° Quba
+12 ° Qusar
+24 ° Gəncə
+16 ° Lənkəran
+23 ° Naxçıvan
+26 ° Salyan
+23 ° Şəki

Təcavüzə məruz qalan müəllimədən nazirə müraciət: “Sizin ədalətinizə sığınıram...”

Zülfiyyə Qasımova və zərərçəkmişin atası Telman Qasımov Daxili İşlər naziri Vilayət Eyvazova müraciət edərək baş vermiş adam oğurluğu və təcavüz faktına görə yenidən cinayət işinin açılmasını və cinayətdə iştirak edənlərin cinayət məsuliyyətinə cəlb olunmasını xahiş edirlər...

“Mən hadisədən zərə çəkmiş bir insan kimi başa düşə bilmirəm. Mənim namusuma təcavüz edilib, şəxsiyyətim, şərəfim, ləyaqətim alçaldılıb, iradəm əleyhinə oğurlanmışam və buna bais olan insanlar, yəni mənə qarşı cinayət əməli törətmiş şəxslər onları narahat etməməyi müstəntiqdən tələb edirlər. Xahiş yox, məhz tələb edirlər”.

Bu sözlər Şəmkir rayonu, Tatarlı kənd sakini Qasımova Zülfiyyə Telman qızı tərəfindən Azərbaycan Respublikasının Daxili İşlər naziri Vilayət Eyvazova nüraciətində öz əksini tapıb. Qeyd edək ki, zərərçəkmiş eyni zamanda şikayət ərizəsi ilə Azərbayan Respublikasının Baş prokurorunun birinci müavini Rüstəm Usubova da aparılan istintaqın qeyri-obyektiv və ədalətsiz olaması ilə bağlı müraciət edib.

Qeyd edək ki, 2018-ci ilin iyunun 2-də Daşkəsən Almalı kəndi orta məktəbində müəlimə işləyən Şəmkir rayonu, Tatarlı kənd sakini Qasımova Zülfiyyə Telman qızı Asif İsayev tərəfindən qaçırılıb. Qaçırılma hadisəsində Asif İsayevlə yanaşı qohumları İsayev Gəray, İsayev Elmar, Mustafayaeva Nurdanə, Əsgərova Südabə, Əsgərov Maarif, İsayev Həsrət iştirak ediblər. Zülfiyyə Qasımova iradəsinə zidd olaraq Göygöl rayonuna aparılıb və gənc qız saxlandığı evdə təcavüzə məruz qalıb.

Bu barədə PİA.az-a müraciət edən zərərçəkmiş Zülfiyyə Qasımovanın atası Telman Qasımov bildirir ki, adam oğurluğu və zorlama faktı ortada olmasına baxmayaraq Daşkəsən rayon prokurorluğunun müstəntiqi İlkin Mustafayev 11 sentyabr 2019-cu ildə bir il əsassız yerə uzadılan cinayət işinə xitam verib. Müstəntiq cinayət işini xətm etməsini Zülfiyyə Qasımovanın ailə qurmaq məqsədi ilə Asif İsayevə qoşulub qaçdığını və könüllü şəkildə cinsi əlaqədə olması ilə əlaqələndirib.

Lakin qarşı tərəf bunu inkar edir və Zülfiyyə Qasımovanın bildirdiyinə ona qarşı zorakılıq hadisəsi olub və o, öz iradəsi ilə Asif İsayevlə cinsi əlaqəyə girməyib.

Qeyd edək ki, bu iş daha əvvəl Daşkəsən rayon Polis Şöbəsindən alınaraq araşdırılması üçün Gəncə şəhər Polis Şöbəsinə verilib. Azərbayan Respublikasının Baş prokurorunun birinci müavini Rüstəm Usubov 04.04.2019-cu ildə Daşkəsən rayon Polis Şöbəsinin apardığı araşdırmanı ləğv edərək işi Gəncə şəhər Baş Polis İdarəsinə həvalə edilməsi barədə qərar verib. Buna baxmayaraq sentyabrın 11-də ədalətsiz şəkildə cinayət işinə xitam verilib. Telman Qasımov bildirir ki, Gəncə şəhər Baş Polis İdarəsində işə baxılırkən Gəray İsayev İstintaq Tədqiqat İdarəsinə gələrək bir daha qohumlarının da özünün də ifadə verməyəcəyini bildirib.

Telman Qasımov iddia edir ki, hətta onun verdiyi ifadələr belə dəyişdirilib və müəmma ondadır ki, müstəntiq cinayətdə iştirak edən şəxslərin ifadələrinə əsaslanaraq cinayət işinə xitam verib.

Zülfiyyə Qasımova və zərərçəkmişin atası Telman Qasımov Daxili İşlər naziri Vilayət Eyvazova müraciət edərək baş vermiş adam oğurluğu və təcavüz faktına görə yenidən cinayət işinin açılmasını və cinayətdə iştirak edənlərin cinayət məsuliyyətinə cəlb olunmasını xahiş edirlər.

Qeyd edək ki, hadisə baş verəndən sonra Zülfiyyə Qasımova Daşkəsən Almalı kəndi orta məktəbindəki işinə son verib. Baş verən hadisədən məlumatlı olmalarına baxmayaraq Təhsil Nazirliyi gənc müəllimə ilə maraqlanmayıb və ona mənəvi dəstək olmayıb.

Bu yazıda adı keçən bütün şəxslərin mövqeyini dərc etməyə hazırıq...

Fotolar

pia.az

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627

Etiket:

loading...

Ən çox oxunanalar