Çərşənbə, 05 Avqust 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

“TƏBİB-in mətbuat katibi, nə vaxta kimi insanların əsəbi ilə oynayacaqsınız?"

"TƏBİB, AzTV-nin əməkdaşı S.Nemətzadənin ölümü barədə ictimaiyyətə verdiyi ağ yalan məlumata görə CƏZA almalıdır..."

Bunu pediatr Aytən İsmayılzadə öz "Facebook" səhifəsində, AzTV-nin koronavirusdan ölən əməkdaşı Samir Nemətzadənin yayılan səs yazısı barədə TƏBİB-dən verilən rəsmi açıqlamaya münasibət bildirərkən deyib.

Həkim, həmçinin eyni zamada Agciyər Xəstəlikləri İnstitutunda tibbi qoruyucu vasitələrin yox dərəcəsində olduğunu vurğulayıb: “TƏBİB-in mətbuat katibi Rəvanə Əliyeva, nə vaxta kimi insanların əsəbi ilə oynayacaqsınız? Bu nə açıqlamadır. Bunu deməkdənsə, susun, biz də dərdimizi çəkək. İnfarkt olma həddinə gəlmişik, vallah. O gun də oxuyuram ki, açıqlama verib ki, "Agciyər xəstəlikləri İnstitutunda yoluxma kutləvi deyil". Siz hələ ora verdiyiniz tibbi qoruyucu vasitələrdən danışın hansı ki, epidemiya başlayandan yox dərəcəsində olub. Otra-kiçik tibb işçiləri hımişə bu barədə iradını bildirib. Epidemiya pik həddə çatanda artiq oradan vərəm xəstələri ayrıldı. Bu yazıq insan üçün də deyirsiniz ağır halda yerləşdirilib. İVL aparatına qoşulmuş olanda səs yazıb? Yoxsa, arada apparatdan ayrılıb və səsini yazıb. Heç olmasa, araşdırmanız bir az uzun çəkəydi. Biz də unudardıq. Heyiflər olsun. Çox çox heyiflər...".

Qeyd edək ki, TƏBİB-in mətbuat xidmətinin rəhbəri Rəvanə Əliyeva ötən gün AzTV-nin koronavirusdan ölən əməkdaşı Samir Nemətzadənin səs yazısı barədə açıqlama verib. Açıqlamada qeyd olunub ki, xəstəxanaya daxil olarkən pasiyentin diaqnozu kəskin respirator xəstəlik, ağır gedişli, ikitərəfli total pnevmoniya (“buzlu şüşə”), anemiya, splenomeqaliya, kəskin ağciyər ürək çatışmazlığı olub: "Dərhal reanimasiyaya yerləşdirilən S.Nemətzadə süni tənəffüs cihazına qoşulub, lakin göstərilən səylərə baxmayaraq, 40 dəqiqə sonra bioloji ölüm baş verib. Qeyd edildiyi kimi, pasiyent reanimasiya şöbəsinə yerləşdirildiyindən, həmin şöbədə su və sanitar qovşağın mövcud olmaması reanimasiya şöbəsinin şərtlərinə uyğundur".(dominant.az)

pia.az


Etiket: TƏBİB


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

Fəttah Heydərovun dəfnində yüksək çinli məmurlar iştirak edib - Foto

Kəmaləddin Heydərovun atası, deputat Fəttah Heydərov vəfat etdi

Gömrük generalı İsmayıl Hüseynovla bağlı araşdırma başlandı - Təfərrüat

Bakı İcra Hakimiyyətinin şöbə müdirinin daha bir obyekti üzə çıxdı - Sənəd

Beyrutda baş verən partlayışda ölüm sayı 50 nəfəri ötüb, azı 2750 yaralı var - Video, Foto, Yenilənib

Akim Bədəlovun Almaniyada yeni şirkətləri üzə çıxdı - Həyat yoldaşı milyonerdir...

İlham Əliyev və Mehriban Əliyeva Yasamalda salınacaq meşə tipli yeni parkda görüləcək işlərlə tanış olub - Foto, Yenilənib

Fəttah Heydərov haqda maraqlı məlumatlar: 30 il deputat...

loading...

Ən çox oxunanalar