Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

TƏBİB-in işçi qrupunun rəhbəri: “Hazırda koronavirusla bağlı vəziyyət kritikdir”

“Koronavirusla bağlı vəziyyət hazırda kritikdir, ağırdır”.

Bunu APA-ya açıqlamasında TƏBİB-in infeksion xəstəliklər üzrə işçi qrupunun rəhbəri Vasif Əliyev bildirib. Onun sözlərinə görə, ötən gün 800-dən çox yoluxma var idi, bu gün və ya sabah yoluxmanın nə qədər olacağı bəlli deyil, amma görünən odur ki, artan istiqamətdə davam edir: “Təbii ki, bu, bizi narahat edir. Biz ona görə hər zaman insanlara xəbərdarlıq edirdik ki, mövcud vəziyyət daha da ağır ola bilər. Amma daha diqqətli olmaq yerinə ciddi nizam-intizam yoxdur. İnsanların bu tələbləri yerinə yetirməyini sadəcə onların məsuliyyətinə buraxmaq olmaz, eyni zamanda bunun üçün ciddi nizam-intizam, nəzarət olmalıdır. Düşünürəm ki, mövcud vəziyyət belə davam edərsə, karantin rejiminin şərtləri də təkrar gözdən keçirilməlidir”.

V.Əliyev deyib ki, Azərbaycan hazırda müharibə vəziyyətindədir, hər kəsin diqqəti ön cəbhəyə yönəlib: “Təbii ki, bunlar anlaşılandır, ancaq indi arxa cəbhədəki koronavirusu unutmuşuq, buna adi düşmən kimi baxırıq, diqqətimiz əvvəlki qaydada deyil. Bu baxımdan kütləvi toplanmalar olur. Amma qapalı məkanlarda maska taxılmalıdır. Cəbhədən qələbə xəbərləri gələndən sonra bəzən insanlar bir yerə toplaşır, bu sevinc anlaşılandır, ancaq digər düşməni, koronavirusu bu vəziyyətdə unuduruq və öz ətrafımıza buraxırıq. Bu baxımdan tövsiyə edirəm ki, kütləvi toplanma qətiyyən olmamalıdır, yaxşı olar ki, qələbə xəbərlərini hələ ki, hamı öz evində qeyd eləsin”.

 

Читать дальше

İşçi qrupunun rəhbəri qeyd edib ki, mülki insanların koronavirusa yoluxması eyni zamanda ölkə daxilində əsgər və zabitlərin də yoluxmasına səbəb ola bilər: “İnsanlar düşünməsinlər ki, ehtiyatsızlıq edərək təkcə özlərini riskə atırlar. Eyni zamanda əsgər və zabit heyətimizi, Ordumuzu da riskə atmış olurlar. İnsanlar indiki vəziyyətdə Ordumuzun da sağlamlığını düşünməlidilər. Bu vəziyyət həkimləri də riskə atır. Çünki bildiyiniz kimi, həkimlər mart ayından koronaviruslu xəstələri müalicə edirlər. Hazırda isə həkimlər yaralıların sağalması üçün də çalışırlar. İndiki halda xəstəxanalarda koronaviruslu xəstələrin artması həm çarpayı ehtiyatına problem yaradır, həm də bu cür risk altında həkimlər də xəstələnə bilər. Düşünün ki, bu vəziyyətdə həkim olmasa, hansı vəziyyət olar.

Ona görə də insanlar qaydalara əməl etməklə həm özlərini, həm həkimlərimizi, həm də Ordumuzu qorumuş olarlar. Hazırda cəbhədə yaralanan əsgərlərə baxan həkimlərin vaxtını əlavə olaraq koronaviruslu xəstələrə baxmaqla almaq olmaz. Bu, həkimlərin vaxtını, keyfiyyətini almaqla yanaşı, əlavə olaraq xəstəxanalarda çarpayı əskikliyinə səbəb ola bilər. Mövcud durum eyni zamanda dövlətin iqtisadiyyatına zərərdir, ölkə daxilində bütün insanların yoluxmasına səbəb olur. Bütün bunlar da nəticədə böyük problemlərə səbəb ola bilər”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Şoyqunun həbs edilən müavini Alina Kabayeva ilə eyni qəsəbədə villa tikdirib

Soydaşımız Akademik Heydər İmanov “Azərbaycanın qüruru” qızıl ordeni ilə təltif olunub

Ən çox oxunanalar